Ankara və Bakı İrəvanı tələyə salır Ermənistana “tərs şillə”

Analitika 09:59 11.07.2019

İşğalçı ölkə “Rus NATO-su”nda ikinci sort ölkəyə çevrilir, Azərbaycan və Türkiyə qurumda Ermənistana nəzarət imkanı əldə edir; Rusiya və NATO Baş Qərargah rəisləri isə yenə Bakını seçir; Paşinyanın əsas təbliğat ruporu: “Bizə qarşı qəsd hazırlanır...”

Rusiya prezidenti Vladimir Putin  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - “Rus NATO-su”) yanında müşahidəçi statusu və təşkilatda təmsil olunan ölkələrin səlahiyyətlərinin dəqiqləşməsi haqda qanun layihəsini təsdiqlənmək üçün Dövlət Dumasına təqdim edib. Bu layihə ötən ilin noyabrında Astanada (indiki Nur-Sultan) KTMT sammitində qəbul edilib və şübhə yox ki, ən çox qurumun işinə pəl vurmağa çalışan Ermənistanın yeni rəhbərliyini qane etməyəcək. Söhbət təkcə bundan da getmir.

“Yeni Müsavat” xəbər verir ki, artıq Paşinyan və komandasının rəsmi ruporu olan “Jamanak” qəzeti narahatlıq ifadə edən məqalə ilə çıxış edib. Qəzetin yazdığına görə, layihə və onlara əlavə edilmiş protokollar üzv ölkələrin parlamentlərində qəbul olunsa, - buna şübhə yoxdur, - o halda Ermənistan təşkilatda Rusiya ilə eyni səviyyədə müstəqil söz sahibi hüququnu itirmiş olacaq. Faktiki, o, “ikinci sort” ölkəyə çevriləcək.

“Bundan əlavə, İrəvan eyni zamanda həddən artıq narahatdır ki, Azərbaycan və Türkiyə təşkilatda daimi tərəfdaş və müşahidəçi statusu qazanar. Qəribədir ki, Astanada bu layihələrə razılıq verməklə, İrəvan Bakı və Ankaranın təşkilata üzv olmasının yolunu açmış olub. Görəsən, rəsmi İrəvan keçən ilin 8 noyabrında bu dəyişikliklərin Ermənistan əleyhinə işləməyəcəyi haqda zəmanət alıbmı? Ermənistana qarşı yeni qəsd planı hazırlanmır  ki? Aydındır ki, KTMT ilə bağlı qanunverici düzəlişlər təşəbbüsü Moskvadan gəlir. Odur ki, yenə sual ortaya çıxır: bu dəyişikliklərin ”şiş ucu" Ermənistandakı inqilaba tuşlanmayıb ki və daha qlobal məqsəd güdmür ki?", - deyə nəşr sonda sual edib.

*****

“Yeni Müsavat” bu yerdə onu da xatırladır ki, “Rus NATO-su” ilə bağlı son dəyişikliklər layihəsi Ermənistanın baş naziri Nikol Paşinyanın qurumun erməni əsilli baş katibi, general Yuri Xaçaturova qarşı rəsmi Moskvadan xəbərsiz cinayət işi açması və onu həbs eləməsindən az sonraya təsadüf edib. Bununla Kreml İrəvanın hərəkərlərinə qarşı hiddətini göstərməklə yanaşı, heç şübhəsiz, satellit və vassal ölkə kimi ona öz yerini göstərməyə çalışır.

Azərbaycana və Türkiyəyə gəlincə, bəzi siyasi şərhçilərə görə, Moskva bu dəyişikliklərə məhz elə Bakı və Ankaranın regiondakı önəmini nəzərə alaraq, özünə daha yaxın eləmək üçün edib. Hərçənd iki qardaş ölkənin təşkilatda daimi müşahidəçi və təmsilçilik statusu hələ tamhüquqlu üzvlük demək deyil. Bakının üzvlük üçün konkret Qarabağ şərti var və bunu Moskvada da yaxşı bilirlər.

KTMT- ile ilgili görsel sonucu

O da var ki, yeni status Azərbaycana  Rusiyadan daha ucuz qiymətə hərbi texnika və silah-sursat almaq imkanı yaradacaq. Ermənistanı narahat edən həm də budur. Bundan əlavə, Azərbaycan KTMT-nin tədbirlərində iştirak və qurumun təlimlərini izləmək hüququ da qazanacaq ki, bu da Bakıya işğalçı Ermənistanın ölkəmizə qarşı hərbi xarakterli niyyətlərini daha yaxşı izləmək, düşmənin Qarabağla bağlı planlarından vaxtında xəbər tutmaq və onun KTMT-də Azərbaycan əleyhinə birtərəfli qaydada təbliğat aparmasına əngəl yaratmaq imkanı qazandıra bilər. 

*****

Bu arada Moskva Bakıya İrəvanı rahatsız və pərt edən daha bir addım atıb. Belə ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov ölkəmizə səfərə gəlib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Gerasimov Bakıda olduğu müddətdə NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolterslə görüşəcək. Bununla yanaşı, o, Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırır.

General Uolters NATO-nun Avropadakı Birləşmiş silahlı Qüvvələrinin komandanı vəzifəsini bu ilin may ayında amerikalı general Kertis Skaparrottidən təhvil alıb. Mayın sonlarında Uolters bəyan edib ki, general Gerasimovla təmasları davam etdirəcək. “Əvvəllər mövcud olan praktika davam etdiriləcək” - o deyib.

Valeri Gerasimov ölkəmizə səfərə ile ilgili görsel sonucu

Xatırladaq ki, ötən ilin dekabrında Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Bakıda görüşmüşdü. Ondan əvvəl isə daha iki belə görüş reallaşmışdı. Necə deyərlər, “Görüş yerini dəyişmək olmaz!..”

Budəfəki görüş də sözsüz ki, Rusiya və NATO tərəfindən Azərbaycanın regiondakı yeri və roluna verilən önəmin, eyni zamanda, Azərbaycana olan etimadın göstəricisidir ki, bu da İrəvanda güclü qısqanclıqla yanaşı, güclü qıcıq yaratmaya bilməz. Buna Moskvanın “tərs şilləsi” də demək olar.... 

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı