KİV-nin intihar dalğasının yaranmasına təsiri və bunun qarşısını necə almaq olar? Ekspert rəyi

Analitika 09:00 18.04.2019

Son günlərdə ölkədə böyük rezonans doğuran 14 yaşlı Elina Hacıyevanın özünə qəsd etməsinin səbəb olduğu məyusluğun ardınca sıralanan intihar halları müəyyən mənada diqqəti başqa bir yönə çəkdi. Son bir gündə Azərbaycanda 8 nəfərin özünə qəsd etməsi hadisəsi yaşanıb ki, onlardan yalnız ikisinin həyatını xilas etmək mümkün olub.

İntihar dalğası  və ya Verter effekti

“Loqos” Psixoloji və Nitq inkişaf Mərkəzinin psixoloqu Taciyə Mehdisoy intiharların kütləvi hal almasını belə şərh edib:

Image result for psixoloq Taciyə Mehdisoy

“Kütləvi İnformasiya Vasitələrinin insan psixikasına təsirindən danışarkən Verter effektinə toxunmamaq düzgün olmazdı. Verter effekti və ya Verter sindromu televiziya və ya digər KİV-də geniş şəkildə isıqlandırılmış intiharı yamsılayan kütləvi intiharlar dalğasıdır. Hötenin “Gənc Verterin iztirabları” romanının qəhrəmanının özünə qəsd etməsini yamsılayan intiharlar dalğası araşdırılmış və onun bir çox insanın intiharına səbəb olduğu aşkar edilmişdir. Bunu başqa bir nümunədə göstərmək istəsək, 2000-ci ildə Murat Kekillinin “Bu akşam ölürüm” mahnısının təsirindən neçə–neçə insanın özünü öldürməsi faktını deyə bilərik. Hətta bu mahnının yayımı uzun müddət dayandırılmışdı. Buna daha çox eyni problemə, eyni situasiyaya malik olan insanlar tuş gəlirlər. Belə ki, KİV-də universitetə qəbul olmadığı üçün özünə qəsd etmiş hansısa abituriyentin xəbərini izləyən başqa bir uğursuz abituriyent həyatını onun həyatı ilə eyniləşdirməklə intihar edir. Özü də mətbuatda hansı məqam, hansı formalı intihar xüsusi qeyd olunur, vurğulanırsa, növbəti intiharçılar da özlərini məhz həmin qaydada öldürür, "intihar stili"ndə məhz həmin məqamı vurğulayır”, deyə psixoloq qeyd edib.

Təbii olaraq, belə bir sual yaranır: İntihar hadisələrinin sayının artmasına KİV-də yer alan intihar xəbəri səbəb ola bilərmi? KİV bu cür həssas məsələdə necə davranmalıdır?

Image result for media pass

“İntihar xəbərlərini işıqlandırmamaqla bu problemi həll edə bilmərik”-  “Loqos” Psixoloji və Nitq inkişaf  Mərkəzinin psixoloqu Elmir Əkbər

Related image

“İntiharlar haqqında danışmaq ənənəyə çevrilə bilər, insanlarda bu hadisənin təkrarlanmağı provokasiya yarada bilər. Digər tərəfdən isə, biz özümüzü aldada bilmərik. Peşəkar jurnalistlər bunu yazmasa da, sosial şəbəkələrdə belə məlumatlar  yayılacaq. Və qeyri-peşəkarların paylaşımlarının nəticələri dəfələrlə ağır olacaq. Həm də bu məlumatlar verilməsə ikincili bir ajiotaj yaradacaq ki, niyə bunun haqqında məlumat verilmir. Bu halda insanlarda instiktiv olaraq qorxu yaranır ki, bəlkə burda nəsə baş verir? Çünki, bizdən nəyisə gizlədirlərsə bu bizi daha da maraqlandırır. İntihar xəbərlərini işıqlandırmamaqla bu problemi həll edə bilmərik”, deyə Elmir Əkbər bildirib.

"Tənhalığı, öz ağrılarını, problemlərini cəmiyyətə çatdırmaq istəyirlər"

“Təbiətdə, cəmiyyətdə zamanın və məkanın sinxronizasiya prosesi deyilən bir anlayış var. Eyni bir  ideya aidiyyatı üzrə yaxın bölgələrdə baş verir. Məsələn, görkəmli yazıçılar, bəstəkarlar, şairlər, böyük aktyorlar eyni şəhərdə, bəzən eyni küçədə yetişir. Sanki, Azərbaycan cəmiyyətində bu sinxronizasiya baş verib. Bu insanlar tənhalığı, öz ağrılarını, problemlərini cəmiyyətə çatdırmaq istəyir. Və elə bir tendensiyaya çevrilib ki, bu məlumatı gizlətməklə onu həll edə bilməyəcəyik. Mütəxəssislər belə şəxslərlə işləmək məcburiyyətindədir”, ekspert  deyib.  

“İntiharlar bioloji səbəbdən və endogen xəstəliklərdən doğan hallardır. Bugün baş verən hadisələrin arxasında isə sosial-psixoloji faktor durur. Bu bizim üçün ciddi siqnaldır ki, məsələnin kökünə baxaq. Çünki burada kriminal tərkib hissəsi var. Həmçinin bir insaniyyət, şəxsiyyət problemi də var. Yeniyetmələrin intiharına zəmin yaradan əsasən böyük insanlardır. Artıq qərb ölkələrindəki kimi istənilən işə götürülən insan psixoloji qiymətləndirmələrdən keçməlidir. İntihar bir adamın  məsələsi olmaya da bilər. Valideynin, qohumun, qonşunun biganəliyi ailə və cəmiyyət faktoru birbaşa təsiredici amillərdir. Yeniyetməlik dövrü, orta yaş krizisi kimi yan təsirlər də mövcuddur. İntihar halını deməsək, bu kifayət edəcəkmi? Hesab edirəm ki, bu məsələnin həllinə birbaşa deyil, dolayısı yolla yanaşmaq lazımdır. Televiziya və ya digər KİV-də, sosial və psixoloji layihələr hazırlanmalı və bu layihələrə rəhbərlik peşəkar insanlara tapşırılmalıdır. Çünki, burada çox vacib dəyərlərdən söhbət gedir. Bütün dünyada bu tendensiyalar məhz peşəkar yanaşma ilə həll olunub. Kommersiya kanalları öz maraqlarını güdür. Amma National Geography, Discovery və s. kanallar kommersiya kanalları olsalar da insanların şüuraltısına və şüuruna yönlənmiş onlarda harmoniyanı bərpa edəcək veilişlər hazırlayır. Bizdə isə belə layihələr həddən artıq azdır. Bu bizim böyük problemimizdir. Layihələr Dövlət və qeyri dövlət fondları tərəfindən dəstək görlməlidir. Peşəkar İnstitutlar olmalıdır. Bununla məşğul olan köklü, dərin təcrübəsi olan insanların yanaşmasıyla həll edilməlidir”, deyə psixoloq bildirib.

 

KİV-nin insan psixologiyasına təsiri - STATİSTİKA

Araşdırmalara görə, bir ailədə TV gündə orta hesabla yeddi saat işləyir. Etiraf edək ki, KİV-də elektron medianın çəkisinin getdikcə artmasına rəğmən, televiziya hələ də psixoloji mühitin mühüm hissəsidir. Alimlərin fikirlərinə görə, bir yeniyetmənin televiziya qarşısında keçirdiyi vaxtla onun böyüdüyü zaman aqressiyaya meyl etməsi arasında birbaşa asılılıq var. 

Kolumbiya universiteti və Nyu-York psixiatriya institutunun alimləri 17 il ərzində 700 yeniyetmənin həyatını izləyiblər və nəticədə sübut olunub ki, gün ərzində verilişlərə üç saatdan çox  baxan uşaq həmcinsləri ilə müqayisədə zorakılıq tərkibli cinayət, eləcə də, qətl, dava və oğurluq cinayətini beş dəfə daha çox törədir.

Amerikanın məşhur ТV Guide jurnalında detektiv və döyüş filmlərinin cinayətin törədilməsində nümunə rolunu oynadığı deyilir. 208 məhbus arasında keçirilən sorğu nəticəsində onların 10-undan 9-u etiraf edib ki, yeni kriminal fəndlərlə kriminal xəbərlərə baxaraq tanış olublar, 10 məhbusdan 4-ü isə televizorda göstərilən cinayəti təkrarlamağa cəhd edib.  

Son olaraq əlavə edək ki, kütlə üzərində ciddi psixoloji təsir vasitələri olan KİV insan psixologiyasının həssaslığını nəzərə alaraq onu hər hansı mənfi təsirdən qorumalı və mümkün qədər bu imkandan cəmiyyəti saflaşdırmaq üçün istifadə etməlidir.

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı