İsrail və Fələstin münaqişəsi Dünyanı tarazlıqdan çıxara biləcək barıt çəlləyi!

Analitika 14:39 16.05.2016

İsraillə Fələstin dövləti arasında hazırda atəşkəs hökm sürür. Amma reallıqda vəziyyətin ciddiliyi atəşkəsə nail olmaqla ölçülmür. Siyasi liderlərin 60 ildən çox davam edən İsrail-Fələstin münaqişəsini danışıqlar vasitəsi ilə həll etmək istiqamətində fəallıq göstərmələri, şübhəsiz, müsbət haldır. Lakin prosesin geosiyasi, siyasi, diplomatik və hərbi aspektləri arasındakı sıx bağlılıq onun məzmununun kifayət qədər mürəkkəb olduğunu göstərir.

Burada bir ölkənin (İsrailin) geosiyasi və tarixi iddiaları ilə qlobal geosiyasətin müasir dinamikası, dinlərarası münasibətlər, "Ərəb baharı"ndan sonra regionda formalaşmış məzhəb ixtilafları, Yaxın Şərqin böyük dövlətlərinin nüfuz uğrunda mübarizəsi və s. kimi faktorları nəzərə almaq lazımdır.

Mütəxəssislər "İsrail nəyə görə hücum etdi?" sualına cavab axtaranda məhz yuxarıdakı məqamlar üzərində xüsusi dayanırlar.  

Hər şeydən əvvəl, "Həmas"la "Fəth"in milli birlik hökuməti qurmaq məsələsində razılığa gəlmələri səbəb kimi göstərilir. Fələstinlilərin bu addımı, heç şübhəsiz, tarixi əhəmiyyət daşıyır. Onun arxasında isə "Həmas"ın "Müsəlman qardaşları"nın siyasi iflasından sonra səhnədə tək qalması dayanır. Bu vəziyyət "Həmas"ı bir qədər əvvəl uzaqlaşdığı İranla yaxınlaşmağa sövq edib. Digər tərəfdən, Türkiyə və Qətərin "Həmas"a təsiri mövcuddur. Buradan müsəlman təşkilatların birləşmək arzusunun mövcudluğu nəticəsini çıxarmaq olar. Təl-Əvivi narahat edən əsas məsələ bundan ibarətdir. Ekspertlər həmin kontekstdə Netanyahu hökumətinin Fələstin lideri Mahmud Abbasa "koalisiya hökuməti qurmaqdan vaz keçin" mesajını göndərməsini konkret arqument kimi göstərirlər.  

Müsəlman təşkilatların Suriya və İraqda ixtilaf içində olmaları da məlumdur. Onlar məzhəb, siyasi və ideoloji mənsubluğa görə bir-biri ilə düşmənçilik edirlər. "İraq və Şam İslam Dövləti" (İŞİD) isə daha sərt davranır. Bu təşkilatın müsəlmanları qətlə yetirməkdə sərhəd tanımadığı məlumdur. İndi hətta İŞİD döyüşçülərinin "İsrailə qarşı savaşacağıq" deməsi adi hal kimi qəbul edilmir. Fələstində vahid ideoloji cəbhənin yaranmasını Təl-Əviv "güclü anti-İsrail cəbhəsi"nin formalaşması kimi qəbul edir. Hərbi aspektdə isə fələstinlilərin çoxlu sayda yeraltı keçidlər tikməsini təhlükə sayır. Bu yollarla "Həmas" Misirə çıxış əldə edir və eyni zamanda, İsrailə sızmaq şansı yaranır.  Ancaq Qərbdə heç də hamı İsrail-Fələstin münaqişəsinin kəskinləşməsini yuxarıda vurğulanan faktorlarla əlaqələndirmir. Məsələn, Fransanın "Slate.fr" nəşri yazır ki, "İsrail İranın tələsinə düşür".

Konkret deyilsə, Tehran Təl-Əvivin yeni İran raketlərinə göstərə biləcəyi müqavimətin səviyyəsini daim yoxlayır.  İtaliyalı ekspert Vittorio Dan Seqre isə vurğulayır ki, "bu, adi Yaxın Şərq münaqişəsi deyil: Bu, bütün dünyanı tarazlıqdan çıxara biləcək barıt çəlləyidir".  

Belə görünür ki, İsrail-Fələstin münaqişəsi hazırki dünyada  regional və qlobal miqyasda geosiyasi proseslərə ciddi təsir edə bilən faktora çevrilib. Yaxın Şərqdə dini ideologiyaya əsaslanan təşkilatların siyasi səhnədə yeri dəqiqləşir. Qərb onların anti-demokratrik obrazını yaratmağa çalışır. İsrail isə təşkilatların birləşməsini özünə qarşı birbaşa təhdid kimi görür.  Bunlar regionda geosiyasi mübarizənin faktiki olaraq yeni səviyyəyə qalxdığını göstərir. Düşünmək olar ki, fəaliyyətini islami ideologiya üzərində quran siyasi təşkilatlar öz aralarında ixtilafları aradan qaldırmaq mərhələsinə keçirlər. Hətta "Hizbullah" "Həmas"a yardım təklif edib. Bu proseslər bütövlükdə regionun geosiyasi mənzərəsini dəyişə bilər. O cümlədən, xaos və qeyri-müəyyənliyin artması özünü göstərər. Böyük dövlətlərin müsəlman təşkilatların sərbəst siyasi fəaliyyət göstərməsini həzm etməyə hazır olduğunu düşünmək isə sadəlövhlük olardı.  

Göründüyü kimi, Yaxın Şərq regionunda geosiyasi proseslər özünün yeni mərhələsindədir. Burada ABŞ-ın Yaxın Şərqə yenidən qayıdışından danışılır. Eyni zamanda, Avropa İttifaqının maraqlarını da unutmaq olmaz.Və əlbəttəki Rusiya. Hazırda məhz bu 3 beynəlxalq güc İsrail Fələstin münaqişəsini tənzimləməyə, çıxış yolları tapmağa çalışır.  Amma Suriyada , İraqda proseslərin hazırki  gedişatı fonunda "Yeni Yaxın Şərq" çox qorxulu görünür. Regionun böyük dövlətlərinin tədricən müharibəyə cəlb edildikləri hiss olunur. Faktiki olaraq Yaxın Şərqin bütün ərazisində ixtilaflar mövcuddur. Bu ixtilafları birləşdirən ümumi cəhət məzhəb ayrı-seçkiliyinin siyasi mübarizəyə daha dərindən qatılması və etnik ziddiyyətlərin kəskinləşməsidir. Bu vəziyyət Yaxın Şərqi son dərəcə həssas bir məkana çevirir. Amma nə baş verdiyindən asılı olmayaraq, sözsüz ən ağır yükü sadə fələstinlilər daşımalı olur. İsrailin Qəzza zolağına hər baş tutan əməliyyatı nəticəsində biz yenə də göz yaşları, dağılmış evlər və balaca uşaq cəsədləri görürük  …

Eurasia Diary 

Qəzza İsrail Hərbi qüvvələrinin hava hücumundan sonra

 

Fələstindən İsrailə atılan raket zərbəsi

A rocket launched from the Gaza Strip steaks across the sky towards Israel. The missile was fired by members of Hamas' military wing

File:SderotBurningFactory1.JPG

Israel Launches Air Raids on Gaza After Hamas Rocket Attacks

 

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
"Netflix" astronavtların kosmosa çıxışlarını yayımlayacaq
05:46 01.07.2025
"NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək"
05:19 01.07.2025
Siqaret ömrü qısaldır
04:48 01.07.2025
Bu gündən qohum evliliyi qadağandır
04:15 01.07.2025
Xakerlər Ağ Evi hədələyir
03:31 01.07.2025
ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirəcək
03:09 01.07.2025
Artıq çəkisi olan polislər idmana cəlb ediləcək
02:34 01.07.2025
Ticarət mərkəzindən 1 300 manatlıq qol saatı oğurlandı
02:01 01.07.2025
Yayda balıq yemək olmaz? -Ekspert danışdı
01:37 01.07.2025
"İnter" Barış Alperi almaq istəyir
01:03 01.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
00:34 01.07.2025
9 yaşlı ukraynalı qızla evlənməyə çalışan ingilis saxlanılıb
00:19 01.07.2025
500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
Bu gündən sosial müavinətlər, Prezident və fəxri adlara görə təqaüdlər artırılır
00:02 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
Hamısı