Mənim vətənim. Mənim Qərbi Azərbaycanım

Analitika 11:20 22.05.2019

Bu gün İrəvan şəhərinin yerləşdiyi ərazi vaxtilə Urartu, Sasanilər, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqlar, Eldəgizlər, Elxanilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi dövlətlərin tərkibində olmuşdur. İrəvan şəhərinin sosial-iqtisadi mərkəz kimi inkişafı Çuxursəd bəylərbəyliyinin və İrəvan xanlığının dövrünə təsadüf edir. Orta əsrlərə aid tarixi mənbələrdə şəhərin adı Rəvan və İrəvan kimi göstərilir. Bundan sonra, 1950-ci ildə Erməni tarixçiləri İrəvan şəhərinin cənub-şərqi bölgəsi olan Qanlıtəpə ərazisində apardıqları arxeoloji qazıntılar nəticəsindı Urartu çarı I Arqiştinin hakimiyyəti illərində tikilmiş Erebuni, (İrpuni) qalasının qalıqlarını aşkarlayıblar. Erebuni qalası yalnız hərbi-müdafiə məqsədləri daşıyırdı və onun ətrafında heç vaxt şəhər infrastukturu olmamışdır. Əslində, urartuluların ermənilərlə heç bir əlaqəsi olmadığı kimi, Erebuni qalasının nə tarixi, nə də ərazi cəhətdən bugünkü İrəvan şəhəri ilə heç bir əlaqəsi yoxdur. Orta əsrlərdə bir şəhər kimi formalaşmış İrəvan şəhəri 1950-ci ildə  arxeoloji qazıntıların nəticəsində aşkar edilmiş. Erebuni qalası arasında məsafə fərqi diqqət çəkicidir. Yalnız XX əsrin 2-ci yarısından etibarən İrəvan genişləndi və Qanlı Təpə hansıki,Erebuni qalası yerləşir.şəhərin tərkibinə daxil olmuşdur. Urartuluların dövrünə aid mixi yazılı məktublardan (mətnlərdən) məlum olur ki,b.e.ə VIII əsrin əvvəllərində Ağrı vadisi (Araz çayının sol sahili və Arpa çay çayının aşağı axını) urartuluların fəthinə qədər Az xalqlarının vətəni adlandırılmışdır.

İrəvanın Urartu çayının I Arqişti tərəfindən e.ə 752- ci ildə əsası qoyulan Erebuni qalası ilə eyniləşdirilməsi tarixi saxtakarlığın bariz nümunəsidir. Akademik Boris Piotrovskinin, həyat  yoldaşı milliyətcə Erməni olan Hribsime Canpoladyan dediyi "Ermənistan SSR-nin paytaxtı olan Yerevanda Urartu adı olan Erebuni yaşamaqdadır" fərziyəsi 1968-ci ildə ermənilərə Yerevanın 2700 illiyini qeyd etməyə imkan verdi. Ermənilər bütün dünyaya bu şəhərin Romadan 30 il qədim olduğunu göstərməyə çalışdılar.

Məhşur erməni yazıçısı Xaçatur Abovyan "İrəvan şəhərinin qısa tarixi oçerdləri" adlı əsərində qeyd edir ki, XIII əsrə qədər Erməni yazıçılarının əsərlərində İrəvana aid heç bir məlumat yoxdur.

658-ci ildə İrəvan ərəb döyüşçüləri tərəfindən fəth edilir. Xilafət dövründə cənubi Qafqazın idarəsi türklər tərəfindən həyata keçirilirdi. Məhşur türk səyyah-coğrafiyaçısı Övliya Çələbinin verdiyi məlumata görə İrəvan XV əsrin başlanğıcından yaşayış məskəni kimi mövcud olmuşdur. Onun sözlərinə görə,Hicri təqviminə görə 810-cu ildə (1407-1408)Əmir Teymurun sevimli tacirlərindən olan Hoca xan Ləhicani İrəvan torpağına gəlmişdir. O burada məhsuldar bölgə görür və öz ətrafı ilə bura köç edir. Gün keçdikdə o düyü satmaq hesabına zənginləşir və bu şəhəri inşa edir. Daha sonra Övliyə Çələnbi əlavə edir ki, hicri təqvimi ilə 915-c ildə Şah İsmayil Xətai öz vəziri Rəvanqulu xana bu ərazidə qala tikməyi əmr edir. Bir sıra alimlər Övliyyə Çələbinin yazdığı İrəvan və İravan qalasının yaranması haqqında məlumatı qəbul edirlər. Amma eyni zamanda şəhərin yaranmasının daha qədim olduğuna inanırlar. Mübahisə edilməz fakt budur ki, Şah İsmayıl 1501-ci ildə buranı tutandan sionra öz vəziri Rəvanqulu xana Zənci çayının sahilində strateji bir mövqeyde qala tikməyi əmr edir. Rəvanqulu xan Şəhəri 7 il müddətinə tikmişdir.

Osmanlı və Səfəvi imperiyaları arasında gedən müharibənin nəticəsi olaraq İrəvan şəhəti 14 dəfə əldən-ələ keçmişdir. Hər dəfə şəhər tamamilə dağıdılmış, yenidən bərpa olmuşdur. 1554-cü ildə Osmanlı qoşunu şəhəri tamamilə tutur və dağıdır. 1580-ci ildə Osmanlı vəziri Lələ Mustafa yenidən İrəvan şəhərini tutur. Bir çox tarixçi alimlər və səyyahlar qeyd edirki, İrəvan qalası 1582-1583-cü illərdə köhnə qalanın yerində Fərhat Paşa tərəfindən tikilmişdir. Qala kvadrat formasında olub. Hündürlüyü 850 metr, eni 790 metr civarinda olub, 7 hektar ərazini əhatə eləmişdir. Qalanın 3 qaapısı olub: cənub istiqamətində Təbriz qapısı, şimal istiqamətində Şirvan qapısı(meydan) və Körpü qapısı. 1679-cu ildə Zənci çayı üzərində Qırmızı Körpü tikilmişdir. Baxmayaq ki,1604-cü ildə I Şah Abbas İravanı türklərdn azad eləyir, tezliklə şəhər yenidən hücuma məruz qalır. "Yandırılmış torpaq" taktikasının nəticəsi olaraq Çuxursəd bəylərbəyliyinin, o cümlədən İravən şəhərinin əhalisi Arazın o tayına köçürülür. Osmanlı ilə Səfəvi arasında 1639-cu ikdə imzalanmış Qəsri-Şirin müqaviləsinə görə İrəvan Səfəvilərdə qalır.1733-cü ildə Nadir Şah Əfşar tərəfindən İrəvan Osmanlılardan azad olur. 1747-ci ildə Nadir Şahın ölümündən sonra müstəqil xanlıq yaradılır.

İrəvan şəhər və qalasında unikal memarlıq abidələri tikilmişdir: məscidlər, karvansaraylar. hamamlar, istirahət üçün parklar. Qırxbulaqdan İrəvan üçün içməli su çəkilmişdir və suvarma kanallarının hesabına İrəvan cənnətə dönmüşdü. 4 iyun 1679-cu ildə İrəvanda baş veən zəlzələ şəhəri tamamilə məhv edir ancaq, Naxçıvan, Gəncə, Qarabağ, Təbriz və Maku bəylərbəyliklərinin köməyi ilə İrəvan tezliklə bərpa olunur. Xan sarayı və yaxud Sərday sarayı şərqin unikal mədəniyyət incilərindən biri idi. 1791-ci ildə Hüseyin Əli xanın oğlu Məhəmməd xanın əmri ilə saray kompleksinə yay arayı və güzgülü salon əlavə edilir. Avropa səyyahlarından Jan Tavernie, Jan Şarden, Ker Porter, Ceyms Moryer, Mon Pere, Kameron, Linç və başqaları öz sərgüzəştlərində Xan sarayı və onun güzgülü salonu, şəhərin məscidləri, hovuzları, hamaları, zəngi çayının üzərində yerləşməyini qeyd etmişdir.

İrəvan şəhəri 4 hissədən ibarət olmuşdur: Qala, Şəhər, Təpəbaşı və Dəmirbulaq. Qala ilə şəhər arasında bazar meydanı yerləşirdi. Şəhər hissəsi İrəvan qalasından Qırxbulaq çayının sol sahilini əhatə edirdi. Məhz səhərin bu hissəsində mərkəzi bazar, bütün meydanlar, çoxlu hamam və karvansaray yerləşirdi. Məhəllə Təpəbaşı Şəhər və məhəllə Zəngi çayı arasındakı təpədə olub. İrəvanın adlı-sanlı sakinlərinin çoxsaylı bağları olan məhəllə Şəhərin məhəllə Təpəbaşı ayırdılar. Məşhur Xan bağı Hüseynqulu xan da şəhərin bu hissəsində olub. Məhəllə Dəmirbulaq şərqdə və cənub-şərqdə rübündə Şəhər İrəvan qalasının yaxınlığında yerləşir idi. Şəhərin bu hissəsində məscid və hamam Cəfər bəy Həsənəli hamam və karvansara Susuz, eləcə də olmuşdur.

Rusiya üçün strateji mövqelərdə olan Qacar dövləti ilə Osmanlı arasında İrəvan qalasına sahib olmaq, böyük əhəmiyyət kəsb edirdi. Lakin bütün cəhdlər rus qoşunları 1804 və 1808-ci illərdə qalanı  ələ alması  əbəs idi.  İrəvan qalası rus komandanlığına qala divarlarını zəif nöqtələrini işarə etmiş ermənilərin xəyanəti üzündən süqut etdi. Qalanın süqutundan sonra İrəvan şəhəri üçün faciəli günləri başlandı. Rus qoşunları İrəvan qalasının işğalından dərhal sonra, osmanlı sərkərdəsi Rəcəb-paşanın 1725-cü ildə inşa edilmiş məscidin günbəzində ki aypara xaç ilə, minarədə dəyişdirilib zəng qoyulub. Beləliklə, məscidə pravoslav kilsəsinə çevrilib. Qala məscidi Sərdar arsenala rus qoşunlarının cəbbəxanasına  çevrilib, xanın hərəmxanası isə hospitalla çevrilib. İrəvan xanlığının süqutundan sonra Xan sarayı  "Erməni vilayətinin" inzibati binası olub. Rus çarı I Nikolayın əfsanəvi Şimali Azərbaycan xanlıqlarının son dayağı İrəvan Qalasını görmək istəyi , 1837-ci ildə həyata keçdi.1853-cü ildə baş vermiş zəlzələ nəticəsində İrəvan qalası yenidən dağıldı.1864-cü ildə qala yenidən tikildi və hərbi məqsədlər üçün istifade olunmağa başladı.1868-ci ildən etibaren Sərdar sarayı polis idarəsinin sərəncamına verildi.1867,1871,1874,1880-cı ildə şəhər qubernatorunun icazəsi ilə Sərday sarayı yenidən bərpa olundu.

1865-ci ildə tacir Nertzes Tahiryan Yerevan qalasının ərazisində şərab zavodu tikir.1906-1911-ci illərdə irəvanlı texnik B.Mehrabovun planına əsasən İrəvanda 8 məscid var idi:Təpəbaşı, Şaqar, Sartiq, Göy, Hacınovruz Əlibəy, Qala, Dəmirbylaq və Hacı Cəfər məscidləri. Həmin dövrdə İrəvan şəhərinin küçələri azərbaycanca idi: Şəriət, Karvansaray, Qala, Sultan, Çolmakçı, Naxçıvanlı, Bazar, Daşlı-Küçə, Paşaxan, Qəriblər-ocaqı, Dəyirmanlı küçəsi, Məscid, Fəhlə bazarı, Təpəbaşı,Qəbiristan küçəsi, Nəgib küçəsi, Mir Cəfər küçəsi, Rüstəmxan küçəsi, Mamrin, Korbulaq, Bəy, Katan, Dükanlı küçə, Sallahlar və s.

İrəvanda çoxlu sayda karvansaraylar vardı. Onların arasında Əfşar, Sərdar, Şeyxülislam, Tağlı, Sulu, Susuz, Hacı Əli, Kömürçü, Gürcü, Culfa, Hacı İlyas və başqaları var idi. Ancaq azərbaycanlılara aid olan bu karvansaraylar yer üzündən silinmişdir.

XX əsrin əvvələrində İrəvan küçələrində qaz və kerosin fanarları vardı. 1907-ci ildə azərbaycanlı Hacı İbrahim oğlu Zəngi çayı üzərində hidroelektrik stansiyası tikilməsi təşəbbüsü ilə çıxış edir. 1909-cu ildə daha bir azərbaycalı mühəndis Xəlil bəy Qasımov öz həmkarı Arşak Malxasyan ilə birgə "Kooperasiya" şirtkəti adından şəhər idarəçiliyinə hidroelektrik stansiyası tikilməsi ilə bağlı müraciət edir. XX əsrin əvvəlində Qedər (Qırxbulaq) çayından İrəvana 19 km-lik sudaşıyıcı kanal şəkilmişdi. Bu sudaşıyıcının çəkilməsində Abbasqulu xan İrəvanskinin müstəsna rolu olmuşdur.

28 may 1918-ci ildə Qafqaz ərazisində 3 müstəqil dövlət qurulur-Azərbaycan, Gürcüstan və Ermənistan. Ermənilərin paytaxtı olmadığındna, 29 may 1918-ci ildə Azərbaycan Milli Şurası İrəvan şəhərini ermənilərə güzəştə gedir. Buna baxmayaraQ, 1918-1920-ci illərdə Ermənistanın daşnak hakimiyyəti İrəvan azərbaycanlılarına qarşı soyqırımı siyasətini davam etdirirdi. Azərbaycanlıların maddi-mədəni abidələrinə- məscidlərə, evlərə qarşı vandalizm aktları davam edirdi.

Sovet hakimiyyəti illərində azərbaycanlıların diskriminasiyası və deportasiyası Ermənistanın rəsmi siyasətinin tərkib hissəsi idi. İrəvan şəhərinin 1924-cü ildə Aleksandr Tumanyanın planı əsasında əsaslı təmiri azərbaycanlıların şəhərdəki maddi mövcudluğuna son qoymağa hesablanmıışdır. Göy Məsciddə İrəvan şəhər muzeyi tikilir, Şaqar məscidində Rəssamlar ittifaqı yerləşir, digər məscidlərdə isə, o cümlədən Dəmirbulaq məscidi, yerlə-yeksan edilir. Dəmirbulaq məscidi 1988-ci ildə erməni vandalları tərəfindən məhv edilmişdir. Sərdar sarayının və İrəvan qalasının daşları çaykənarı bulvarın tikintisində istifadə edilmişdir. Şəhərin qədim hissəsində, hansı ki, azərbaycanlılar yaşayırdı, dağıdılmış və yerində parklar, kinoteatrlar, meydanlar salınmışdır. İrəvan şəhəri, öz "qədimliyi" ilə fəxr etməyə çalışssa da,dünya paytaxları arasında tarixi-memarlıq abidələrinin yaşının 200 ildəna artıq olmadığı yeganə şəhərdir. İrəvanın bütün qədim tarixi-memarlıq abidləri azərbaycanlılara məxsus olmuşdur və hamısı yerlə-yeksan edilmişdir. Şəhərin hətta adı belə dəfələrlə dəyişdirilmişdir. Birinci dəfə 1828-ci ildə rus qoşunlarının işğalından sonra şəhər Erivan adladırılmış, 1936-cı ildə isə Yerevan adı verilmişdir. Acı həqiqət budur ki, əhalisi həmişə yerli azərbaycanlılardan ibarət olmuş İrəvan şəhəri, imndi monoetnik erməni şəhərinə çevrilmişdir.

Göyçə mahalı Göyçə gölünün  (indiki Sevan) şimal və şimal-şərqi sahillərini əhatə etmişdir. Rusiya İmperiyasının işğalına qədər, mahal 522 kənddən ibarət İrəvan xanlığına, daha sonra isə İrəvan Quberniyasına aid olmuşdur.Burada geniş yayılmış toponimlər bu torpaqların azərbaycanlılara məxsus olduğunu sübut edir. Türkmənçay və Ədirnə müqavilələrinin imzalanmasından sonra, 1828-1830-cu illərdə Osmanlı İmperiyasndan və İran dövləti ərazisindən kütləvi surətdə ermənilərin köçməsi ilə əlaqədar minlərlə azərbaycanlı öz doğma torpaqlarından məhrum olmuşdur. 1918-ci ilin may ayında 10 min km2 əraziyə malik olan Ermənistan (Ararat) Respublikası qurulur. 1920-ci ilin bölgələri onun tərkibinə daxil edilir. Sovet hakimiyyəti illərində bölünür: MAHALLAR:  1Ağababa mahalı 2 Şörəyel mahalı 3 Loru mahalı 4 Abaram mahalı 5Dərəçiçək mahalı 6Gərnibasar mahalı 7 Zəngəzur mahalı 8Qirxbulaq mahalı 9 Karbi mahalı 10 Pəmbək mahalı 11 Talin mahalı 12 Zəngibasar mahalı 13 Vedibasar mahalı 14 Dərələyəz mahalı 15 Sərdarabad mahalı 16 Göyçə mahalı

Rayonlar

Abaram rayonu, Agin rayonu, Axta rayonu, Alagöz rayonu, Allahverdi rayonu, Amasiya rayomu, Aşağı Qaranlıq rayonu, Barana rayonu, Basarkeçər rayonu, Böyük Qarakilsə rayonu, Cəlaloğlu rayonu, Çəmbərək rayonu, Dilican rayonu, Düzkənd rayonu, Ellər rayonu , Ərtik rayonu, Əştərək rayonu, Gorus rayonu, Hamamlı rayonu, Karvansaray rayonu, Exeqnadzor ( Keşişkənd rayonu ), Kəver rayonu, Qafan rayonu, Qarakilsə rayonu, Qəmərli rayonu, Qızıl Qoç rayonu, Meğri rayonu, Sərdarabad rayonu, Soylan rayonu, Şəmşəddin rayonu, Talin rayonu, Üçkilsə rayonu, Vedi rayonu, Zəngibasar rayonu, Kalinino rayonu (Vorontsovka rayonu), Dağ Borçalı.

1948-1951-ci illərdə böyük miqdarda azərbaycanlılar Azərbaycan SSR-ə sürgün edilir. 1831-ci ilin statistik məlumatlarına görə bu ərazilərdə yaşayan ermənilər cəmi 9 faiz olmuşdur. Həmin illərdə orada 90 cox kənd var idi.1956-cı ildə aparılmış arxeoloji qazıntıların nəticəsi olaraq Ördəkli kəndi ərazisində qiymətli arxeoloji materialllar tapılır və bu on bir daha sübut edirki, Göyçə hövzəsi qədimdən türk tayfalarının yaşayış məskəni olmuşdur.Keçən əsrin 2-ci yarısından etibarən burada əhali bağçılıq, tütünçülük və tərəvəzçilik ilə geniş məşğul olmuşdur. Əhalinin buradakı gündəlik yaşamı azərbaycanlılar yaşayan digər bölgələrdən çox az şəkildə fərqllənmişdir.

Stalin 23 dekabr 1947-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası haqqında qərar qəbul edir. Onların evi, mülkü onlardan məhrum edilir.Qazaxıstan və Sibirə göndərilənlər kimi onlara yalnız ilkin vacib əşyaları göyürmək icazə verilir. Yerli azərbaycanlılara qarşı bu deportasiyada münasibət necə olmuşdur?

3 mart 1948-ci ildə Ermənistan SSR Daxili İşlər Nazirliyi tərəfindən hazırlamış və nazir Qriqoryan tərəfindən imzalanmış "Ermənistanın Azərbaycan SSR-yə köçürülən azərbaycanlı əhali arasında  hal" adlı arayış bu böyük faciədə azərbaycanlılara qarşı olan münasibətin bariz nümunəsidir.

1914-cü ildə erməni tarixçisi Gevork Aslan "Ermənistan və ermənilər" adlı kitabında yazır:

"Ermənilərdə dövlətçilik olmayıb.Onlar vətən hisləri və siyasi biliklərə heç vaxt malik olmayıblar. Erməni vətənpərvərliyi yalnız yerli yaşayış ilə əlaqədar olub.Bir dövlət kimi heç  vaxt mövcud olmayan və xəyali əsaslara dayanan "Böyük Ermənistan" ideyası bütün dünya haylarını birləşdirmək üçün mövcud olan ideyadır"

 

Erməni jurnalist R.Açaryan öz "Erməni dilində Türk borcları"adlı kitabında yazır:

"Erməni dili 4200 dən çox Türk sözü istifadə edir."

 

Xaçatur Abovyan (XIXəsr)yazır:

"...bizim dildə sözlərin yarısı türkcədir,qalanı isə farsca"

 

Böyük Əmir Teymur(Tamerlan)deyib:

"Tarix mənə iki şeyi bağışlamıyacaq:1) Mən erməniləri millət kimi məhv etmək istəmişəm 2)Mən bunu eləməmişəm"

Azərbaycanın gənc səfiri Sabir Rüstəmov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı