Qərbin Türkiyəyə təzyiqinin səbəbi doğrudandamı bu müqavilədir? ÖZƏL

Analitika 14:26 05.05.2018

1923-cü il 24 iyul  tarixində Türkiyə ilə Qərb dövlətləri arasında "Lozanna" razılaşması imzalandı. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox mühüm hadisələr üçün də platforma rolunu oynadı. 

Birinci dünya müharibəsini məğlub bitirənlər sırasında olan Osmanlı Türkiyəsi faktiki olaraq suverenliyini itirmişdi. 1920-ci ildə Yunanıstanın təkidi ilə imzalanmış Sevr müqaviləsinə əsasən, Osmanlı dövlətinin qəti sərhədləri, orduya malik olmaq hüququ və Aralıq dənizindəki adalara olan iddiası ləğv edilmişdi. Amma Yunanıstandan başqa, heç bir dövlətin müqavilənin şərtlərini tanımaması "Lozanna" konfransının çağırılmasına səbəb oldu. 

8 ay davam edən mübahisələrdən sonra, nəhayət 1923-cü il iyulun 24-də tarixi "Lozanna" müqaviləsi bağlandı. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. "Lozanna" razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi. Türkiyə bu qiymətli keçidlər üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış "Montrö" sazişi ilə geri ala bildi. 

"Lozanna" müqaviləsi həm də Osmanlı sərhədləri daxilində yaşayan erməni və yəhudilərin statusunu müəyyən etdi. Bu milli azlıqlar tam hüquqlu Türkiyə vətəndaşı elan edildi. Amma "Lozanna"da həllini tapmayan nüanslar da oldu. İraqla Türkiyə sərhədindəki Mosul vilayətinin statusunun qeyri-müəyyən qalması, Kipr məsələsində razılığın əldə edilməməsi, sonradan regionda ciddi münaqişələrin formalaşmasına gətirib çıxardı.

"Lozanna" sazişi ilə bağlı hazırda Türkiyədə qızğın müzakirələr gedir və AKP-nin 2023 hədəflərində bu müqavilənin 100 illiyi ilə bağlı xüsusi planların yer aldığı iddia olunur. Rəcəb Tayyib Ərdoğanın bu il sentyabrın 30-da açıqladığı "Demokratikləşmə paketi"nin həm Türkiyədə, həm də beynəlxalq aləmdə geniş rezonans doğurması da səbəbsiz deyildi. Çünki paketdə Türkiyə Cümhuriyyəti tarixində görünməmiş qərar və islahatların başlanğıcı qoyulurdu. O zaman üçün birinci məram, gələcək bələdiyyə, prezident və parlament seçkiləriylə bağlı idi. Ərdoğan seçkilər öncəsi islahatlar paketini açıqlamaqla, xalqın daha çox zümrəsinin dəstəyini qazanmaq istəyirdi. Bu addımla islahatçı obrazını yenidən özünə qaytarır, eyni zamanda Gəzi olaylarından sonra aktivləşən güclü liberal kəsimin inamını yenidən qazanmağa çalışırdı. 

İkinci məram Ərdoğanın qarşısına qoyduğu 2023 hədəfidir. O, vəd verib ki, Cümhuriyyətin quruluşunun yüz illiyinə qədər Türkiyənin qarşısındakı əsas problemlər həllini tapmalıdır. Üçüncü məram Avropa Birliyinə üzvlük yolunda maneələri aşmaqdır. Məsələ burasındadır ki, "demokratik paket"də yer almış bəndlərin çoxu Brüsselin Ankara qarşısında üzvlük üçün qoyduğu tələblərdən ibarət idi. Ərdoğan bu paketi açıqlamaqla, həm də PKK-nın nəbzini yoxlamağa çalışırdı. Terrorçu təşkilat və digər radikal kürd qruplar paketi yetərsiz adlandırsalar da, gözləntilərini doğrultmadığını söyləsələr də, bu dəyişikliklərə "yox" da demədilər. Çünki hər halda onların istəklərinin bir qismi yerinə yetirilib, bir qismi də bu paketdə yer alır, yəni müəyyən müddət ərzində yerinə yetiriləcək.  

İndi Ərdoğan topu yenidən PKK-ya və ona bağlı qruplara atıb. Əgər radikal kürdlər daha çox tələblərinin yerinə yetirilməsini istəyirlərsə, qarşılıqlı addımlar atmalıdırlar. Yəni PKK vəd etdiyi kimi, həm terrorçularını Türkiyədən tam olaraq çıxarmalı, həm də növbəti mərhələdə silahlarını təhvil verməlidirlər. Əks halda Ərdoğan radikal kürdlərin istəyi əsasında daha addım atmayacaq, gözləmə mövqeyinə keçəcək. Bu isə daha dərin islahat tələb edən kürdlərin mənafelərinə uyğun deyil. 

Beləliklə, "Lozanna" sazişi və onun ətrafında yaşanan ziddiyyətli diskussiyalar, həmçinin Cümhuriyyətin yüz illiyi ərəfəsində Ərdoğanın hədəflərini və qarşıya qoyulan məqsədlərini "Bizim Yol"a tanınmış türk tarixçi və araşdırmaçısı Mehmet Perincek şərh edib. 

"Lozanna" müqaviləsinin nəticələrinin 100-cü il dönümündə tamamilə aradan qaldırılacağı barədə deyilənlər absurddur. Ətrafda bu cür yanlış məlumatlar gəzir. Amma buna inanmaq doğru deyil və əsassızdır. Nə "Lozanna" müqaviləsində, nə də başqa bir yerdə onun nəticələrinin 100-cü il dönümündə qüvvədən düşəcəyi barədə bir maddə yoxdur. "Lozanna" müqaviləsini ləğv edən yeni bir saziş imzalanana qədər bu sənəd öz qüvvəsini saxlayacaq. Buna görə də "Lozanna"nın "son istifadə tarixi" mövcud deyil. 

Image result for Lozan Barış anlaşması

Bu cür yalanlar "Lozanna" müqaviləsinin hamıdan gizli daha bir protokolu olması barədə yayılan tamamilə uydurma məlumatlara əsaslanır. Məqsəd, "Lozanna" müqaviləsini və ona imza atan İstiqlal Savaşının liderlərinin və Cümhuriyyətin banilərinin gördüyü böyük işlərə kölgə salmaqdır. "Lozanna" müqaviləsi Türkiyə Cümhuriyyətinin "kupçası"dır, Türkiyənin suverenliyinin təminatıdır. Bundan narahat olanlar, "Lozanna" müqaviləsinin etibarlılığını sarsıdaraq Türkiyə üzərindəki imperialist məqsədlərini həyata keçirmək istəyirlər. Bu cür yalanların ortaya atılmasının əsl səbəbi də elə budur".

"Türkiyədə AKP iqtidarı indi çətin vəziyyətdədir. Xüsusilə indiki zamanda Türkiyə ciddi bir iqtisadi böhran təhlükəsi ilə qarşı-qarşıyadır. Bununla yanaşı, "kürd açılımı" Türkiyəni parçalayacaq bir nöqtəyə gəlib çıxıb və nəticədə terror təşkilatı olan PKK-nı gücləndirib. Digər tərəfdən son on ildə Türkiyə xarici siyasəti ciddi uğursuzluğa məruz qalır. "Erməni açılımı", Suriya və İraq siyasəti, bir ara Rusiya və İranla münasibətlər, ABŞ və Avropa İttifaqı qarşısında təslimiyyətçi siyasət heç bir nəticə verməyərək, iflas edib.  

Artıq Türkiyədə onu bölənlərin deyil, ölkəni birləşdirənlərin Türkiyəni idarə etmək imkanı əldə edəcəkləri bir prosesə qədəm qoyulur. Buna uyğun olaraq da yaşadığımız regionda mərkəzli, koordinasiya edilən bir xarici siyasət formalaşdırmaq məcburiyyəti yaranıb". 

"Lozanna" müqaviləsinin qüvvədən düşəcəyi ilə bağlı fikirlərimi az öncə bildirmişdim. O ki qaldı dövlət arxivlərinin açılması məsələsinə, məncə burada heç bir problem yoxdur. Bu gün Türkiyədəki dövlət arxivləri açıqdır. Həm Türk, həm də xarici tədqiqatçılar Türkiyə arxivlərində araşdırmalar aparır, kitablar və elmi işlər yazırlar. Osmanlı arxivləri və ya Cümhuriyyət arxivi də açıqdır. Beləliklə, 100-cü ildə arxivlər açılacaq kimi bir açıqlamaların da heç bir əsası yoxdur. Onsuz da bu məsələdə  problemlər mövcud deyil".

"Gəzən söhbətlərin əksinə olaraq, "Lozanna" müqaviləsində Türkiyənin öz təbii ehtiyatlarını çıxarıb işlətməyəcəyi şəklində də bir maddə yoxdur. Türkiyə öz təbii ehtiyatlarını öz ərazisindəki yataqlardan çıxarıb işlətməkdə sərbəstdir. Bunun nə qədər uğurla aparıldığı məsələsi isə siyasətlə bağlıdır, "Lozanna" sazişinə heç bir aidiyyatı yoxdur. 

Türkiyə ərazisində yerləşən yeraltı sərvətlər, mədənlər və s. illərdir çıxarılıb işlədilir. Ancaq xüsusilə 1950-ci illərdən sonra hakimiyyətə gələn, əsasən Qərbin nəzarətindəki hökumətlər bəzən bu ehtiyatların çıxarılmasında və işlənməsində baş rolları xarici dövlətlərə tapşırırdılar. Amma bu məsələnin də "Lozanna" sazişi ilə heç bir bağlılığı yoxdur. 

Qeyd etmək lazımdır ki, Türkiyənin öz yataqlarını çıxaran və işlədə bilən bir çox yerli dövlət və özəl müəssisələri var. Əlbəttə, son dövrdəki özəlləşdirmə siyasəti Türkiyənin öz təbii resurslarını çıxarmaq sahəsinə ciddi zərərlər vurub və xarici şirkətləri daha əlverişli vəziyyətə salıb".

"Son siyasi kampaniyalar zamanı ABŞ İraqda da, Suriyada da uğursuzluğa düçar olaraq, hər iki ölkəni parçalaya bilmədi. İranla bağlı da ABŞ-ın planları dalana dirənib. Elə Türkiyəni də parçalaya bilməyəcəklər. Beləliklə, Qərbin "Böyük Yaxın Şərq" layihəsi həyata keçməyəcək. Çünki artıq regionda ABŞ siyasətini izləyənlər, ona tabe olanlar deyil, region ölkələrinin birlik və bütövlüyü, əməkdaşlıq, əmin-amanlığı və rifahı üçün çalışanlar uğur qazanacaqlar. İnanıram ki, Türkiyə də bu prosesdən milli birliyini və milli iqtisadiyyatını yenidən inşa edərək çıxacaq".


Kübra Rəhimova, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Hamısı