ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yeni Soyuq Müharibənin başlamasına səbəb olacaq?

Analitika 08:24 28.08.2018

Həmin gün gəldi. ABŞ-ın Rusiyaya sanksiyaları indi daha təsirlidir.

Gəlin hər şeyin necə başladığını və ABŞ-ın niyə Rusiyaya sanksiyalar tətbiq etdiyini xatırlayaq.

Biz SSRİ və ABŞ münasibətlərinin nüvə müharibəsinin astanasında olduğu Soyuq Müharibə dövrünə geri qayıtmayacağıq (1962-ci il - “Kuba raket böhranı”) və biz Sovet İttifaqının dağıldığı zamanı nəzərdən keçirməyəcəyik. Hazırda Rusiya və ABŞ arasında əlaqələr daha həyəcanverici fazaya keçir.

Belə ki, ABŞ və Rusiya arasında Sanksiyalar Müharibəsi 2014-cü ildə Rusiyanın Ukraynaya məxsus Krım yarımadasını ilhaq edəndə başladı, hansı ki, Referendum nəticəsində de-yure olaraq Ukraynaya aid idi. Sonra ABŞ Rusiyanı 2016-cı ildə keçirilən, Respublikaçılar partiyasından olan Donald Trampın qalib gəldiyi prezident seçkilərinə müdaxilə etməkdə günahlandırdı. O dövrdə Rusiya tənqid atəşinə tutuldu və bu hələ də müzakirə olunur. Amma bu günün mövzusu biraz fərqlidi, çünki ABŞ və onun müttəfiqləri kommunizmin yayılmasının qarşısını almaq üçün 72 il əvvəl etdiyi kimi "Mühafizəçi siyasəti" adlı bir siyasətlə Rusiyanın artan hegemoniyasını boğmağa çalışırlar, ABŞ. Amma bugün Rusiya və ABŞ arasında  istər Suriya istərsə də Əfqanıstan siyasətində fikir ayrılıqları var. ABŞ rəsmiləri Rusiyanı və İranı əsas rəqibləri (düşmənləri) kimi eyni zamanda Türkiyəni inadkar bir NATO müttəfiqi olaraq qəbul etdiklərini etiraf edirlər.

Картинки по запросу cuban missile crisis

Skripalla bağlı məsələ çox sirli və mürəkkəbdir. ABŞ avqustun 6-da Rusiyaya sanksiya tətbiq edib və 21 gün sonra 27 avqust tarixindən sonra bu sanksiyalar qüvvəyə minib. Bu sanksiyaların özündə nəyi ehtiva etdiyini aydınlaşdırmağa çalışaq.

Sanksiyalar paketinə "təcili humanitar yardım" istisna olmaqla, 1961-ci il Xarici Yardım Qanununa əsasən Rusiyaya xarici yardımın qadağan olunması daxildir. Bununla yanaşı o silah və təkrar istifadə oluna bilən məhsulların Moskvaya ixracını qadağan edir. Sanksiyalar həmçinin, Rusiyanı "ABŞ-ın İxrac-İdxal Bankı daxil olmaqla, ABŞ Hökumətinin hər hansı bir şöbəsi, agentliyi və ya vasitəsi ilə hər hansı bir kredit, kredit zəmanəti və ya digər maddi yardımı"ndan məhrum edir. Sənədlərə əsasən "məhdudiyyətlər ən azı bir il müddətində qüvvədə qalacaq və daha sonra xəbərdarlıq ediləcək". Bu barədə ABŞ Dövlət Departamentinin açıqladığı rəsmi sənəddə bildirildi.

Rusiya ABŞ-a qarşı sanksiyalarla cavab verəcəyinə söz verdi. Rusiyanın mövcud niyyətlərinin nə olduğunu bilmirik, amma ABŞ-ın niyyətlərinin nə olduğunu bilirik.

ABŞ Rusiyanın tərəfdaşı və müttəfiqi maskası altında gizlənərək, Rusiyanı gizli şəkildə vurmağa çalışır. ABŞ tək fəaliyyət göstərmir; qərar qəbul edir və onları qərbli müttəfiqlərinin, xüsusilə də Böyük Britaniyanın dəstəyi ilə həyata keçirir. ABŞ və Böyük Britaniya onu zəiflətmək və günahkar bir tərəf kimi "ifşa etmək" üçün Rusiyaya qarşı gizli anlaşma qurublar. ABŞ Türkiyə, İran və ya Çin olsun, Rusiyanın hər bir müttəfiqinə qarşı sanksiyalar tətbiq edir, lakin onlar ABŞ-ın qarşısında yeni bir "Varşava Paktı" yaranma ehtimalının olduğunu bilirlər və onların əsas hədəfi bu məqsədin həyata keçməsinə mane olmaqdır. 

Похожее изображение

Bu yaxınlarda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trump Helsinki sammitində görüş keçirib. ABŞ prezidenti, ABŞ-Rusiya əlaqələrinin yaxşılaşdıracağını, bunun hər iki ölkəyə fayda verəcəyini və ölkələr arasındakı ikitərəfli əlaqələri gücləndirməyə çalışdığını bəyan edib. Lakin tezliklə Tramp və onun həmkarları Rusiyaya qarşı yeni cəzalandırma xarakterli hücumlar etməyə başladılar. Bu sanksiyalar yalnız Rusiyaya deyil, həmçinin ABŞ müttəfiqlərinə və bütün dünyaya zərər verəcək. Rusiya tərəfinin nə cavab verəcəyi bir sirr olaraq qalır.

Картинки по запросу nordstream merkel

ABŞ Böyük Avropa ölkələrinin Rusiya ilə əməkdaşlığını məhdudlaşdırmağa çalışır və bu hərəkətin ilk qurbanı Almaniyadır. Almaniya, Rusiya qazının ən böyük idxalçısıdır və Rusiya ilə Baltik dənizi vasitəsilə Rusiya qazının idxalı barədə "Nord Stream 2" adlı birgə layihəsi var. ABŞ Nord Stream layihəsinin reallaşdırılacağı halda Rusiya ilə əməkdaşlıq edən Almaniyaya sanksiyalar tətbiq edəcəyi barədə xəbərdarlıq etdi. Qərb ölkələri bu layihəni Rusiyanın Ukraynaya siyasi hücumu kimi qiymətləndirirlər. Onlar hesab edirlər ki, Rusiya Ukraynanın tranzit ölkə kimi rolunu azaltmaqda maraqlıdır, amma ABŞ Ukraynanın daxili vəziyyətindən narahat deyil, üstəlik bütün dünyada nə baş verməsindən aılı olmayaraq öz maraqlarını həyata keçirməyə maraqlıdır.

Xülasə, ən maraqlı faktdır ki, həm Rusiya, həm də ABŞ Skripalın Amesbury-də zəhərlənməsini barədə heç bir inandırıcı sübuta malik deyillər. Etiraf edilməlidir ki, ABŞ dayanmayacaq və Rusiyanı vurmaq üçün çalışmağa davam edəcək və heç kim bu "sanksiya müharibəsi"nin nəyə gətirib çıxaracağını bilmir. Rusiya ilə ABŞ arasındakı münasibətlərdə aydın olan tək bir şey, onun dünya  və xüsusilə də mülki əhali üçün daha qızğın və təhlükəli olacağıdır.

Biz ABŞ və Rusiyanın baş rolda oynadığı "bitməmiş soyuq müharibə"-nin qarşıdan gələn TV seriyalarını diqqətlə izləyəcəyik.

Əkbər Bayramov, Eurasia Diary

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı