Dünya birjalarında dolların avro qarşısında ucuzlaşması Azərbaycanda da özünü göstərib.
“EDnews” xəbər verir ki, Mərkəzi Bank avronun məzənnəsini bu gün üçün 2,0035 manat müəyyən edib.
Qeyd edək ki, sonuncu dəfə 4 il əvvəl 1 avronun dəyəri 2 manatı keçmişdi.
Onu da əlavə edək ki, Azərbaycanda dolların məzənnəsi sabit saxlanılsa da, digər valyutaların dəyəri dünya birjalarına uyğun tənzimlənir.