Yeni Fransa və yeni xəyallar ÖZƏL

Analitika 15:47 26.09.2018

BMT-nin 73-cü qurultayında Fransa Prezidenti Emmanuel Makronun açıqlamaları çox böyük maraq doğurub. Beynəlxalq mətbuatda Makronun fikirlərindən daha çox onun üslubu və rəftarı ön plana çıxıb. Beləki, NLP mütəxəssislərinin fikrincə, Makronun çıxışı Avropada və ya dünyada liderliyi ələ alan bir dövlət başçısının çıxışına bənzəyirdi.

Fransada 2017-ci ildə keçirilən seçkilərdən sonra Emmanuel Makron hakimiyyətə gəldi. Makronun hakimiyyətə gəlməsindən sonra Fransanın xarici siyasətində ciddi dəyişikliklər baş verdi. Makron Fransanın həm daxili, həm də beynəlxalq imicini dəyişmək üçün böyük səy göstərdi.

Fransanın xarici siyasətində Makronun gəlişi ilə özünü biruzə verən əsas dəyişiklik Fransanın dünya siyasətində aktivliyini artırması və beynəlxalq aləmdə baş verən hadisələrə qarşı tez reaksiya verən bir strateji xətt yürütməyə başlaması oldu.

Bəs Fransanın bu aktiv siyasətinin əsas hədəfləri nələrdir?

Fransanın SSRİ-nin süqutundan sonra əsas hədəfi Şərqi Avropanı da “alyansa” daxil etməklə “vahid və birləşmiş Avropa”nın tək lideri olmaq idi. Lakin ABŞ buna mane oldu. Çünki ABŞ Avropanın birləşməsinə müsbət yanaşsa da bunu bir dövlətin rəhbərliyində həyata keçirməyi öz maraqlarına uyğun hesab etmirdi. Ona görə də Şərqi Avropa ilə inteqrasiya işi Fransaya deyil, Almaniyaya verildi. Bu gün belə Avropada tək lider Fransa deyil. Fransanın əsas rəqibləri kimi Almaniya və “brexit” haqqında qərar qəbul edən İngiltərə hesab edilə bilər.

Makron da məhz bu hədəfi reallaşdırmağın əsl vaxtı oluğunu düşünərək həm Avropada, həm də dünyada öz təsir gücünü artırmağa səy göstərir. Fransa pezidenti hal-hazırda dünyada formalaşan mövcud beynəlxalq şəraiti çox gözəl dərk edir. Makron hakimiyyətə gəldikdən sonra dəfələrlə artıq mondualist nizamın çoxqütblülüklə əvəz olunduğunu və Fransanın da yeni dünya nizamına uyğun bir şəkildə siyasi srtategiyasını formalaşdırması gərəkdiyini vurğulayıb. Bu o deməkdir ki, artıq Fransa ABŞ-ın hər sözünü yerinə yetirən bir dövlət olmayacaq və yalnız öz maraqlarına xidmət edən siyasi xətt götürəcək. Beləliklə, Fransanın əsas hədəfi yeni dünya nizamında özünü bir qütbə çevirmək və digər ölkələrini də öz arxasınca aparmaqdır.

Fransanın digər əsas hədəfi isə Trampın NATO-ya verilən maddi və hərbi dəstəyi dayandırmaq haqqında açılamalarından sonra yeni bir “Avropa Təhlükəsizlik Sistemi” formalaşdırmaqdır. Beləki, Makron belə hesab edir ki, xüsusən Soyuq müharibədən sonra Avropa dövlətləri iqtisadi sahələrdə çox böyük uğurlar əldə  etdilər. Bu uğurlar Avropanın iqtisadi gücünü daha da artırdı. Yəni, bütün bu amillər onu göstərir ki, Avropanın öz müdafiəsini təmin etmək üçün ABŞ-a ehtiyacı yoxdur və özü öz təhlükəsizlik sistemini formalaşdırmağa və onu maliyyələşdirməyə qadirdir.

Fransanın xarici siyasətində hansı dəyişikliklər baş verir?

Təbii ki, əgər Fransa özünü beynəlxalq gücə çevirmək istəyirsə əvvəlki siyasətini tamamilə dəyişməlidir və dəyişir. Bu dəyişimi biz bəzi dövlətlərlə dəyişən münasibətlər çərçivəsində müşahidə edə bilərik.

İlk olaraq ABŞ-la Fransa arasında son aylarda ciddi soyuqlaşma müşahidə olunur. Fransa xarici siyasəti ABŞ-ı çox narahat edir. Trampla Makronun ilk görüşündə çox isti münasibətləri ifadə edən davranışlar müşahidə olunsa da günümüzdə Suriya, Liviya, İran və Rusiya məsələlərində iki dövlət bir-biri ilə uzlaşa bilmir və bu da ortaq siyasət yürütmək imkanlarına mane olur. Tramp ABŞ-ın Avropaya etdiyi “yaxşılıqların” kifayət qədər çox olduğunu və artıq Avropa dövlətlərinin özlərinin öz problemlərini həll etməli olduğunu düşünür. Həmçinin, o Avropa dövlətlərinin xarici siyasətində ABŞ maraqlarına qarşı diqqətli davranmalı olduqlarını və ABŞ-la dostluqlarına daim sadiq qalmalarının vacib olduğunu söyləyir.

Makron isə Trampın fikirləri ilə qətiyyən razı deyil. Makron ABŞ-la münasibətləri pozmaq istəməsə də, belə hesab edir ki, bütün Soyuq müharibə dövründə Fransanın ABŞ-a sadiq qalmasına baxmayaraq öz “mükafatını” ala bilməyib və artıq Fransa ABŞ-ın arxasınca getməyərək müstəqil siyasət yürütməlidir.

Fransanın əsas xarici siyasət istiqamətlərindən biri də bu gün İrana yönəlib. Fransa Makron hakimiyyətinə qədər İrana qarşı sərt və barışmaz mövqe nümayiş etdirirdisə bu gün İranla günü-gündən artan ticarət dövriyyəsi iki dövlət arsında buzları əridib. İran-Fransa yaxınlaşmasına əsas səbəb Obamanın hakmiyyəti dövründə imzalanan “Nüvə sazişi” hesab edilə bilər. Lakin bu gün Tramp bu sazişdən təktərəfli imtina etdiyini açıqlayıb, İrana yeni sanksiyalar tətbiq etməsinə baxmayaraq, Fransa bu məsələdə ABŞ-la ortaq hərəkət etmir və İranla ticari əlaqələrə davam edir. Son günlərdə İran 115 təyyarəni məhz fransız şirkətlərindən alıb. Fransa isə İrandan təbii ki, enerji məhsullarını ucuz qiymətə idxal edir.

Fransa Rusiya ilə əlaqələrində ciddi dəyişikliklər etməsə də yaxın zamanda bu iki dövlət arasında da yaxınlaşma müşahidə edilə bilər. Beləki, Soyuq müharibə dövründən sonra Fransa daim Rusiyadan ABŞ-a təhdid vasitəsi kimi istifadə edir.

Fransanın Yaxın Orta Şərq siyasətində əsas istiqamət Suriyadır. Fransa Suriya münaqişəsində Əsədin birdəfəlik hakimiyyətdən uzaqlaşdırılmasına çalışırdısa bu gün Makron Əsəd diktaturasından demokratiyaya “yumuşaq keçiddən” bəhs edir.

Fransa yeni hegemoniya sahəsi kimi Afrikanı görür və Afrikaya eynən Çin kimi investisiyalar qoyaraq buradakı təsir dairəsini genişləndirməyi hədəfləyir. Afrika siyasəti üçün isə “açar dövlət” kimi Fransa Liviya və Əlcəzayirdən istifadə edir. Fransa Liviyadakı vətəndaş qarşıdurmasında sülh yaradaraq bütün Yaxın və Orta Şərq və Afrika regionunda ideal mediatr imicini formalaşdırdı. Fransanın əsas hədəfi diplomatik yolla Afrika sərvətlərini Fransaya daşımaqdır.

Fransanın bütün bu səylərindən savayı beynəlxalq aləmdə “sülhün və demokratiyanın qorucusu” imicini yaratmağa çalışması onun qlobal hegemoniya siyasətinin əsas arqumenti hesab edilə bilər.

Beləliklə, Fransa siyasətini təhlil edərkən görürük ki, Fransa güclər savaşında yeni bir oyunçu olmağa səy göstərir. Lakin Fransanın bu savaşa tab gətirəcək hərbi və iqtisadi gücü yoxdur. Fransa bu siyasətlə bu gün olmasa belə gələcəkdə qlobal bir güc olmaq üçün zəmin hazırlayır desək yəqin ki, yanılmarıq.

Nicat İsmayılov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı