Müharibə anonsları kölgəsində sülh axtarışları Vaşiqton görüşləri Qarabağ üçün nə vəd edir?

Analitika 12:34 20.06.2019

Bu gün Vaşiqtonda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin növbəti görüşü baş tutacaq. Görüşün əsas təşkilatçısı ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltondur. Bolton Trampın hökumət kabinetində ən fəal üzvlərdən biri və “qartallar” komandasının üzvüdür. Nazirlərin bu günki görüşünü təşkil edən olan Bolton ABŞ-ın Qarabağ konflikti ilə bağlı daha aktiv rol oynamasının tərəfdarıdır. Bolton ötən ilin oktyabrından başlayaraq regiona səfər etməklə bərabər münaqişədə olan tərəflərlə müntəzəm görüşlər keçirib. Boltonun hədəfi bəllidir, Qarabağ kildinin açarını Kremlindən alıb, Ağ Evə vermək...

 

Ona görə də belə hesab etmək olar ki, bu gün Vaşıqtonda baş tutacaq görüş münaqişə tərəflərindən daha çox ABŞ-ın maraqlarına xidmət edir və ABŞ bu görüşün təşkili ilə özünün Qarabağ konfiktinin həllindəki əsas aktorlardan biri kimi mövqeyini qorumağa çalışır.

 

Münaqişə tərəfləri, xüsusən də Ermənistan üçün isə bu görüş ciddi bir əhəmiyyət kəsb etmir desək, yəqin ki, yanılmarıq. Belə ki, bu görüşə qədər baş tutan görüşlərdə əldə edilən razılaşmaların heç birinə əməl edilmədi. Halbuki, Vaşiqton görüşündən əvvəl nazirlərin Vyana və Moskva görüşlərində ciddi irəliləyişlər əldə edilmişdi. Xalqların sülhə hazırlanması, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, girovların ailələri ilə görüşməsi kimi mühüm sosial məsələlər barədə tərəflər razılaşmışdı. Bəs sonra?

məmmədyarov mnatsakanyan ile ilgili görsel sonucu

Bu görüşlərdən sonra Azərbaycan və ermənistan ictimaiyyətində “sülhün perspektivləri” müzakirələrinə start verildi. Lakin birdən-birə bütün ssenari dəyişdi. Qeyri-döyüş şəraitində 2 km məsafədən açılan snayper atəşi ilə əsgərlərinə təlim keçən Azərbaycan zabiti şəhid edildi. Ardınca da 19 yaşlı gənc hərbi qulluqçu. Və Azərbaycan ordusundan da cavab gecikmədi, eyni qaydada düşmənin bir neçə hərbi qulluqçusu məhv edildi. Hətta vəziyyət o qədər gərginləşdi ki, Ermənistan ordusu Azərbaycan sərhədləri daxilində təlim uçuşları həyata keçirən hərbi təyyarələrə roket zərbələri endirdi. Sual olunur xalqlar sülhə bu üsullamı hazırlanır?

 

Vaşiqton görüşündən əvvəlki görüşlərdə ermənilər verdiyi sözlərə əməl etmədi və münaqişəni daha da qızışdıracaq provakativ addımlar atdı. Üstəgəl görüşə bir gün qalmış Ermənistan baş naziri Nikol Paşinyan açıq bir şəkildə müharibə anonsu verdi. O, bildirdi ki, Ermənistan daim öz silahlı qüvvələrinin hazırlıq səviyyəsini artırmalıdır. Qarabağda müharibə bitməyib və aktiv döyüş fəaliyyəti hər an başlaya bilər.

pashinian ile ilgili görsel sonucu

 

Ermənistan baş nazirinin sözləri yəqin ki, Vaşiqtondakı sülh arayışlarının nəticələri barədə proqnoz üçün vacib detal sayıla bilər. Paşinyanın açıqlaması Vaşiqton görüşündən gözlənilən sülh üidlərini tamamilə qırdı.

Məmmədyarov isə ABŞ-da çox gərgin iş prinsipinə sahibdir. Belə ki, o, dünəndən etibarən bir çox önəmli görüşlər keçirib. Bu nöqteyi-nəzərdən qeyd edə bilərik ki, Məmmədyarovun ABŞ-a səfəri hər iki dövlət üçün çox önəmli idi. Məmmədyarovun keçirdiyi görüşlər Dağlıq Qarabağ probleminin həllinə dair ümidləri özündə ehtiva etməsə belə regional təhlukəsizliklə bağlı Azərbaycanın qayğıları və ABŞ-ın gözləntilərinin səsləndirilməsi baxımından olduqca gərəkli idi.

 

Belə ki, Məmmədyarov müşavir Boltonla, ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə, ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Devid Heylin ilə ardıcıl görüşlər keçirdi. Görüşlər barədə Xarici İşlər Nazirliyinin verdiyi məlumatda Qarabağ konlikfti başda olmaqla bir çox mövzuda ümumi danışıqların aparıldığı vurğulanıb. Lakin Məmmədyarovun ABŞ-dakı diplomatik görüşlərinin əsas mövzusu böyük ehtimalla İran problemidir. İran problemi hazırda Azərbaycan üçün əsas regional təhlükəsizlik məsələlərindən biridir. Azərbaycan sərhəddində yerləşən bir ölkənin supergüc ABŞ-la aparacağı müharibə təbii ki, Azərbaycana təsirsiz ötüşməyəcək. Azərbaycan belə bir müharibə ehtimalı varsa öncədən həm xarici siyasət kursunu yenidən gözdən keçirməli, həm də sərhədlərində müəyyən önləmlər almalıdır. Bu baxımdan Məmmədyarovun Vaşiqtonda Bolton və Rikerlə  birbaşa görüşlər keçirməsi və bu mövzuda ABŞ-ın nəbzini yoxlaması çox vacib idi. Qeyd edə bilərik ki, sözügedən nəbiz yoxlama yaxın gələcəkdə Azərbaycan xarici siyasət strategiyasında İran istiqmaməti üzrə həlledici rol oynayacaq.

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi Filip Riker ilə görüşdü

 

Görüşlərdə Bolton və bilavasitə ABŞ-ın mövqeyinə gəlkdikdə isə məlumdur ki, illərdir bu dövlət Azərbaycanı “İran karidoru” olaraq görür. ABŞ İranı Körfəz regionundan blokadaya alıb. İranın  tam mühasirədə saxlamaq üçün isə bu dövlətinin Cənubi Qafqaza, əsas da Azərbaycana yolunu bağlamaq lazım gəlir. Bunun üçün isə Azərbaycan həlledici dövlətdir.

 

Nicat İsmayılov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı