"Mərakeş və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrin sayı artır" Anastasiya Lavrina

Analitika 17:39 18.06.2019
Ötən şənbə günü, Salvador Hökuməti, Mərakeş Krallığının Hökumətinə, "Səhravi Ərəb Demokratik Respublikasını (SƏDR)" tanımaq haqda qərarını ləğv etməsi və bu quruluşla bütün əlaqələrini kəsməsi qərarı ilə bağlı məlumat verib. Bu açıqlama, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Nasser Bourita və onun Salvadorlu həmkarı Alexandra Hill Tinoco-nun Salvador prezidenti Nayib Bukelenin iştirakı ilə imzalanan birgə bildirişdə verilib.
 
Salvador, Mərakeşin muxtariyyət planını Qərbi Səhra qarşıdurması üçün həll yolu kimi qiymətləndirən ölkələrin siyahısına qatılıb. Bu ayın əvvəlində Braziliya, Çili, Surinam Respublikası və Dominikan Respublikası müxtəlif sahələrdə Mərakeş ilə ikitərəfli əməkdaşlığın inkişafında olan maraqlı olduqlarını təsdiqləyiblər və Mərakeşin Qərbi Səhra ilə bağlı mövqeyini dəstəklədiklərini bildiriblər.
 
Mərakeşin Qərbi Səhra ilə bağlı mövqeyinə, eləcə də 2007-ci ildə Təhlükəsizlik Şurasına təqdim etdiyi muxtariyyət təklifi ilə bağlı beynəlxalq səviyyədə dəstək artır.
 
Göründüyü kimi, zamanla dünyada daha çox ölkə qanunsuz olaraq yaradılmış rejimlərə qarşı hərəkət etmək üçün səyləri birləşdirmək zərurətini başa düşür və qəbul edir.
 
29 mayda Fransanın Val-d'Oise departamentinin inzibati məhkəməsi Fransanın Arnouville şəhərinin meri Pascal Doll və Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd şəhərinin yaşayış məntəqəsinin separatçı lideri arasında imzalanmış 22 oktyabr 2018-ci il tarixli "dostluq nizamnaməsini" ləğv edib.   
 
Sersi-Pontoise Məhkəməsi Arnovil nizamnaməsini ləğv etdikdən sonra, Grenoble Şəhər İnzibati Məhkəməsi, daha əvvəl Valence Bourg-les-Valence və Bourg de Peug idarələri ilə Dağlıq Qarabağdakı bir neçə bələdiyyə idarəsi arasında imzalanmış 4 oxşar müqaviləni ləğv edib.
 
Fransa bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və qondarma Dağlıq Qarabağın tanınmamasını təsdiqləyib.
 
Bu son hadisələr mütləq hər iki bölgədə münaqişələrin həlli və sülhyaratma prosesinə müsbət təsir göstərəcək. Bu, həmçinin gələcəkdə hər hansı bir şəhər müstəqil hərəkət etmək və separatçılarla müqavilə imzalamağa qərar verdiyi təqdirdə digər hökumətlər tərəfindən oxşar fəaliyyətin baş verməsinin qarşısını almasına yaxşı bir nümunədir. Bütün ölkələr beynəlxalq hüquq və standartlara uyğun hərəkət etməlidirlər. Özünü müstəqil elan edən respublikalarla müqavilə və ya nizamnamə imzalamağa imkan verən qanun yoxdur. Əgər bu baş verərsə, şəhər administrasiyasının günahıdır.
 
Azərbaycan ilə Mərakeş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Mərakeşlə Polasorio Cəbhəsi arasında Qərbi Səhra münaqişəsinin sülh yolu ilə həllini həmişə dəstəkləyiblər. Bununla belə ayrı-ayrı dövlətlər və ya şəhərlərin separatçılarla müqavilə imzalaması oxşar fəaliyyətlər həll prosesində çətinliklər doğurur və münaqişələrdə gərginliyin yaranmasına səbəb olur.
 
Polisario Cəbhəsi və Dağlıq Qarabağdan olan separatçılar "rəsmi" müqavilələrin imzalanması yolu ilə tanınmağa çalışırlar. Bu vəziyyətlərdə onlar doğru olmayan məlumatları təbliğ etmək və yaymaqdan, eləcə də onlara inananları pis vəziyyətdə qoymaqdan çəkinmirlər.
 
Azərbaycan Respublikası və Mərakeş Krallığı, yerləşdikləri bölgələrdə lider mövqe tutmaqda davam edirlər. Hər iki tərəf çox sürətlə inkişaf edir və qlobal arenada tərəfdaşların sayını artırır. Onlar özləri də həmişə bir-birinin ərazi bütövlüyünü dəstəkləyirlər.
 
2007-ci ildə Baş Assambleya Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən, erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən qətnamə (A / 62 / L.42 saylı qətnamə) qəbul edib. Həmçinin, Assambleya Mərakeş də daxil olmaqla, 39 leyhinə, 7 əleyhinə, 100 bitərəf olmaqla Azərbaycan əhalisinin öz evlərinə qayıtmaq kimi əsas hüququnu təsdiqləyib və heç bir dövlət Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış vəziyyəti qanuni hesab etməməli və ya bu vəziyyəti qoruyub saxlamağa kömək etməməlidir.
 
2011-ci ildə Azərbaycan və Mərakeşin BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvləri seçilməsi iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verdi.
 
2016-cı ildə İstanbulda keçirilən Sammitdə İƏT, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Əlaqələndirmə Qrupu yaratdı və bura Mərakeş (Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Mərakeş, Cibuti və Qambiya) daxildir.
 
Azərbaycan Qərbi Səhra məsələsində ədalətli həll yolu tapmaq üçün Mərakeş tərəfindən təklif olunan muxtariyyət planını dəstəkləyir.
 
2007-ci ildə təklif olunan  Mərakeşin Muxtariyyət Planına əsasən, Səhravi Ərəb Demokratik Respublikasına öz işlərini demokratik yolla, qanunvericilik, icra və məhkəmə orqanları vasitəsilə həyata keçirmək və millətin iqtisadi, sosial və mədəni həyatında fəal iştirak etmək hüququ veriləcək. Bundan əlavə, bölgənin inkişafı, bərpası və daha da inteqrasiya etməsi üçün lazım olan maliyyə imkanları ilə təmin ediləcək.
 
İqtisadi inkişaf, enerji, kənd təsərrüfatı, nəqliyyat və turizm sahələrində Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında daha geniş əməkdaşlıq üçün böyük potensial var. İki ölkə böyük investisiya potensialına malikdir ki, bu da biznes strukturları üçün çox cəlbedicidir. İki ölkənin gözəl və unikal yerləri hər iki ölkədə turizm sahəsində təşəbbüslə çıxış edənlər üçün çox cəlbedici ola bilər. Öz növbəsində, Azərbaycanın və Mərakeşin müstəqil siyasəti və güclü regional mövqeyi beynəlxalq aləmdə Polisario Cəbhəsi və Dağlıq Qarabağ kimi öz müstəqilliyini elan edən və tanınmayan separatçı rejimin nümayəndələri ilə deyil, rəsmi hökumətlər ilə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün daha çox tərəfdaşlar cəlb edəcək.
 
Anastasiya Lavrina,
 
Avrasiyanın aparıcı siyasi analitikidir və televiziyada siyasi proqramlarda çıxış edir

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Hamısı