"Aviqdor Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini başa düşür" “Zamanın çağırışları” saytı

Analitika 12:51 24.05.2016

İsrailin “Zamanın çağırışları” analitik informasiya portalında “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun İsrailin siyasi həyatındakı son hadisələr, hökumət koalisiyasında dəyişikliklər, ölkənin yeni müdafiə naziri Aviqdor Liberman, İsrail ilə Azərbaycan arasında strateji qarşılıqlı münasibətlərin inkişafı və möhkəmlənməsi haqqında məqaləsi dərc olunub.

Məqalədə deyilir ki, İsrailin müdafiə naziri Moşe Yaalon Müdafiə Nazirliyində vidalaşma mərasimi keçirib və “İsrail Bizim Evimizdir” Partiyasının sədri Aviqdor Liberman artıq mayın 24-də İsrailin müdafiə idarəsinin başçısı kürsüsünə sahib olacaq. Bundan əvvəl hökumətin başçısı Binyamin Netanyahu və Aviqdor Liberman koalisiya müqaviləsinin bütün detallarını razılaşdırmağı planlaşdırırlar.

Məqalə müəllifi vurğulayır ki, İsrail siyasətində son hadisələr Aviqdor Libermanın sanbalına görə İsrailin ən nüfuzlu və səbatlı siyasətçilərdən biri olduğunu sübut edib. Arye Qut yazır: “Aviqdor sərt, amma çox praqmatik diplomat kimi tanınır. O, güzəşt nə olduğunu bilmir, buna baxmayaraq, həm dostları, həm də əleyhdarları arasında böyük hörməti var, çünki hər şeyi cəsarətlə öz adı ilə çağırır. Diplomatiyada quzğun, sosial məsələlərdə liberal olan bu insan son bir neçə gün ərzində İsrail siyasətinin landşaftını alt-üst edib”.

Aviqdor Libermanın İsrail dövlətinin maraqlarını müdafiə edən praqmatik siyasətçi olduğunu önə çəkən Arye Qut yazır: “O, İsrailin dostlarını həmişə düzgün seçib və onun Cənubi Qafqaz regionunda Azərbaycana istinad etməsi də özünü doğruldur. Azərbaycan İsrailin mühüm strateji enerji resursları təchizatçısıdır. Bu ölkə bizi başqa ölkələrin enerji asılılığından azad edib. Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və mehriban münasibət bəsləyir ki, bunun da dünyada presedenti yoxdur. Yəhudilərin Azərbaycan ərazisində yaşadıqları bütün dövr ərzində bu ölkədə heç vaxt antisemitizm olmayıb və yoxdur. Biz, əslən bu ölkədən olanlar də bu tolerantlıq və dini dözümlülük amili ilə fəxr edirik. Azərbaycan bu gün multikulturalizm və tolerantlıq siyasəti yürüdür və bütün dünyaya göstərir ki, ölkə ərazisinin 20 faizinin işğal edilməsi Azərbaycanın həqiqi sivilizasiyalararası dialoqun nümunəsi və bütün xalqların və konfessiyaların nümayəndələrinin dinc yaşadığı məkan olmasına mane olmur.

Azərbaycan-İsrail strateji tərəfdaşlığının həqiqi memarlarından birinin Azərbaycan Prezidenti İlham Əliyevlə bərabər, İsrail tərəfindən məhz Aviqdor Libermanın olduğunu desəm, heç də böyük sirrin üstünü açmaram. Məhz “İsrail Bizim Evimizdir” Partiyasının liderinin xarici siyasət konsepsiyası İsrailin xarici siyasət strategiyasında Azərbaycanı postsovet məkanındakı adi ölkədən İsrail Dövlətinin strateji tərəfdaşına çevrilib. Azərbaycanın regiondakı strateji əhəmiyyətini və geosiyasi mühümlüyünü məhz A.Liberman başa düşüb.

Müəllifin fikrincə, Azərbaycan real surətdə sübuta yetirib ki, regionun lider dövləti mövqeyində tam möhkəmlənib, onun iştirakı olmadan Cənubi Qafqazda heç bir layihəni həyata keçirmək mümkün deyil. O yazır: “İsrail Azərbaycanı neft-qaz, telekommunikasiya və kənd təsərrüfatı sahələrində ən qabaqcıl texnologiyalarla təchiz edən mühüm strateji tərəfdaşdır. İsrail hərbi sənayenin yaradılmasında və inkişafında Azərbaycanla qarşılıqlı fəaliyyət göstərir. Mən iki il əvvəl Aviqdor Libermandan müsahibə götürən zaman İsrail XİN-in yeni və eyni zamanda köhnə başçısı demişdi ki, İsrail ilə Azərbaycanın unikal və bənzərsiz strateji tərəfdaşlıq əlaqələri var. İsrail Azərbaycanın simasında İslam dünyasının mayakı olan ölkəni, Cənubi Qafqaz regionunda Avropa dəyərlərinə malik mühüm geosiyasi amili görür”.

A.Qutun fikrincə, Azərbaycanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə obyektiv və ardıcıl mövqeyinə görə Aviqdor Libermanın şəxsiyyətinə böyük ehtiramla yanaşırlar. Bu yaxınlarda - aprel ayında Azərbaycan, ərazisinin 20 faizini işğal altında saxlamağa davam edən Ermənistan silahlı qüvvələrinə sarsıdıci zərbə endirən zaman Aviqdor Liberman çıxış edərək, bu ölkənin haqq işini açıq şəkildə dəstəkləyib. O bildirib ki, qoşunların təmas xəttində baş verən provokasiyalar beynəlxalq hüquq normalarının və razılaşmaların pozulması deməkdir. A.Liberman ümidvar olduğunu bildirib ki, Ermənistan baş verənlərin ciddiliyini tam başa düşəcək, hərəkətlərini ölçüb-biçəcək, özünü hüquq normaları çərçivəsində təmkinli aparacaq. A.Liberman deyib: “Mən çox ümid bəsləyirəm ki, ilk növbədə beynəlxalq birlik, indiki halda isə ATƏT-in Minsk qrupunun iştirakçıları məhdud birtərəfli maraq və siyasi faydadan deyil, obyektiv olaraq faktlardan çıxış edəcəklər”.

Arye Qut məqaləsini belə yekunlaşdırır: “İsrail siyasətinin bu “ağır çəkili” nümayəndəsi və praqmatik lideri bir neçə gün sonra İsrail Dövlətinin strateji baxımdan ən mühüm nazirliklərindən birinə başçılıq edəcək ki, bu da istər regionda, istərsə də dünya miqyasında İsrailin mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxacaq”.

"Azərtac"

İranda polis hicab taxmayan qadını döyə-döyə həbs etdi - VİDEO

Xəbər xətti

Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
23:40 15.05.2024
Batumi Dövlət Universitetinin qarşısında "xarici agentlər haqqında" qanuna etiraz aksiyası bərpa olunub
23:24 15.05.2024
Səbinə Əliyeva “Rusiya-İslam dünyası: KazanForum” 2024 XV Beynəlxalq İqtisadi Forumunda iştirak edib
23:00 15.05.2024
ABŞ-də dövlət bayraqları yarıya endirilib
22:40 15.05.2024
Bayden: ABŞ Baş nazirə sui-qəsdlə bağlı Slovakiyaya yardım göstərməyə hazırdır
22:29 15.05.2024
ABŞ və Yaponiya hipersəs silahları “ələ keçirən” qurğu yaradacaq
22:12 15.05.2024
Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək
21:57 15.05.2024
Portuqaliyada Qlobal Dialoq Forumu öz işinə başlayıb
21:38 15.05.2024
"Yuventus" klubu Tyaqo Motta ilə razılığa gəlib
21:22 15.05.2024
Kobaxidze: Robert Fitsoya qarşı hücumu qətiyyətlə pisləyirik
21:00 15.05.2024
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib
20:49 15.05.2024
"Jirona" klubu Niderland millisinin futbolçusu ilə müqavilə müddətini uzadıb
20:38 15.05.2024
Müxalifətçi yazıçı Slovakiya Baş nazirinə sui-qəsd cəhdində şübhəli bilinir
20:29 15.05.2024
Nazir: Aİ ilə uşaqları və gəncləri mina təhlükəsi barədə maarifləndirmək üzrə əməkdaşlıq edirik
20:08 15.05.2024
Azərbaycan Prezidenti Slovakiyanın Baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınayıb
20:00 15.05.2024
Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib
19:44 15.05.2024
Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
19:33 15.05.2024
Azərbaycan Belarusla nəqliyyat sahəsində rəqəmsallaşma ilə bağlı müzakirələr aparıb
19:20 15.05.2024
Belarus Prezidenti Azərbaycana dövlət səfərinə gəlir
19:00 15.05.2024
Karyerasını bitirən Azərbaycan güləşçisi: Mənə Ermənistan idmançılarının qənimi kimi baxırdılar
18:47 15.05.2024
Sabah Cəlilabadın 3 kəndində qaz təchizatında məhdudiyyət olacaq
18:34 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Küveytdə yeni hökumət and içib
17:50 15.05.2024
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:40 15.05.2024
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
17:40 15.05.2024
Slovakiyanın Baş naziri yaralanıb
17:30 15.05.2024
İqtisadiyyat Nazirliyi: Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib
İqtisadiyyat Nazirliyi: Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib
17:20 15.05.2024
Avropa Parlamentinin deputatı Şuşada olub
Avropa Parlamentinin deputatı Şuşada olub
17:10 15.05.2024
Hərbi ekspert: "Erməni polkovnikin rüşvəti rus generalı həbsə apardı" - VIDEO
17:00 15.05.2024
Azərbaycan və Gürcüstan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə fəaliyyəti gücləndirir
16:50 15.05.2024
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır
16:40 15.05.2024
Bayden və Zelenski yaxın həftələrdə görüşə bilərlər
16:30 15.05.2024
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib
16:20 15.05.2024
İsrail BMT Baş Assambleyasının Fələstinlə bağlı qətnaməsini rədd edib
16:15 15.05.2024
Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
16:10 15.05.2024
Ədalət Verdiyev: Delimitasiya dayanarsa... - VIDEO
16:05 15.05.2024
Azərbaycanın Yaşıl Enerjiyə yönəlməsi Avrasiya ölkələri üçün həlledici rol oynayacaq – ANALİTİKA
16:00 15.05.2024
Azərbaycan və Özbəkistan fintex bazarında birgə araşdırmalar aparacaqlar
15:50 15.05.2024
SOCAR-ın enerji keçidi sahəsində təcrübəsi Tailandda öyrəniləcək
15:40 15.05.2024
Hamısı