Peskovun bu sözləri Sarkisyanı məhv etdi

Analitika 13:06 24.04.2018
21-ci əsrin əsil sensasiyası Dmitri Peskovun dilindən səsləndi.O, İrəvan küçələrində antidiktatura savaşı verdiyini deyən xalqın son anda “yaşıl adamlar” tərəfindən əziləcəyini düşünən milyonlara tamam fərqli bir hökm oxudu.Putinin sözçüsünün dilindən çıxan iki-üç kəlmə Sarkisyanın acı taleyinin son və həlledici akkordu oldu.Kim bilir, hələ neçə illər “erməni baharı”nın arxa cəbhəsində cərəyan edən məkrli oyunların gerçək üzü haqda yazılacaq romanlarda Kremlin ona xas olmayan “mötədil soyuqqanlığı”nın səbəbləri necə təsvir olunacaq, lakin bir fakt danılmazdır: üsyankar kütləni vəcdə gətirən siqnal Moskvadan verildi.
 
Fikir verin, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri hər gün qlobal savaşın içərisində mühüm rol alaraq, ölkəsinin Suriya, İraq, İran və Ukrayna cəbhəsində milli təhlükəsizlik maraqları üçün vuruşduğunu ruslara və bütün dünyaya başa salmaq üçün əlində olan hər vasitədən istifadə edir.Heç sovet dövründə hazırlıqlı informasiya generallarına Peskov qədər səlahiyyət verilmirdi.Hər kəlməsi 3-cü Roma hökmdarının-Vladimir Putinin mövqeyi kimi qəbul edilən adam İrəvandakı satrapı ondan imdad diləyəndə bəyan edir ki,Moskva kiminsə daxili işlərinə niyə qarışmalıdır ki?!
 
Son 100 ilin tarixini bir kənara qoyun, Ermənistanın Rusiyadan ayrıca yaşaması ürəyi bədənindən çöldə doğulmuş uşağın, yaxud, yarımçıq körpəni küveysdən qoparıb sağ qalacağına ümid olmağa bənzəyir. Təkcə müstəqillik illərində qafqazlarda gedən 3 müharibənin səbəblərini təhlil etmək kifayətdir.Levon-ter Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanın hansı xalqın iradəsi ilə taxt-taca sahib olduğunu hamı yaxşı bilir.Boris Qrızlovun təsadüfən dilindən səslənən qanadlı fikir 200 illik bir siyasətin əsil epiqrafına çevrildi:”ön cəbhə”. Kimə qarşı?
 
O qədər mənasız sualdır ki...Məgər düşmən yalnız bir cəbhədə gizlənib? NATO orduları və anqlo-saks dünyası 100 ildən artıq öz qoşunlarını çəkib gəlib Təbrizdən və Kabuldan buralarda lövbər salanda onların məqsədləri demokratiya çələngini gətirib Qafqaz çarlarının boğazına taxmaq istəyirdilər? Yaxud, Adolf Hitlerin Terek çayında çəkmələrini yudurtmaq istədiyi əskərləri Elbrusun zirvəsinə qalxıb Stalinə hərbi salam verəsi deyildilər ki..Türkiyə 2-ci dünya müharibəsindən sonra o boyda imperiyanın maraqları qarşısında sipər çəkmək üçün ən hazırlıqlı silahlı qüvvələrini gətirib Ağrı dağının ətəyinə yığmışdı və keçmiş çekist Putin o tarixi heç vaxt unutmur.
 
Bəs, Gürcüstandan gözlənilən təhlükə necədir?Ona verilən rolu azca başa düşən və strategiyanı anlayanlar erməni forpostunun misilsiz əhəmiyyət daşığıdığını yaxşı bilirlər.İran faktoru da nəzərdən qaçmır.Moskva bir az zəifləsə, fars imperiyası İrəvanı qaytarıb özünə birləşdirər.Ona görə də siz Gümrü hərbi bazasına yerləşdirilmiş İskəndərləri Bakıya tuşlamağa tələsməyin.Əsas hədəflər bizdən çox-çox böyükdür və Kremldə superdemokratlar da əyləşsə, onların maraqları dəyişməyəcək.
 
Peskov rus əskərinə komanda verilmədiyini deyincə, İrəvan Maydanı cuşa gəldi və ölməzliyinə inanaraq, bütün sədləri yarıb bir andaca “Qış sarayı”nı tutdu.Devrilmiş çarın aqibətindən hələ bir xəbər yoxdur.Lakin inqilabi eyforiya küçələrdə uzun on illərin köləliyindən azad olmağı bayram edərkən gecə ikən Medvedev ortada qalmış erməni dövlətinin karikatur şəklinə sahib çıxaraq, Qazpromdan göndərdikləri səhmdar Karen Karapetyana telefona açıb.Orda nələrin müzakirə edildiyi hamıya aydındır.Hər halda Moskva sərhədlərini qoruduğu, külli miqdarda invesitisiya qoyduğu və daim silahla təchiz etdiyi bir koloniyanı yarımcəbhəçi,yarımliberal Nikol Paşaya verəsi deyil.Bütün erməni xalqı rejimlə savaşda əldə etdiyi qalibiyyət və tarixi kədər hissinin ağuşunda uyuduğu 24 aprel tarixində Rusiya kuratorları və xəfiyyəsi Donbasın, fərq etməz İrəvanın gələcək knyazına dəqiq “yol xəritəsi”ni təqdim edəcəklər. Yoxsa, demokratikləşmə və Qərbləşmə havasına uyanlar çox uzağa gedərlər.
 
Avropa Birliyinin gizli emissarları və Qafqazda ən böyük səfarətxanasının 1200 nəfərlik heyəti, başda təcrübəli diplomat və inqilab memarı Riçard Maylz olmaqla prezidentin iqamətgahında “qızıl dağı” və Vaşinqtonun yardımını ona vəd edərkən, Medvedev qalanın gerçək sahibini təlimatlandırmaqla məşğul idi.Qoy hərbi hissələr kazarmaları atıb üsyançılara qoşulsun, sonra onlara başa salınacaq itəatsizlyin cəzası nədən ibarət olur.Moskva bircə gün əlini çəksə, Azərbaycan tankları Şuşaya doğru hərəkətə keçər, bax onda silahsız ordu ilə Şoyqunun ətəyindən yapışan inqilabçı ermənilər asi düşməyin bədəlini ödəyərlər.
 
İndi isə, həllini gözləyən vəzifələri küçələrdə çözməyin mümkünsüzlüyünü dərk etməyən və tarixən qırıldığını iddia edən bir xalq sabah inqilab məstindən ayılacaq.Axı hələ bircə nəfərin üzərində qazanılmış qələbə sarkisyançılığın tam ləğvi, bütün Ermənistandan çəkilib getməsi demək deyil.Hakimiyyətin bütün qolları keçmiş sistemin adamları üzərində qurulub. Komandasız Spartak qulların üsyanından sonra idarəetməyə hazır olduğunu dünən bəyan edincə, maraq konfliktləri bütün müqəddəs arzuları üstələyəcək.Həm də kapitalını ölkədən çıxarmağa başlayan iqtisadi qruplar onsuz da ağır olan sosial vəziyyəti gərginləşdirəcəklər.
 
Hakimiyyət vakuumu nə qədər sürəcək?Cənubi Qafqazın yaxın şərqləşmə təhlükəsi varmı?Dünyada mövqeyi güclənən erməniçilik regionda hansı yeni geopolitikaya səbəb ola bilər?Türkiyə seçim gündəliyinə bürününcə,nədən İrəvanın gələcəyində iştirakdan özünü kənar saxlayır?Bütün suallara yaxın vaxtlarda cavab veriləcək.
 
Lakin İskəndər raketlərinin kölgəsində demokratik dövlət qurmaq xəyalı mənə Kubanın Kastro erasından sonra Lüksemburqa çevriləcəyi barəsində absurd iddiaları xatırladır!

Zahid Oruc

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO
16:35 17.05.2024
Cavanşir körpüsü bağlanır - Söküləcək
16:30 17.05.2024
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:20 17.05.2024
Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
15:50 17.05.2024
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
15:46 17.05.2024
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
15:40 17.05.2024
Hamısı