Bakı son müharibə hazırlığı içində 5 günlük təlimdə əsas hədəf

Analitika 10:00 02.07.2018

Paytaxtdakı möhtəşəm paradın ardınca bu gün ordumuz genişmiqyaslı hərbi təlimə başlayır; 20 minlik canlı qüvvə, yüzlərlə döyüş texnikası poliqonlarda; politoloq: “İlham Əliyevin Rusiya səfərindən sonra ordumuza döyüş tapşırığı verilə bilər...” 

Bu gün Azərbaycan Ordusunun növbəti genişmiqyaslı təlimləri başlayır. İyulun 2-dən 6-dək davam edəcək təlimlərə müxtəlif qoşun növləri, bölmələr, birlik və birləşmələr, o sırada 20 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

5 günlük təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla, müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin, genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək.

Kəskin kəsişən ərazi və mürəkkəb dağlıq relyef, həmçinin radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunlar və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək. Təlimlərdə silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulub.

*****

Bakıda parad ile ilgili görsel sonucu

Təlimlərin konkret yeri göstərilməsə də, şübhə yoxdur ki, bu, cəbhəyanı zona olacaq. Diqqət edildisə, hərbi təlimlər faktiki surətdə işğal altındakı ərazilərin azad edilməsi üçün bəlkə də sonuncu baş məşq rolunu oynayacaq. Təlimlər həmçinin, yekun müharibə hazırlığı qənaəti yaradır. 2018-ci ilin yarısı arxada qalsa da, bu günədək sülh danışıqlarında heç bir müsbət dinamikanın müşahidə edilməməsi, əksinə, işğalçı tərəfin daha radikal mövqeyə köklənməsi Azərbaycana artıq ayrı seçim saxlamayıb.

Bəzi xarici hərbi ekspertlərə görə, Azərbaycan əslində genişmiqyaslı təlim adı altında özünün yeni və modern hərbi qüvvələrini konflikt zonasına yerləşdirmək hədəfi də güdür. Başqa sözlə, təlimlərin məntiqi davamı elə müharibə ola bilər - geosiyasi şərtlərdən asılı olaraq ya lokal, ya da daha geniş miqyaslı.

Budəfəki böyük təlim daha bir neçə aspektdən diqqət çəkir. Məsələ ondadır ki, 5 günlük təlim iyunun 26-da Bakıda keçirilən möhtəşəm parad və həmin paradda ilk dəfə Türkiyə birləşmələrinin iştirakından cəmi bir neçə gün sonraya təsadüf edir. Bu, hər şeydən öncə işğalçı Ermənistana silsilə güc nümayişinin davamıdır.

Bakıda parad ile ilgili görsel sonucu

Ermənistandakı son hakimiyyət dəyişikliyindən sonra isə İrəvan-Moskva münasibətlərində Azərbaycanın xeyrinə işləyən bir qeyri-müəyyənlik yaşanır. Səbəblər barədə yazmışıq. Gizli qərbçi olan və komandasını bütünlüklə Rusiyaya rəğbəti olmayanlardan quran baş nazir Nikol Paşinyana, eləcə də qərbyönlü sayılan prezident Armen Sərkisyana Kremldə hələ ki, inam-etimad formalaşmayıb və belə görünür, formalaşmayacaq da.

Nikol Paşinyan ile ilgili görsel sonucu

Yeri gəlmişkən, Nikol Paşinyan 11-12 iyulda Brüsseldə keçiriləcək NATO sammitinə qatılmağa hazırlaşır - hansı sammitdə ki, “Rusiya təhlükəsi” mərkəzi mövzulardan olacaq. Sammitdən bir neçə gün sonra isə Rusiyada futbol üzrə dünya çempionatı bitəcək və Putinin “əl-qolu” açılacaq. İstisna deyil ki, məhz həmin dövrdə Moskvanın Qarabağ, Ermənistan və “ərköyün” Paşinyanla bağlı hansısa hərəkətliliyi və qərarı olsun...

*****

Bakıda parad ile ilgili görsel sonucu

Siyasi müşahidəçilərin fikrincə, Azərbaycan ordusu son aylar cəbhə xəttinə yaxın poliqonlarda ard-arda hərbi birləşmələr səviyyəsində intensiv təlimlər keçirməklə Ermənistanda həqiqətən panika yaradıb. Bunu düşmən ölkə KİV-lərində gedən həyəcanlı yazı və şərhlərdən də görmək olar.

Belə ki, aprel ayından başlayaraq Azərbaycan ordusunun raket-artilleriya, tank və mühəndis-istehkam bölmələri taktiki təlimlər keçirib. Təlimlər demək olar, ara verməyib və Ermənistanda bu Azərbaycanın irimiqyaslı müharibəyə hazırlaşması kimi qiymətləndirilib. Bu dəfə isə söhbət 20 minlik canlı qüvvənin, yüzlərlə tankın və digər zirehli texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilən raket-artilleriya komplekslərinin və zərbə pilotsuz uçan aparatların tətbiqi ilə irimiqyaslı təlimlər barədə anons verilib. Gözləniləndir ki, bu təlimlər Bakıda keçirilən hərbi paradda nümayiş etdirilən yeni silah sistemlərindən pərt olan Ermənistanda müharibə təşvişini daha da artıracaq.

Üstəlik, 26 iyun hərbi paradında çıxışı zamanı prezident İlham Əliyev bir daha bəyan elədi ki, “müharibə hələ bitməyib, onun yalnız birinci mərhələsi bitib”. Bu, düşmən tərəfə aydın bir ismarışdır ki, Azərbaycan işğal rejiminə sonsuzadək dözmək fikrində deyil, böyük paralar xərcləyib aldığı, özünün istehsal elədiyi silah və döyüş sistemlərini vitrinə qoyub paslatmağa hazırlaşmır.

Ä°lgili resim

Bu xüsusda həm Bakıdakı hərbi parad, həm də il boyu davam edən hərbi təlimlər, o cümlədən qardaş Türkiyə ilə birgə keçirilən müştərək hərbi manevrlər işğalçıya silsilə güc nümayişi olmaqla yanaşı, savaşın uzaqda olmadığı haqda ciddi xəbərdarlıqdır. Əgər düşmən ismarışlardan nəticə çıxarmasa, günün birində hərbi təlimlər gerçək hərbi əməliyyatlara çevrilə bilər.

*****

“Hərb, yoxsa sülh” dilemması fonunda İlham Əliyevin bu yaxınlarda Rusiyaya nəzərdə tutulan səfəri də maraq kəsb edir. Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, ölkə başçısının Rusiyaya səfərindən sonra ordumuz yeni döyüş tapşırıqları ala bilər. Yəni Kremldən “dobro” verilməsi ehtimalı. Bunu o, axar.az-a açıqlamasında deyib.

Danışıqlar prosesinin artıq dalana dirəndiyini və erməni tərəfinin sülh prosesi ilə bağlı yerinə yetirilməsi mümkün olmayan ilkin şərtlər irəli sürdüyünü xatırladan politoloq deyib: “Minsk Qrupunun həmsədrləri də çox fəal deyillər. Belə görünür ki, ermənilər nəinki Dağlıq Qarabağ, hətta ətraf rayonlarla bağlı uzağa gedən ssenarilər hazırlayıblar. Bizim ərazilərdə xüsusilə də Suriyadan gələn ermənilərin məskunlaşdırılması prosesi davam edir. Aydındır ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmaq fikrində deyil, buna görə də sülh prosesinə məhəl qoymur. Qarabağ məsələsində açar rolunu oynayan Rusiya tez-tez ritorik bəyanatlar versə də, prosesdə heç bir fəallıq göstərmir. Belə olan halda məsələnin döyüş meydanlarında həll edilməsi variantı önə çıxır”.

Sabiq dövlət müşaviri bu mənada düşünür ki, ordumuzun qrafik üzrə döyüş qabiliyyətini təkmilləşdirməsi və 2-6 iyul aralığında keçiriləcək təlim-məşq prosesləri ciddi döyüş hazırlığından xəbər verir. “Hesab edirəm ki, Azərbaycan Ordusu həlledici döyüşlərə hazırlıq ərəfəsindədir”, - deyə politoloq əlavə edib.

Erməni ekspert Ara Papyan isə Azərbaycan ordusunun paradın ardınca irimiqyaslı hərbi təlimlərə başlamasına diqqəti cəlb edib. Onun sözlərinə görə, Azərbaycan ordusu təkcə Qarabağ istiqamətində deyil, Naxçıvan və Tavuş istiqamətində də qüvvə cəmləşdirir. “Təhdid bu baxımdan daha da artıb. Azərbaycan cəmiyyəti deyəsən müharibəyə başlamağa hazırdır” - Papyan deyib. Onun qənaətincə, əgər ordu irimiqyaslı təlimlər keçirirsə, növbəti mərhələ müharibə ola bilər. Çünki təlimlərdən müharibəyə keçmək asandır.

Azərbaycan Ordusunun əsas hədəfi də təlimlər yox, torpaqların azad edilməsidir. Özü də tezliklə...

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı