Azərbaycan niyə müharibəyə başlamır? Hər şeyə hazırıqmı?

Analitika 12:18 14.06.2019

Son bir ayda cəbhə xəttində erməni ordusunun aktivliyi və törətdiyi təxribatlar Azərbaycanda xalqın səbr kasasını doldurdu desək, yəqin ki, yanılmarıq. Ard-arda erməni hərbi qüvvvələrinin müxtəlif miqyaslı təxribatlar törətməsi təbii ki, Azərbaycanı provakasiyaya çəkmək məqsədi güdür. Ermənistan höküməti nəyi hədəfləyir? Azərbaycan ordusuna qarşı ard-arda hücumlar törədməklə nəyə nail olmağa çalışır?

 

Normal zamanda ətraflı şəkildə bu sualları düşünər və analiz edərdik, lakin indiki şəraitdə bizi və vətəndaşları maraqlandıran Ermənistandakı “küçə hakimiyyətinin” hədəfləri və planları, eyni zamanda Qarabağ klanı ilə İrəvandakı “rejim” arasındakı problemlər deyil. Vətəndaşı maraqlandıran bir sual var? NƏYİ GÖZLƏYİRİK?

Bu məqalədə bu suala cavab verməyə çalışacayıq. Lakin əvvəlcə gəlin son bir ayda ermənilərin provakativ addımarını sıralıyaq:

May ayının 30-da cəbhənin Ağdam istiqamətində öz əsgərlərinə təlim keçərkən tabor kamandiri, mayor Aqil Omarov təxminən 2300 km məsafədən atəş açan erməni snayperinin gülləsinə tuş gəlir və şəhid olur.

Bu hadisədən bir gün keçməmiş bir erməni əsgərini Azərbaycan snayperi məhv edir və iyun ayının 10-da Azərbaycan ordusu növbəti itkisini verir. Bu dəfə cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu yenə düşmən snayperindən açılan atəş nəticəsində şəhid olur.

Həmən gün Ermənistan müdafiə naziri David Tonoyan mətbuata verdiyi açıqlamada 19 yaşlı hərbi qulluqçumuzun şəhid edilməsi tapşırığını şəxsən özü verdiyi və bunun öldürülən erməni snayperinin qisası olduğunu bəyan edir;

İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirir.  Bu zaman Ermənistan silahlı qüvvələri OSA zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərir. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayır. Buna cavab kimi həmən axşam bir erməni əsgəri daha ordumuz tərəfindən məv edilir...

Paşinyan hakimiyyətə gəldikdən bu yana demək olar ki, cəbhədə ən qeyri-stabil dövr yaşanır. Son günlərdə üzərində ciddi təzyiq hiss edən Ermənistan hakimiyyətinin cəbhədə vəziyyəti qəsdən gərginləşdirdiyi və ya buna imkan verdiyi şüphəsizdir. Lakin Azərbaycan xalqı artıq ordudan konkret addım gözləyir. Ancaq o illərdir gözlənilən hücum əmri yenədə də gəlmir ki, gəlmir...

Bunun səbəbini politoloq Əhməd Əlili belə izah edir:

Görüntünün olası içeriği: 1 kişi

Cəbhə xəttində proseslər intensivləşib və "nəyə görə cavab vermirik" tipli münasibət görürsən.

İlk öncə münasibətlərin nəyə görə intensivləşməsininin səbəblərini analiz etmək lazımdır:

1- 2016-ci ilin sonlarından etibarən Ermənistan üzərində çox ciddi diplomatik basqı formalaşıb. Bu basqının intensivliyi 2018-ci ilin dekabr ayından etibarən özünün pik nöqtəsindədir. Ermənistan diplomatik fonda olan olan basqıları neytrallaşdırmaq üçün cəbhə xəttində aktivləşmə arzulayır. Bunu bəhanə edib, danışıqlar prosesinin son fazasında əldə olunmuş uğurları neytrallaşdırmaq üçün lazımdır.

2- Ermənistan daxlində baş verən proseslər nəticəsində, Paşinyana qarşı ciddi daxili qüvvələr birləşib. Qarabağ klanı, Qarabağda olan hərbi birləşmə komandirləri Paşinyanın danışıqlar prosesindəki mövqeyini zəiflətmək üçün cəbhə xəttində insidentlər törədirlər. Görünür, bu məsələ Balasanyanın istefası ilə bitməyib.

3- Paşinyan ətrafında olan şəxslər də bu cür akivlikdə maraqlıdırlar. Qarabağı satmaqda ittiham olunan Paşinyan bu cür insidentlərdən daxili auditoriya üçün istifadə etməyə çalışır, Qarabağ uğrunda vuruşmağa, heç kəsi- heç nəyi satmadığını göstərmək istəyir. Tonoyanın cəbhə xəttinə səfəri, əsgərləri mükafatlandırması da bu sıradan olan addımlardandır.

Ona görə də, indiki zamanda cəhbə xəttində Azərbaycan tərəfinin hərbi aktivlik göstərməsi diplomatik və siyasi baxımdan Bakını geri ata bilər. Azərbaycan tərəfinin "müşahidəçi" olduğu müddətdə Ermənistan daxilində neqativ dinamika sürətlənir və diplomatik təzyiqlər getdikcə artır. O baxımndan "cavab verməmək", indiki zamanda, düzgün qərardır - nə qədər "qeyri-patriotik" görünsə belə.

Hərbi blogger Tofiq Şahmuradov isə cəmiyyətin müharibəyə hazır olub-olmaması ilə bağlı maraqlı fikirlər səsləndirib.

Görüntünün olası içeriği: 3 kişi, Tofiq ShahMuradov dahil, oturan insanlar, ekran, ofis ve iç mekan

O, qeyd edib ki, günlərdir cəmiyyət ordunun üzərinə yüklənib, ordudan qisas əməliyyatı gözləyir. Kimi görürsən deyir müharibə, kim zəng edir deyir niyə müharibəyə başlamırıq? Cəmiyyətin bütünlüklə müharibə istəməsi, Qarabağı istəməsi çox gözəldir. Lakin müharibə-müharibə deyirik, Gəlin bir sual verək özümüzə, biz xalq olaraq daxilən müharibəyə hazırıqmı?

Mənim şəxsi fikrimcə yox.


Niyə?

Biz Qarabağ müharibəsində 20% torpaq itirib 20 mindən çox şəhid vermişik. 40 min şəhidi göz önümüzə alıb girməliyik o döyüşə, son nəfər qalana kimi...

İnanın bizdə elələri var ki, sabah Şuşanı almaq üçün 10 min şəhid versək deyəcəklər, “neyləyirdik Şuşanı?! 10 min qızıl kimi oğul itirdik...” Aprel döyüşlərində buna bənzər bir mənzərə yaşanmışdı. Bəziləri o təpələrin hərbi-strateji önəmini dərk etmədən 2-3 təpəyə görə 93 nəfər oğlumuzu itirməyə dəyərdimi deyə soruşurdu. Psixoloji hazır olmalıyıq müharibəyə, son nəfəsimizə qədər döyüşməliyik, bizlər gəldi gederik, yetər ki, vətənimiz var olsun! Deyə bilməliyik. Bir çox “monitor qəhrəmanları”na müharibə, döyüş asan gəlir.

Erməni dəyirmanına su tökənlər Avropada oturub bizim bu həssas dönənimizdə ordumuzun zabitləri, generalları haqqında cəmiyyətdə inamsızlıq yaradırlar, onlar haqqında şər-böhtan kompaniyası aparırlar. Burada hədəf  Ruslan Ağasiyev, Hikmət Həsənov deyil, Hikmətlər, Ruslanlar gəldi gederdir, əsas hədəf orduya inamsızlıq yaratmaqdır. Belə vətən xainlərinə harda gəldi cavab verib, döyüşə hazırlaşmaq lazımdır.
 

Nicat İsmayılov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı