KTMT-də Azərbaycan sədaları Bizə KTMT lazımdırmı?

Analitika 11:45 13.11.2018

Son günlərdə mətbuatın gündəmini zəbt edən əsas məsələ KTMT-nin ötən həftə Astanada baş tutan zirvə görüşündə baş verənlərdir. Beləki, Astana görüşündə çox mühüm və Ermənistanın birbaşa əlehinə olan qərarlar qəbul edilib.

KTMT-nin ilk qərarı Ermənistanın baş katiblik yerinin vaxtından əvvəl əlindən alınması ilə bağlıdır. Belə ki, rotasiyaya görə, 2020-ci ilə qədər baş katib vəzifəsi Ermənistanın nümayəndəsi olmalı idi. Ancaq Yuri Xaçaturovla bağlı qaldırılan cinayət işi və onun geri çağırılması nəticəsində İrəvan bu hüquqdan vaxtından əvvəl məhrum edildi.

Buna səbəb rəsmi İrəvanın yeni nümayəndəsinin fəaliyyəti üçün sadəcə bir il qalması və bir il ərzində yeni nümayəndənin öz işini ideal şəkildə görməsinin ,həmçinin, üzv dövlətlərdə ardıcıl görüşlər keçirməsinin qeyri-mümkün olması idi. Beləliklə, Paşinyanın bütün israrlarına rəğmən KTMT-yə üzv dövlətlərin rəhbərləri Ermənistanın baş katiblik müddətinin vaxtından əvvəl bitməsinə qərar verdilər. Ermənistandan sonra isə sıra Belarusiyanın idi. Belarusiyanın KTMT baş katibliyi üçün irəli sürdüyü namizəd isə Bakıda hərbi təhsil alan general Stanislav Zasıdır. Zasının baş katibliyi üçün son qərar 6 dekabrda Sankt-Peterburq görüşündə veriləcək.

Görüşdə digər vacib qərar isə Nazarbayevin təklifi ilə gündəmə gətirilən “müşahidəçi və tərəfdaş dövlət statusunun müəyyən edilməsi idi. Yəni, bu qərarla KTMT üzvü olmayan, ancaq üzv dövlətlərlə əməkdaşlıq edən dövlətlər müşahidəçi və ya tərəfdaş statusu ilə KTMT toplantılarında iştirak edə biləcəklər. Qeyd edək ki, həm yerli, həm də rus mətbuatında bu qərar Azərbaycanın KTMT-yə qoşulması qarşısındakı maniələrin aradan qaldırılması üçün atılmış bir addım olaraq izah edilib.

Bunlar ötən həftə KTMT zirvə görüşündə baş verənlərin qısa icmalı idi. İndi isə biz son zamanlar tez-tez gündəmə gələn Azərbaycanın KTMT arasındakı münasibətləri və bunun gələcək perspektivlərindən bir balaca bəhs edək. Əvvəla onu demək lazımdır ki, doğurdan da ötən həftə Astanada baş verənlər bir daha göstərdi ki, KTMT daxilində Ermənistanın heç bir nüfuzu yoxdur. Ermənistan baş naziri Paşinyan yenə KTMT toplantısı ərəfəsində qeyd etmişdi ki, Azərbaycanın KTMT-yə daxil olması qeyri-mümkündür, çünki Ermənistan buna veto qoyacaq. Ancaq Astana zirvəsində qəbul edilən qərar onu göstərdi ki, Azərbaycanın KTMT ilə əməkdaşlığı üçün hər hansısa erməni icazəsinə ehtiyacı yoxdur.

Bundan savayı Astana görüşündə müşahidə edilən digər bir məqam KTMT üzvlərinin başda Rusiya olmaqla Azərbaycanın KTMT üzvü olması üçün böyük səy göstərməsi və həvəsli olmasıdır.

Yerli mətbuatda bu barədə yer alan xəbər və şərhlərə baxsaq görərik ki, sən demə Azərbaycanda  bunu dəstəkləyənlər heç də az deyil. Ancaq bu məqamda bir sualı qeyd etməyimiz yerinə düşər. Bizə KTMT lazımdırmı?

Nəyə və kimə lazım olduğunu bilmirəm, ancaq bir şey məlumdur ki, böyük güclərin savaşının yenidən qızışdığı bir məqamda kimlərsə “bloklara qoşulmama hərəkatını” dəstəkləyən Azərbaycanı “Avrasiya blokuna” çəkməyə çalışır. O, blok ki, biz hələ təzə-təzə onun fəsadlarından qurtuluruq. Hətta bəzi fəsadları olduğu kimi qalmaqdadır.

KTMT əlbətdəki yeni Sovet imperiyası demək deyil. Heç Rusiyada əvvəlki imperialist Rusiya deyil. Amma bu o demək deyil ki, biz yenidən KTMT-yə üzv olmaqla ölkəmizin daxilində rus qoşunlarının və hərbi bazalarının yerləşdirilməsinə icazə verməliyik. Axı, tarix bizə xatırladır ki, o qoşunlar bizim dinc əhalimizə qarşı nə qədər amansız olublar.

Bəs Azərbaycan bu bloka qoşulacaqmı? Əlbətdəki, xeyr. Azərbaycan müstəqil dövlətdir və heç bir bloka qoşulmur. Azərbaycan Bloklara Qoluşmamaq Hərəkatını dəstəkləyir. Ən əsası isə Azərbaycan öz daxilində heç bir blokun, strukturun və ya dövlətin hərbi bazalarının formalaşmasına icazə vermir. Bütün bunlar Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının əsas prinsipləridir.

KTMT Azərbaycan üçün heç bir perspektiv vəd etmir. Əvvəla orada Azərbaycanın münaqişədə olduğu Ermənistan üzv dövlətdir. KTMT nizamnaməsinə əsasən isə KTMT üzvü olan dövlətlər arsında heç bir münaqişə mənbəyi olmamalıdır. Yəni, münaqişəli dövlətlər buraya üzv ola bilməz. Həmçinin  KTMT öz daxilində vahidliyi, birliyi olmayan, qəbul etdiyi qərarların böyük bir qismi icra olunmayan, rus maraqlarının hegemonluq etdiyi bir təşkilatdır. Azərbaycan isə KTMT ilə sadəcə bərabərhüquqlu bir şəkildə əməkdaşlıq edir. Təbii ki, dövlətimiz Astana görüşündən sonra təklif gələrsə müşahidəçi və ya tərəfdaş statusu ilə KTMT zirvə görüşlərində iştirak edə bilər. Ancaq Azərbaycan NATO ilə də genişmiqyaslı əməkdaşlığa sahibdir. Və əgər seçim etmək zəruri olarsa NATO Azərbaycan üçün daha böyük və daha sərfəli əməkdaş olar.

 

 

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı