Makedon-yunan qarşıdurması və 30 sentyabr referendumu Makedoniyanın adı dəyişəcəkmi? - ÖZƏL

Analitika 12:20 30.09.2018

Makedoniya tarixi bir toponim olaraq çox böyük əraziləri əhatə edən cografi bölgədir. Makedoniya yalnız ölkə adı deyil, həm də bir regionun tarixi adıdır. Bu ad Böyük İsgəndərin dövlətinin adı olub və İsgəndər Yunanıstandan Hindistana qədər uzanan ölkəsini Makedoniya olaraq adlandırıb. Makedoniya ötən əsrlərdə Osmanlı hakimiyyəti altında olsa da, Osmanlı imperiyası dağıldıqdan sonra bu ölkə Titonun yaratdığı Yuqoslaviya Respublikasının VI ölkəsi oldu və yuqoslav əsarəti altına düşdü.

Makedoniya yalnız 1991-ci ildə Yuqoslaviyanın parçalanmasından sonra müstəqilliyini əldə edə bildi. Elə bu dövrdə Yunanıstanla aralarında ciddi bir problem meydana gəldi. Problem ondan ibarət idi ki, yunanlar Makedoniyanı öz tarixi ərazisi hesab edir və hətta öz ölkələrinə “Yunan Makedoniyası” deyirdilər.

Yunanlar öz sərhədlərində öz ölkələrinin tarixi adı ilə adlandırılan bir Makedoniya dövlətinin yaranmasını istəmirdilər. Yunanlara görə, Makedoniya Yunanıstanın tarixi adıdır və bu adda heç bir dövlət yaradıla bilməz. Belə bir dövlətin yaradılması yunan tarixi, mədəniyyəti və Yunanıstanın torpaq bütünlüyü üçün ciddi təhdiddir. Sözün əsl mənasında əgər Yunanıstan Makedoniyanı öz adı ilə rəsmi şəkildə tanısa yunan tarixi və makedon tarixi ayrı qəbul edilə və gələcəkdə makedonların yunan torpaqlarına iddiası meydana gələ bilər.

1

Yunanlar həmçinin, 1991-ci ildən bu yana makedonları yunan mədəniyyətini özünkiləşdirməkdə günahkar bilir. Bir çox yunan tarixçisi və siyasi xadimi “Venera Günəşi”, “Böyük İsgəndər” və digər yunan tarix və mədəniyyətinin ən önəmli arqumentlərinə makedonların öz adları və tarixləri ilə əlaqələndirməsinə sərt etiraz edirlər.

Bütün bunlar yunan-makedon qarşıdurmasını alovlandırır. 1991-ci ildən bu yana Yunanıstan Makedoniyanı “Keçmiş Yuqoslaviya ölkəsi Makedoniya” olaraq tanıyır və adlandırır. Makedoniya isə öz müstəqilliyini və öz adını qorumağa çalışır.

Yunanıstan daxilində ciddi makedon əleyhdarlığı formalaşıb. Yunanlar “Makedoniya Yunanıstandır” şüarları ilə xüsusən sərhəd bölgələrdə genişmiqyaslı nümayişlər keçirir və illərdir ölkənin adının dəyişdirilməsini tələb edirlər. Bu illər ərzində Türkiyə istisna olmaqla demək olar ki, bir çox NATO ölkəsi və Avropa birliyinin üzvləri bu məsələdə Yunanıstanı dəstəkləmiş, Makedoniyanın Avro-Atlantik sistemi və AB-nə inteqrasiyasına əngəl olmuşlar. Əksər Avropa ölkələri hələ də Makedoniyanı yunanların adlandırdığı kimi “Keçmiş Yuqoslaviya ölkəsi Makedoniya” olaraq adlandırırlar.

Makedoniya problemi son günlərdə yenidən gündəmə gəlib. Makedoniya hökuməti yunan embarqolarından xilas olmaq, iki dövlət arasında münasibətləri mülayimləşdirmək və ən əsas AB və NATO sisteminə inteqrasiya etmək üçün yunanlarla razılaşıb ölkənin adını “Şimali Makedoniya” olaraq dəyişdirməyə qərar verib.

12 iyun 2018-ci ildə Makedoniya Baş Naziri Zayev və Yunanıstan Baş Naziri Çipras ölkənin adının Şimali Makedoniya olaraq dəyişdirilməsi üçün razılığa gəlib və Makedoniya höküməti refendum haqqında qərar verib. Lakin, razılaşma yunanlarda məmnunluq yaratsa da makedonlar bu razılaşmaya birmənalı yanaşmadılar. Hələ də Makedoniyada bəzi partiyalar və siyasi xadimlər 30 sentyabrda keçiriləcək refendumu boykot edəcəklərini bildirir, ölkənin müxtəlif yerlərində nümayişlər davam edir. Son olaraq, Makedoniya Prezidenti George İvanov seçkilərin makedon tarixi və milli dəyərlərinə xəyanət olduğunu bildirərək makedon xalqını seçkiləri boykot etməyə səsləyib.

Makedoniyadakı refendumun əsas diqqətçəkici məqamlarından biri də məhz orada xalqa müraciət edilən sualdır. Beləki, refendum vərəqində vətəndaşlara “ölkənin adını dəyişdirməyə razısınızmı” deyə bir sual ünvanlanmayıb. Onun əvəzinə belə bir sual qeyd olunub: “Makedoniyanın Avropa Birliyinə və NATO-ya daxil olmasına razısınızmı?

1

Referendum ilə vətəndaşa ünvanlanan sual əslində bəzi siyasi xadimlər və eksperlər tərəfindən “siyasi fırıldaqçılıq” olaraq adlandırıldı. Lakin əslində burada böyük bir həqiqət var. Beləki, doğrudan da Makedoniyanın AB və NATO-ya daxil olması öz adını dəyişdirməsindən asılıdır. AB və NATO Makedoniyanın qarşısında üzvlük üçün yeganə şərt kimi Yunanıstan ilə problemin həll edilməsi və ölkənin adının dəyişdirilməsini qoyub.

Qeyd edək ki, 12 iyun razılaşmasından sonra Yunanıstan Makedoniyaya borc məsələsində güzəştə getmiş və yeni kreditlərin verilməsi haqqında qərar qəbul etmişdi. ABŞ isə Makedoniyanın NATO-ya üzvlüyü üçün addığı addımları dəstəklədiyini bəyan etmişdi. Əslində bütün bunlar öz öhdəsinə düşən işi yerinə yetirən Makedoniyanın bir növ “mükafatlandırılmasıdır”.

NATO Baş Katibi Stoltenberq Makedoniyadakı referendumla bağlı belə bir maraqlı açıqlama verib: “Həm NATO-ya üzv olmaq, həm də ölkənin adını dəyişməmək imkanınız yoxdur”. Bu o deməkdir ki, NATO makedonlara ikinci bir variant vermir. Ya ölkənin adını dəyişəcəksiz ya da öz təhlükəsizliyinizi özünüz təmin edəcəksiz.

NATO-dan Makedoniyaya üzvlük haqqında dəvət məktubu artıq göndərilib. Əgər referendumdan müsbət cavab çıxarsa Şimali Makedoniya NATO-nun sayca 30-cu üzvü olacaq. Bəs ABŞ nə üçün Makedoniyanı NATO üzvü etməyə çalışır?

Burada ABŞ-ın üç əsas məqsədi var:

  1. Makedoniyanın da NATO-ya üzv olması ilə birlikdə regionda qərbə alternativ (məsələn rus) dövlətlərin güclərini yumşaltmaq və təsir imkanlarını azaltmaq;
  2. Regionda sabitliyin təmin edilməsi ilə yeni iqtisadi məkan kimi regiondan fəal istifadə edilməsi;
  3. Regionda faşist, millətçi, seperatist və digər radikal ünsürlərin sabitliyi pozan fəaliyyətlərinin qarşısını almaq.

1

Bəs refendumun nəticələri necə olacaq?

Refendumla bağlı nəticələri proqnozlaşdırmaq üçün əvvəlcə makedonların siyasi aktivliyinə diqqət yetirmək lazımdır. Çünki əgər vətəndaşların 50%-i seçkilərdə iştirak etməsə referendum boykot edilmiş hesab olunacaq. Bundan əlavə referendum qərarı qəbul edildikdən sonra müxaliflər küçələrə axışmış və nümayişlər keçirməyə başlamışdır. Ölkənin əsas müxalif güclərindən biri olan Xristian Demokrat Partiyası seçkiləri boykot edəcəyini bildirmişdi. Lakin son günlərdə Avropanın təzyiqləri nəticəsində partiya seçkilərdə iştirak edəcəyini bəyan etdi.

Makedon vətəndaşların bütün milli dəyərləri və hissləri bir kənara qoyub referendumda ölkənin adını dəyişməyə razı olacağını bildirmək çox düzgün bir fikir olmazdı. Lakin Avropa və ABŞ-ın təzyiqləri və seçki kompaniyalarını maliyyələşdirmələri burada demokratiyanın böyük güclərin siyasi iradəsinə məğlub olacağından xəbər verir.

Nicat İsmayılov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı