"Ruslar tarixən türk dünyası ilə həmişə sülh içində yaşayıblar. Qərb bizi qəbul etmir və bizi anlamır, buna görə türk xalqları ilə yaxınlaşmaq və onlarla siyasi əlaqələr qurmaq lazımdır. Qədim zamanlardan bəri Qərb həmişə Rusiyanın türk dünyası ilə arasını vurmağa çalışıb: biz döyüşürdük, başqaları varlanırdı".
Bu barədə Eurasia Diary-ə "Cənubi Rusiyanın analitikası" Youtube kanalının müstəqil jurnalisti, "Rusiya Jurnalistlər Birliyi" mükafatının laureatı, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeniy Mixaylov "Paşinyanın Ermənistanın yeni baş naziri seçilməsi və bu faktın Azərbaycan və Rusiya arasında gələcək münasibətlərə təsirini şərh edərkən bildirib.
"İndi Rusiya və Türkiyə arasında yaxşı münasibətlər yaranıb və müəyyən ittifaq mümkündür. Hərbi planda belə bir ittifaq "cəfəng" sayılacaq, çünki, digər ölkələr hegemonluqlarını davam etdirəcək və həyati qabiliyyəti olan yeni ittifaqlar yaranacaq. Bu baxımdan Azərbaycanla ittifaq Rusiya Federasiyası üçün çox vacibdir. Azərbaycan işğal olunmuş ərazilərini qaytarmaq istəyir. Ermənistanda mövcud olan siyasi vəziyyəti nəzərə alsaq, Rusiya şübhəsiz Azərbaycana öz ərazilərini bərpa etməyə kömək edəcək", - deyə Yevgeni Mixaylov əminliklə bildirib.
Rusiyalı ekspert həmçinin, Ermənistanın gələcəyi ilə bağlı danışıb.
"Əgər təhlükəli yollarla hakimiyyətə gələn yeni seçilmiş baş nazir Nikol Paşinyan açıq-aşkar qərbyönlü mövqe nümayiş etdirsə Ermənistanda vəziyyət pisləşəcək və xalq yenidən əziyyət çəkəcək. Yenə də, Paşinyanı dəstəkləyənlər Dağlıq Qarabağ münaqişəsi də bura aid edilməklə sülhə maraq göstərmirlər. Əgər Serj Sarkisyan dövründə Rusiya sülh danışıqlarına çağırmaqla açıq hərbi əməliyyatlardan çəkindirirdisə indi vəziyyət köklü surətdə dəyişə bilər. Mən həmişə demişəm ki, Ermənistanın hərbi əməliyyatlara ilk olaraq başlamasına icazə verin, onda Azərbaycanın öz torpaqlarını geri qaytarmaq üçün yüz faizlik əsası olacaq. Və Rusiya artıq hər şeyi öz axarına buraxmaqla Ermənistanda hakimiyyətdə olan rejimə bu qədər sadiq olmayacaq".
Natalya Quliyeva