İrəvan və Moskva ABŞ-ın ortaq hədəfində Ağ Ev “qaykaları” bərkidir

Analitika 12:06 14.04.2018

ABŞ-dan Gürcüstanın ərazi bütövlüyünə mühüm dəstək - bəs Azərbaycan?; erməni ekspertlər isə xəbərdarlıq edir: “Vəziyyət xeyrimizə deyil, Ermənistanın əsas işi Rusiyaya görə sanksiyalar altına düşməkdən yayınmaq olmalıdır...”

“Rusiya beynəlxalq hüquq normalarını pozduğuna, həqiqəti təhrif edib tarixi təzədən yazmaq cəhdlərinə görə məsuliyyətə cəlb edilməlidir. ABŞ 2008-ci ildə imzalanmış atəşkəs sazişinə uyğun surətdə Moskvanın öz qoşunlarını Gürcüstandan çıxararaq müharibəyəqədərki mövqeyə çəkməsində və Abxaziyanın, Cənubi Osetiyanın tanınması haqda bəyanatını geri oxumasında təkid edir”.

“Yeni Müsavat” apsny.ge gürcü qaynağına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ATƏT-dəki missiyasının dünən yaydığı bəyanatda deyilir. Diplomatik missiyanın sənədində daha sonra deyilir: “Artıq 10 ildir ki, Rusiya alternativ reallıq yaratmağa səy edir. Gürcüstan Abxaziya və Cənubi Osetiyada yaşayan adamlarla qarşılıqlı təmas imkanları axtardığı halda, Moskva bu iki saxta dövlətlə əlaqələr yaratmaq hesabına qonşu suveren ölkənin regionlarının işğalını və onlara nəzarəti davam etdirir”.

ATƏT missiyasının bəyanatı separatçı bölgələrlə bağlı rəsmi Vaşinqtonun qonşu ölkəyə açıq dəstək ifadə edən sözlərlə bitir: “ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınan suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəkləyir”.

*****

Amerikanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə növbəti belə bir dəstəyi təqdir edilməyə bilməz. Əfsus ki, Dağlıq Qarabağ məsələsində də ABŞ-dan eyni prinsipiallıq və qəti yanaşma, beynəlxalq hüquqa söykənən mövqe sərgilənməsi görmürük. Əksinə, Vaşinqton illərdir “ikili standart” siyasəti yürüdür, separatçı rejimə maliyyə yardımları ayırır, onun cinayətkar başçısı Bako Saakyana Birləşmiş Ştatlara səfər eləməsi üçün, ABŞ Konqresini “murdarlaması” üçün vizalar verir, bəzi konqresmenlər vaxtaşırı Qarabağa qanunsuz səfərlər eləmək azmış kimi, üstəlik, Ağ Evi qondarma qurumun “müstəqilliyini” tanımağa çağırırlar.

Deyilə bilər ki, Gürcüstan NATO-ya, Qərbə inteqrasiya kursu götürdüyü və Rusiyanın birbaşa hədəfində olduğu üçün onun ərazi bütövlüyü və suverenliyinə Amerika bunca həssasdır. Lakin Azərbaycan ən azından, heç bir hərbi-siyasi bloka qoşulmayıb, Ermənistan kimi Rusiyanın regionda mövqeyini gücləndirən forpost ölkə də deyil və üstəgəl, onun da ərazisinin 20%-i Gürcüstan kimi birbaşa Rusiyanın dəstəyi ilə işğal olunub.

Yəni Ermənistan Rusiya ilə birgə başqa bir postsovet və qonşu ölkənin - Azərbaycanın ərazisinin işğal ortaqlarıdır. O zaman nədən Qarabağ məsələsində də Rusiya və onun sadiq vassalı, bölgədə müstəsna olaraq Kremlin əlinə oynayan Ermənistan eyni sərt münasibətə tuş gəlməsin?

Ağ ev ile ilgili görsel sonucu

*****

Amma bəzi ehtimallara görə, günün birində işğalçı Ermənistan da hədəf ola bilər. Ancaq o, Qarabağın, işğal məsələsinin yox, məhz Rusiyanın “badına” gedə bilər. Nədən söhbət gedir? Ondan ki, Rusiya-ABŞ münasibətləri getdikcə daha da kəskinləşir və bu kəskinləşmə, Kremlə qarşı sanksiyalar ən əvvəl Moskvanın sadiq dost-müttəfiqlərini vuracaq.

ABŞ Dövlət Departamenti ile ilgili görsel sonucu

“Yeni Müsavat” xatırladır ki, bu günlərdə ABŞ Dövlət Departamenti Rusiya əleyhinə sanksiya rejimini pozan ölkə və şəxslərə yönəlik cəzalandırma tədbirlərinin dərhal görüləcəyini bəyan edib. Bəyanatda həmçinin bu rejimi pozan istənilən dövlətə qarşı tərəddüdsüz sanksiya tətbiq olunacağı vurğulanır. “ABŞ Maliyyə Nazirliyi əvvəlcədən sanksiyalar haqqında xəbərdarlıq etrməyəcək və öz hərəkətləri ilə bağlı hər hansı bir şərh verməyəcək”, -deyə Departamentin bəyanatında deyilir.

Serj Sarkisyan Armen ile ilgili görsel sonucu

Gözlənildiyi kimi, bu xəbərdarlıq Rusiya ilə ən sıx siyasi-hərbi müttəfiqlik əlaqələrinə malik işğalçı ölkədə dərhal təlaş yaradıb. Məsələn, Musavat.com-un məlumatına görə, erməni ekspert, amerikaşünas Areq Qalstayn 1in.am saytına müsahibəsində Tramp administrasiyasının əsasən mühafizəkarlardan təşkil olunduğunu, onların isə xarici siyasətdə olduqca açıq mövqe sərgilədiklərini xatırladaraq söyləyib: “ABŞ-ın dostları da var, düşmənləri də. Yəni əgər demokratlar heç olmasa azca da olsa bəzi ölkələrdəki situasiyalara anlayış göstərirdilərsə, hazırkı administrasiya Ermənistanı keçmişdəkilər qədər anlamaya bilər. İndi atmosfer tam fərqlidir, sanksiya paketi isə olduqca ciddidir, belə olan vəziyyətdə heç şübhəsiz ki, ABŞ Ermənistan üçün heç bir istisna edən deyil. Əgər Ermənistana qarşı sanksiya tətbiq etmək zərurəti yaransa, rəsmi İrəvanın Rusiya ilə malik olduğu hərbi-siyasi əməkdaşlığı necə anlatmasından asılı olmayaraq bu baş verəcək”.

Qalstyanın fikrincə, yalnız Amerikadakı erməni lobbisi situasiyanı qismən tarazlaşdırmaq iqtidarındadır: “Lakin erməni lobbisi obyektiv olaraq bu cür məsələlərlə məşğul olmaq halında deyil. Onun Ağ Evə təsiri, demək olar ki, qalmayıb. Senatda isə mövqeləri olduqca zəifdir. Erməni lobbisi əsasən Senatın Beynəlxalq məsələlər üzrə komitəsindəki işlərə köklənib. Lakin bu gün həmin komitə ciddi siyasi qərarların qəbuluna mühüm təsir göstərə bilmir. Daha doğrusu, Ermənistandakı mürəkkəb situasiyanı amerikalılara anladacaq həvəsi və halı yoxdur. Azərbaycan və Türkiyə lobbilərinin gördükləri işləri də buraya əlavə etsək, vəziyyət heç də Ermənistanın xeyrinə görünmür”.

Öz növbəsində digər erməni politoloq Ruben Mehrabyan hesab edir ki, Ermənistan sanksiyalarla bağlı birinci risk qrupuna daxil olan ölkələr sırasındadır. “Ermənistanın Rusiya ilə əlaqələrinin dərinliyi və çoxnövlülüyü heç kimə sirr deyil. Putinə yaxın biznesmenlərlə bağlı elan olunan sanksiyalar Ermənistana da təhlükə vəd edir. Çünki bu iş adamlarının Ermənistanda maraqları mövcuddur. Onlardan bəziləri hətta burada inhisarçı mövqelərə malikdir və siyasi konyukturaya ciddi surətdə təsir göstərə bilir. Beləliklə, Ermənistanın qarşısında duran birinci vəzifə sanksiyaların təsiri altına düşməmək olmalıdır”, - deyə o xəbərdarlıq edib.

ABŞ və Avropa Birliyi ile ilgili görsel sonucu

Erməni politoloq Ermənistanın tək əlacının “ABŞ və Avropa Birliyi ilə fasiləsiz məsləhətləşmələr aparmaq olduğunu” söyləyib. O, bu xüsusda Ermənistanla dost ölkə sayılan və beynəlxalq donorlardan 11 milyard dollarlıq yardım almış Livanı nümunə kimi göstərib. “Ermənistan sanksiya altına düşsə, nə edəcək və kim buna cavab verəcək” - Mehrabyan əlavə edib.

Sonuncu sual daha çox ritorik xarakter daşıyır, təbii ki. Yəni cavabı kifayət qədər aydındır. İrəvanin hədəfdən yayınmaq üçün ABŞ və AB ilə intensiv məsləhətləşmələr aparması da çətin ki, onun karına gələ. Çünki Rusiya ilə işğal və maraq ortağı olmaq Ermənistanı avtomatik şəkildə ABŞ üçün ciddi hədəf ortağı edir...

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı