Qarabağ düyününü müharibə, yoxsa diplomatiya açacaq? kritik gözlənti

Analitika 10:48 09.05.2018

Ermənistandakı proseslər hərb, yoxsa sülh dilemmasını tezliklə gündəmə gətirəcək; politoloqlar bir daha dinc nizamlama və müharibə ehtimalları barədə...

Bu gün - 9 may alman faşizmi üzərində qələbənin növbəti, 73-cü ildönümüdür. Əfsus ki, bəşəriyyət bu gün də faşizmin ən müxtəlif təzahürləri ilə rastlaşmaqdadır. Onların arasında irqçi düşüncəyə və ksenofobiyaya söykənən erməni faşizmi də var. Azərbaycan xalqı 30 ildən çoxdur faşizmin bu növündən, erməni aqressiv millətçiliyindən əziyyət çəkir. Nonsens də budur ki, erməni faşistləri bu gün alman faşizmi üzərində qələbəni qeyd edən Rusiya kimi havadarının köməyi ilə Azərbaycan ərazilərində etnik təmizləmə aparıb, Xocalı soyqırımı törədiblər.

Azərbaycan xalqı sözsüz ki, bunları unutmayıb, heç vaxt unutmayacaq. Eyni zamanda özünün ərazi itkisi ilə, işğalla heç vaxt barışmayacaq. Həm də o səbəbə ki, bu gün Ermənistan adlı saxta dövlətin özü tarixi Azərbaycan, türk torpaqlarında təşəkkül tapıb - yenə məhz müstəsna olaraq Rusiyanın sayəsində. Növbəti torpaq ilhaqına Azərbaycan yol verə bilməz. Ölkə rəsmiləri, prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, torpaqlarımızda ikinci saxta erməni dövlətinin yaradılmasına imkan verilməyəcək və bunu gözləyənlər boşuna gözləyirlər.

*****

“Azərbaycan Dağlıq Qarabağın müstəqilləşməsinə, yaxud da Ermənistana birləşdirilməsinə əsla yol verməyəcək”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Prezident İlham Əliyevin son zamanlar İrəvanla bağlı siyasəti özündə bir sıra mühüm siyasi aspektləri ehtiva edir.

“Heç kimə sirr deyil ki, ötən əsrin 20-ci illərində İrəvan əhalisinin az qala 80 faizi Azərbaycan türklərindən ibarət olub. İndiki Ermənistan ərazisinin 70 faizdən çoxunu Ermənistan türkləri təşkil edib. Hətta bir az uzağa getsək, Türkmənçay və Gülüstan sülh müqaviləsinədək nə Dağlıq Qarabağda, nə də hazırkı Ermənistan ərazisində erməniyə rast gəlmək mümkün idi. O üzdən Azərbaycan bu gün həmin faktları açmaqla xalqın hafizəsini təzələmək istəyir və eyni zamanda ermənilərə açıq mesaj göndərir. Ölkə başçısı da əsas vurğunu məhz buna edir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilləşməsinə, yaxud da Ermənistana birləşdirilməsinə əsla yol verməyəcək. Bakı İrəvanın qədim Azərbaycan torpağı olmasını və bu şəhərin Türkiyə, Gürcüstan, Rusiya və ingilislərin təzyiqi nəticəsində ADR tərəfindən paytaxt kimi ermənilərə 99 illiyinə icarəyə verilməsi ilə bağlı real tarixi faktları gündəmə gətirməklə bütün dünyaya ermənilərin gəlmə xalq olduğunu sübut edir və Ermənistana ”dur" mesajını verir", - deyə o qeyd edib.

Politoloq bildirib ki, hazırda Azərbaycanın qarşısında duran əsas hədəf BMT və dünya tərəfindən tanınmış ərazi bütövlüyünü təmin etməkdir: “Ermənistan Dağlıq Qarabağı və onun hüdudlarından kənar 7 rayonu mənimsəməyə başlayıb. Bu, baş verməsəydi, heç olmasa, onların sülhə meylliliyi barədə nəsə düşünmək olardı. İrəvanın yeritdiyi siyasət onu göstərir ki, ermənilər sülhü imitasiya edərək, işğal edilmiş torpaqlarımızı geri qaytarmaq istəmirlər. Belə görünür, Qarabağ problemi müharibə yolu ilə həllini tapacaq”.

Ekspert bu arada Rusiyanın Ermənistandan uzaqlaşmayacağını da söyləyib: “Rusiya Cənubi Qafqazı özünün ”arxa bağçası" hesab edir və o üzdən Ermənistanı Qərbə, xüsusilə də NATO-ya güzəştə getmək fikrində deyil. Ona görə də Rusiya bu torpaqlardan dördəlli yapışıb. Rusiyanın Ermənistanla bağlı çox ciddi fikirləri var. Rusiya ondan min bir tellə asılı olan forpostunun qorunub saxlanılmasının tərəfdarıdır və bunu həyata keçirəcək".

*****

Rusiyanın Ermənistanda möhkəmlənməsi isə bir yandan pisdirsə, digər yandan Qarabağ məsələsinin çözümü üçün nəzəri baxımdan yaxşıdır. O kontekstdə ki, ikinci halda münaqişənin nizamlanması üçün Moskva ilə anlaşmaq yetərli ola bilər. Ancaq Rusiya konfliktin tezliklə həllində maraqlıdırmı? Proseslərin gedişi nə vəd edir, yoxsa böyük müharibə qaçılmaz olacaq?

Ukraynalı politoloq İqor Semivolos hesab edir ki, öncə Ermənistanda situasiyanın inkişafını gözləmək lazımdır. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri o, rusdilli vesti.az saytın açıqlamasında deyib.

“Hər necə olmasa, biz bu ölkədə daxili dinamika müşahidə edirik - hansı ki, artıq 20 ildən çox idi yox idi. Mənə elə gəlir ki, Ermənistanda siyasi böhran inkişaf elədikcə Azərbaycanın işğal edilmiş ərazilərinin gələcəyi haqda diskussiyalar daha konstruktiv xarakter alacaq. Əgər tutaq ki, təzə seçilmiş baş nazir Nikol Paşinyan radikal vətənpərvər obrazı yaratmaq üçün davakar ritorikadan istifadə etməyə cəhd göstərsə (belə bir şey isə onun davranışı göstərir ki, mümkündür), o zaman onun baş nazirliyi qısa və kədərli olacaq”, - deyə analitik vurğulayıb.

Başqa yandan, ukraynalı ekspert Ermənistanda müxalifətin hakimiyyətə gəlməsi ilə Dağlıq Qarabağ ixtilafının tezliklə həll olunacağını gözləmir: “Buna ümid etməyə dəyməz. Onların buna mandatı yoxdur və bu mövzunu da yəqin ki, qaldırmalı olmayacaqlar. Yalnız ənənəvi vədlərlə kifayətlənəcəklər. Ehtimal ki, Qarabağ yeni elektoral sikldə diskussiya mövzusu olacaq - nə vaxt ki, Ermənistanın inkişafı üçün resurslar məsələsi gündəmə gələcək. Dağlıq Qarabağ problemi yoluna qoyulmadan, Ermənistanın iqtisadi inkişaf şansları çox kiçikdir”.

*****

Zatən, sonuncu xəbərdarlığı əcnəbi ekspertlər xeyli müddətdir edirlər. Son vaxtlar bunu bir sıra erməni təhlilçiləri də etiraf eləməyə başlayıblar. Lakin etiraf kifayət deyil. Gərəkdir öncə Ermənistan rəhbərliyi blokadanın ötürülməsi yönündə real addımlar atsın. Bu isə Dağlıq Qarabağ probleminin ədalətli həllindən, iki mühüm qonşu - Azərbaycan və Türkiyə ilə siyasi-diplomatik, iqtisadi-ticari əlaqələrin bərpasından keçir. Ən azından, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı 5-6 rayonun qeyd-şərtsiz azad edilməsi vacibdir.

Təəssüf ki, erməni cəmiyyətində, Ermənistanın siyasi elitasında Qarabağla bağlı hələ də olduqca yanlış, radikal, eyni zamanda perspektivsiz bir mövqe hakimdir. Bu da ondan ibarətdir ki, ermənilər həm blokadadan çıxmaq və qonşularla əlaqələr qurub inkişaf eləmək, həm də Dağlıq Qarabağa nəzarəti özlərində saxlama istəyirlər. Bu isə mümkün deyil. Necə ki, 30 ildir mümkün olmayıb.

Lakin belə “pat” vəziyyəti sonsuzadək də sürə bilməz. Çünki Azərbaycan işğalla əbədiyyən barışmaq niyyətində deyil. Gec-tez əsas suala aydınlıq gələcək: Qarabağ düyünü necə açılacaq - müharibə, yoxsa diplomatiya ilə?.. 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı