Azərbaycan Formula 1 yarışlarından nələr qazandı DETALLAR

Analitika 09:46 30.04.2019

Azərbaycan növbəti dəfə Formula-1 yarışlarına ev sahibliyi etdi. Ötən həftənin son günlərində Bakıda böyük bir coşqu yaşandı. Rəsmi məlumatlara görə, yarışın ilk günü dünya mediasında Bakı haqqında 5 min məqalə dərc edilib. Bu məqalələrin əksəriyyəti pozitiv, bir qismi isə neytral mövqedə olub. Bütün bunları qiymətləndirən mütəxəssislər hesab edirlər ki, yarış Azərbaycanın dünyaya tanıdılması, Bakı haqqında məlumatların beynəlxalq səviyyədə yayılmasında böyük rol oynayıb.

Sosial şəbəkələrdə yaradılan haştaqlara diqqət etdikdə onu da görmək olur ki, dünya ölkələrində olan Formula 1 azarkeşləri Bakı trekinin həddindən artıq maraqlı olduğunu bildirirlər. Onların rəyləri arasında belə bir fikir də var ki, Bakıda keçirilən sərbəst yürüşlər, bütövlükdə Çin Qran-Prisindən daha maraqlı oldu.

Bəs Azərbaycan iqtisadi baxımdan bu yarışlardan daha nə qazandı?

Əvvəlcə onu qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov sponsorların cəlb olunması və yerli biznesin layihədə iştiraka inteqrasiyasından bəhs edərək, aşağıdakıları bildirib: “Azərbaycan Qran-Prisinin podratçılarının 95 faizi yerli şirkətlərdir. Yerli biznes Azərbaycan Qran-Prisinə inteqrasiya edir. Onların bəziləri ilə birbaşa, digərləri ilə dolayısı yolla işləyirik. Məsələn, Qran-Pri günlərində hotellər tamamilə dolu olur ki, bu da dolayısı ilə qarşılıqlı fəaliyyətdir. Bundan başqa, bu il SOCAR şirkəti titullu sponsorumuz oldu. Biz həmçinin yerli rabitə operatorunu da cəlb etmişik, o, belə desək, dəstək sponsoru olub. Konsertlərə də sponsorları cəlb edirik. Digər tərəfdən, bizim yarımdolayı tərəfdaşlarımız da var. Çoxlu sayda podratçılarımız mövcuddur və onların 95 faizi yerli şirkətlərdir. Bu da onlara layihədə iştiraka kömək edir”.

A.Rəhimov əlavə edib ki, sərbəst yerləşmə zonasında yerli kafe və restoranlar fəaliyyət göstərir və bunun sayəsində onlar əlavə inkişaf imkanlarına malik olur, habelə özlərini yürüşə gələn qonaqlara göstərmək şansı əldə edirlər.

2018-ci ildə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 yarışlarının iqtisadiyyata göstərdiyi təsirlərə dair aparılmış araşdırmanın nəticələrinə dair hazırlanmış hesabatda qeyd edib ki, indiyədək Bakıda keçirilmiş Formula 1 yarışları ölkənin iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib.

Hesabatda 277,3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışlar ərəfəsində F1 ilə əlaqədar olaraq Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edib. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.

Birbaşa gəlirlərdə əsas yeri turizm sektoru tutur ki, Bakıda baş tutmuş iki Qran Pri ərəfəsində qeydə alınmış birbaşa gəlirlərin 22,7 milyon dolları məhz bu sektorun payına düşür. Sözügedən dövr ərzində ümumilikdə birbaşa gəlirlər 164,2 milyon dollar təşkil edib ki, bu rəqəmə F1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və s. istiqamətlər üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqəda yaranmış digər gəlirlər daxildir. 

Rəsmi məlumatlara görə, ildən-ilə xərclər azalır, gəlirlər isə artır. Bu il Azərbaycanın nə qədər qazanması ilə bağlı hələ ki rəqəmlər açıqlanmayıb. Lakin “Yeni Müsavat”ın yarışda iştirak edən reportyor qrupu kimi qeyd edə bilərik ki, Qran-Pri zamanı boş yer tapmaq çox çətin idi. Xüsusilə də xarici vətəndaşlar yarışı seyr edir, Bakı bulvarında gəzir, yaradılan şəraitdən faydalanırdılar.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz məqaləsində yarışın Azərbaycana verdiyi fayda ilə bağlı bildirmişdi ki, Formula 1 onlarla ölkədə nümayiş etdirilir, bütün dünyada 500 milyonluq izləyici auditoriyasına malikdir: “Təbii ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayının artmasında bu yarışmanın böyük payı vardır. Bundan başqa, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində 113 daimi işçi çalışır, yarışlar yaxınlaşdıqca işə cəlb olunanların sayı artır və təxminən min nəfəri ötür...”

Prezidentin köməkçisi yazırdı ki, 2018-ci ildə Formula 1 Azərbaycan Qran-prisində ümumilikdə 94 min tamaşaçı iştirak edib: “...Statistikaya əsasən, 2016-cı ildə bu yarışlara 5 min, sonrakı illərdə isə 3 min könüllü cəlb edilib. Sevindirici haldır ki, gənclərimiz könüllülük hərəkatına böyük həvəslə qoşulur və ötən 4 il ərzində könüllü olmaq üçün müraciət edənlərin sayı 50 min nəfəri ötüb. Onu da qeyd etmək istərdim ki, Formula 1-i izləmək üçün ölkəmizə gələn xarici turistlərin, avtomobilsevərlərin sayında da ildən-ilə ciddi artım müşahidə olunur. Builki yarışmanı izləmək üçün 78 ölkədən avtoidman həvəskarı Azərbaycana təşrif buyurub”.

“Yeni Müsavat”a danışan iqtisadçı Fikrət Yusifov söyləyib ki, ilk illərdən fərqli olaraq, sonrakı illərdə yarışlar Azərbaycana gəlir gətirməyə başladı:

“Yarışların bir çox ölkələrə yayımlanması, reklamların verilməsi hamısı gəlirdir. Bütün bunlar eyni zamanda Azərbaycanın təbliği və təqdimatı deməkdir və turistlərin ölkəmizə cəlb edilməsi üçün bir vasitədir. Rəsmi rəqəmlərdə göstərilənə görə, Azərbaycan ötən illərdə 500 milyon manata qədər bu yarışlardan vəsait əldə edib. Hesab edirəm ki, bunu normal gəlir kimi dəyərləndirmək mümkündür. Təbii ki, burada xərclərə də baxmaq lazımdır. Biz müşahidə etdik ki, SOCAR-ın da yarışlarda reklamı gedirdi. Reklam bu cür şirkətlər üçün çox önəmli bir məsələdir. Baxırıq ki, hətta tanınmış futbol klubları belə özlərini reklama vəsait xərcləyirlər. Ona görə də söyləmək olar ki, bu şirkətlərin reklamlarının yayımlanması, dünyada həmin şirkətlərin piarı baxımından da önəmlidir”.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Hamısı