Türkiyə tarixinin ən əhəmiyyətli seçkisindən kim qalib çıxacaq? ÖZƏL

Analitika 12:52 24.06.2018

Bu gün Türkiyə tarixinin ən vacib seçkiləri keçirilir. Parlamentli respublikadan prezidentli respublikaya rəsmi olaraq keçiləcək. 
Əvvəlcə, keçən il referendum nəticəsində konstitutsiya dəyişikliyinə gedilmək barədə də məqamlara toxunmaq lazımdır ki, bu günkü seçkinin nə qədər vacib olduğunu anlayaq. Bu rejim dəyişikliyi Türkiyədə prezidentə çox böyük səlahiyyətlər verəcək. Bir çox insan düşünür ki, bu konstitutsiya dəyişikliyi ziddiyətli məqamlarla doludur. Məsələn, Milli Məclis 400 səslə prezidentin mühakimə edilməsinə nail ola bilər, amma prezident özü də istədiyi vaxt məclisi istefaya göndərmək haqqına sahibdir. Bir sözlə, prezident nə vaxt belə təhlükə görsə, məclisi istefaya göndərə bilər. Həmçinin, məclisi istefaya göndərdikə özü də istefaya gedə biləcək, bununla da həmin dönəm prezidentlik etməmiş sayılacaq və bir daha seçilə biləcək (prezidentin maksimum iki dəfə seçilmə haqqı var). 
Bundan başqa, prezidentin mühakimə edilməsini Konstutsiya Məhkəməsi yerinə yetirə bilər ki, həmin hakimlərin böyük çoxluğunu da prezident özü seçəcək. Büdcə təsdiq edilməsi, fövqəladə vəziyyət elan edilməsi, qanun hökmündə qərarnamə prezidentin səlahiyyətlərindən bəziləridir. Prezidentin səhhəti ilə bağlı və ya başqa problemləri olarsa istədiyi şəxsi də özünün əvəzinə öz prezidentliyi müddətində vəzifəsinin icrası üçün seçə bilər. Məsələn, öz yoldaşını, oğlunu, dostunu və s.

Seçkinin nəticələrinin necə olacağı barədə

Erdoğanın 2016 iyul çevriliş cəhdindən sonra nüfuzunun düşdüyü bilinir. Bunların əsas səbəbləri çevriliş cəhdindən sonra fövqəladə vəziyyətin elan edilməsi və bunun hələ də davam etməsidir ki, bu da iqtisadiyyata ciddi zərbə vurub, həmçinin, fövqəladə vəziyyət nəticəsində yüz minlərlə insanın tutulması, nəzarətə alınması, işdən çıxarılması bu günkü seçkilərdə onun səslərinə mənfi tərəfdən təsir edəcək. Anketlərə əsasən, birinci turda Erdoğanın prezidentlikdən səs faizinin təxminən 40-45 olacağı gözlənilir. MHP ilə yaratdığı "Cumhur İttifaqı"nda isə millət vəkillərinin daha az olacağı deyilir. Bunu Erdoğan özü də bir neçə gün əvvəl dolayı yolla təsdiqləyərək bildirib ki, parlamentdə lazımi çoxluğu almasaq koalisiyaya gedə bilərik, ancaq bəyaq da qeyd edildiyi kimi, artıq parlament bu sistemdə böyük əhəmiyyət daşımır.
Meral Akşener barədə: Erdoğanın qarşısına çıxan ilk şəxs olduğu üçün onun nüfuzu birdən-birə artdı. Partiyasının eynilə AK Parti kimi mərkəz sağçı olması və özünün MHP-dən gəlməsi AK Parti və MHP seçicisindən də səs alma şansını artırır. Həmçinin, CHP-nin millət vəkilli namizədlərini çıxararkən mübahisəli qərarlar verməsi, daha doğrusu partiya daxilində nüfuzlu, ancaq Kılıçdaroğluna müxaliflərin seçilməməsi (Eren Erdem, Barış Yarkadaş, Zeynep Altıok Akatlı, Şenal Sarıhan, İlhan Cihaner və s.), həmçinin keçmişdə Erdoğanın köməkçisi olmuş və Konyada nüfuzu olmayan Abdullatif Şenerin deputatlığa Konyadan 1-ci yerdən namizədliyinin verilməsi kimi məqamlar parlament seçkilərində səsləri CHP-dən Akşenerin lideri olduğu İYİ Partiyaya yönləndirə bilər. 
Akşenerin səs faizlərinin düşməsi isə Muharrem İncenin namizədliyinin açıqlanmasından sonra başladı.İnce hər nə qədər türklərin böyük çoxluğunun uzaq olduğu solçu ideologiyaya sahib olsa da, iki aylıq müddətdə apardığı düzgün təbliğat kampaniyası ilə nüfuzu qat-qat artdı. Dəyişiklik istəyən insanların Akşenerə verəcəyi səslərin ona yönələcəyini düşünürəm, həmçinin bu düzgün təbliğat nəticəsində AK Parti seçicisindən belə səs ala bilər. HDP-nin namizədi Demirtaşi həbsxanada ziyarət etməsi də kürd səslərinin ən azından ikinci turda ona yönəlməyinə səbəb ola bilər. Akşenerin səs faizinin təxminən 10-15, Muharrem İnce-nin isə 30-35 olacağı gözlənilir. Digər tərəfdən, İYİ Parti-CHP-Saadet partisi də "Millet İttifaqı" yaradıblar və parlamentə bu koalisiyayla çıxış edəcəklər, səs faizi səddini aşarsa, HDP də onlara qoşu bilər. 

Son olaraq, seçki prosesində mümkün saxtakarlıqlar

İddia olunur ki, keçən ilki referendumda müəyyən saxtakarlıqlar olmuş, bu da səslərin 3-4 faiz "Hayır"-dan "Evet"-ə keçməsinə səbəb olmuşdu. Bu günkü seçkilərə həm İYİ Parti, həm də CHP müşahidəçiləri daha yaxşı hazırlaşıblar. Məsələn, keçən il CHP-nin 20 min məntəqədə müşahidəçisi yox idisə, bu il təxminən 2000 məntəqədə yoxdur. Lakin Şanlıurfada bəzi məntəqələrdə CHP-li bəzi müşahidəçilərin döyülərək qovulduğu, qutulara toplu bülletenlər atılfığı iddia olunur. Bu kimi hallar seçki prosesinə zərər verə bilər. Saxtakarlıqlar olmasa seçkinin ikinci tura qalma ehtimalı böyükdür.


Mirəli Mirhəşimli

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı