Ermənistanda gedən siyasi prosesləri Eurasia Diary-ə şərh edən siyasi ekspert Ağa Zeynalov bildirib ki, ölkədə vəziyyət günü-gündən gərginləşir. Belə ki, Ermənistanda hakim partiya Serj Sarkisyanın baş nazir postuna gəlməyinə izin vermirlər və bunun nəticəsi olaraq Paşinyan insanları küçələrə toplayır. Hakim partiya bunun qarşısını almaq üçün Ermənistan Silahlı Qüvvələrindən istifadə edir. Bu məqsədlə Dağlıq Qarabağ ərazisində olan separatçı əsgərlərin bir qismini İrəvana apardılar və indiki zamanda Azərbaycan Silahlı Qüvvələri üçün əlverişli məqam yaranır. Zamanında Azərbaycanda vətəndaş müharibəsindən istifadə edən Ermənistan Qarabağı işğal etmişdi.
İndi bizə belə bir şans düşüb və işğal altında olan torpağlarımızı geri qaytarmaq vaxtıdır!