İlham Əliyevin yeni prezidentlik müddətinin sensasion mesajları

Analitika 12:50 19.04.2018

Prezident and içdi: Güclü ölkə, güclü ordu naminə...; Andiçmə mərasimində dövlət başçısı ölkənin tündləşmiş siyasi ab-havasını da dəyişə biləcək açıqlamalar verdi; prezident demokratik islahatların davamlı olacağını, opponentlərinin təkliflərinə diqqət ediləcəyini dedi 

Aprelin 18-də İlham Əliyev Milli Məclisdə and içərək rəsmən dördüncü müddətə prezidentlik səlahiyyətlərinin icrasına başladı. Andiçmə mərasimləri adətən formal xarakter daşısa da, səlahiyyətlərinin icrasına başlamış prezidentin səsləndirdiyi bəyanatlar hər zaman diqqət çəkir.

İlham Əliyev, əlbəttə ki, bu siyasi incəlikləri yaxşı bilir. Andiçmə mərasimində səsləndirilən bəyanatların təhlili də onu göstərir ki, İ.Əliyevin yeni prezidentlik müddəti üçün özünün müəllifi olduğu ideyaları, gerçəkləşdirmək istədiyi xeyli planları var. Bu ideyalar isə ölkənin siyasi şəklini də, sosial-iqtisadi həyatını da hamının hiss edə biləcəyi həddə dəyişməyə hesablanıb.

Öncə andiçmə mərasimində xüsusilə ölkənin siyasi şəklini dəyişə biləcək sensasion açıqlamalara diqqət edək.

Prezident seçki kampaniyasından danışarkən Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində müsbət meyillərə toxunub. Dövlət başçısı onunla rəqib olan namizədlər haqqında sayğı ilə danışıb: “Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir”.

W1siziisijiwmtgvmdqvmtgvmmxkmhlymtjrof8wmtauslbhil0swyjwiiwidgh1bwiilciymzywedexotyjil1d?sha=20964c2599f6b7f7

Yada salaq ki, Azərbaycanda  indiyədək olan prezident seçkiləri heç də indiki kimi sakit axarda keçirilməyib, siyasi təlatümlər baş verib, hətta qan da tökülüb. Seçkinin sonunda siyasi rəqiblər bir-birinə az qala düşmən kimi baxıblar.

Əvvəlki təlatümlü seçkilər olmasa da, İ.Əliyevin andiçmə mərasimində dedikləri bu sözlər xüsusilə diqqət çəkir:“Fürsətdən istifadə edərək, seçkilərdə iştirak etmiş bütün namizədlərə öz təşəkkürümü bildirirəm, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm”.

Prezidentin çıxışında ən diqqətçəkən məqam isə “seçki kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır” deməsidir. Bu, Azərbaycanın siyasi palitrasında tam yeni rəng, yeni çalardır. Zənnimizcə, bu, Azərbaycanın xeyli tündləşmiş siyasi ab-havasını dəyişə biləcək bəyanat hesab oluna bilər. Ənənəvi müxalifət seçkini boykot etsə də, bu bəyanat bütün demokratik düşərgəyə, eləcə də alternativ düşünən hər kəsə mesajdır.

Bəli, qeyd edilməlidir ki, prezidentin məlum müxalifət kəsimi haqda dedikləri yenə üslub etibarilə sərt olub.                

“Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır” deyən prezident fikrini belə tamamlayıb: “Xalq heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun”.

Prezidentin müxalifətlə bağlı sərt mövqeyinin ardınca ölkənin demokratik inkişafı ilə bağlı məsələyə geniş yer ayırması da təsadüfi deyil.

Dövlət başçısı son çıxışlarında ardıcıl olaraq  demokratik inkişafla bağlı səyləri artıracağını xüsusi vurğulayır. Andiçmə mərasimində İ.Əliyev hakimiyyətin gələcək fəaliyyətində demokratik inkişafın önəmli yer tutacağını xüsusi vurğulayıb: “Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin etmişik - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçisidir və internet Azərbaycanda azaddır. Yəni demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir”. Prezident Azərbaycanın demokratik inkişafını təftiş edən dairələrə də mesaj ünvanlayıb: “Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir”.

Prezident bəzi beynəlxalq institutların bəzən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi korrupsiya tənqidlərinə də ad çəkmədən cavab verib: “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaq. Həm inzibati, cəza tədbirləri, həm də ən böyük effekt verən sistem xarakterli, institusional tədbirlər görülür”.

Prezidentin çıxışında, əlbəttə ki, bəzi məmurlara da xüsusi “pay” düşür ki, bunu andiçmə mərasimində bir daha elan edilməsi həm də onlara xəbərdarlıqdır.

İ.Əliyev andiçmə mərasimində iqtisadi inkişafdan danışarkən “yalnız iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər” deyib. Prezident hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadi inkişafını daima ölkənin müstəqilliyi ilə bərabər tutub.

“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər” deyən dövlət başçısı bildirib ki, əgər sən kimdənsə asılısansa - ya kreditdən, ya da başqa dövlətdən - heç vaxt sözün əsl mənasında müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan: “Ona görə də biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq . İndi heç bir kreditə möhtac deyilik”.

Dövlət başçısı deyib ki, növbəti illərdə görüləcək işlər haqqında plan və proqramlar var: “Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

İ.Əliyev xatırladıb ki, inkişafda olan ölkələr arasında Azərbaycan inkişaf indeksinə görə 3-cü yerdədir: “Bu, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar tarixi nailiyyətlərdir. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir. Biz dünyada baş vermiş böhranlar zamanı da ən az itkilərlə bu böhranlardan çıxa bilmişik”.

Dövlət başçısının ordu quruculuğu ilə bağlı dedikləri də diqqət çəkir. Biz də diqqət edək: “Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika və döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, onu da biz təmin edirik və ən müasir silahlar alınır, bundan sonra da alınacaq”. Qarabağ münaqişəsindən danışan prezident bir daha vurğulayıb ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. 

Andiçmə mərasimində dövlət müstəqilliyimizlə bağlı deyilənlər də İ.Əliyevin növbəti prezidentlik dönəmindəki siyasətinə xüsusi çəki verir: “Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı