Bəhreynin strategiyası bütün dünyaya, o cümlədən Ermənistana örnək olmalıdır “The Washington Times”

Analitika 15:58 23.07.2019

İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı maraqlı gəlişmələr baş verir. ABŞ prezidenti Donald Trampın administrasiyası bu məsələnin tam olaraq həlli üçün 2 ildən çoxdur plan işləyib hazırlayıb. Həmin strategiya prezidentin müşaviri və kürəkəni Cared Kuşner tərəfindən icra edilir.

Bununla əlaqədar “The Washington Times” qəzetinin analitik yazarı Maayan Hoffmanın “Bəhreyn strategiyası bütün dünyaya örnək olmalıdır” başlıqlı təhlil yazısı diqqət cəlb edir.

Yazıda önə çəkilən maraqlı məqamlardan biri də, Ərəb-İsrail münaqişəsi ilə Dağlıq Qarabağ münaqişəsi arasında paralellik aparılması və Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyinin tənqid olunmasıdır.

Eurasia Diary musavat.com-a istinadla həmin məqalənin tərcüməsini oxuculara çatdırır.

Bəhreyn strategiyası bütün dünyaya örnək olmalıdır

ABŞ müzakirələr zamanı dünyada münaqişələr üçün tətbiq oluna biləcək yeni yanaşma tərzini təklif edir

ABŞ-ın himayəsi altında Bəhreyndə keçirilən “Tərəqqi uğrunda sülh” iqtisadi konfransında danışan prezident Donald Trampın müşaviri Cared Kuşner “əvvəllər həll olunmayan siyasi situasiyaların nizamlanması üçün iqtisadi yolun ilkin şərt olduğunu” irəli sürüb. Onun bu fikri konfransın bir çox iştirakçısı tərəfindən müsbət qarşılanıb.

Sınaq nümunəsi kimi İsrail-Fələstin münaqişəsi örnək alınaraq sammit diplomatiya və beynəlxalq danışıqlar sahəsində yeni hüdudları müəyyənləşdirə bilər.

Cənab Kuşnerin sammitdə də səsləndirildiyi kimi, 50 milyard dollarlıq təklif həm Fələstinin ümumdaxli məhsulunu ikiqat artırmış olacaq, həm də burada əlavə 1 milyon iş yerinin açılmasına gətirib çıxaracaq. Həmin plana əsasən, sərhəddə kəsişən yolların, yük terminallarının tikintisinə, Qəzza sektorunda elektrik stansiyasının modernizasiyasına, habelə peşəkar kadr hazırlığına milyonlarla vəsait ayrılacaq.

Cared Kuşner 50 milyard ile ilgili görsel sonucu


Cared Kuşnerin planı ilə bağlı şübhələr hələ qalsa da, onun təklifi ağılları və ürəkləri fəth etməyə başlayıb. Hərçənd ərəb ölkələri hələ də İsraillə münasibətlərin normallaşmasının əsas şərti olaraq sonuncunun 1967-ci ildə müəyyən edilən sərhədlərə geri çəkilməsini irəli sürsələr də, artıq Bəhreyn belə bir yanaşma tərzindən vaz keçir.

Rəsmi Tel-Əvivlə diplomatik münasibətlər qurmayan bu ölkənin xarici işlər naziri şeyx Xalid bin Əhməd Əl-Xəlifə İsrail mətbuatına verdiyi müsahibədə bunları söyləyib: “İsrail tarixi olaraq bütün bölgənin irsinin bir parçasıdır. Beləliklə, yəhudi xalqının da bizim aramızda yeri var. Buna görə də yaradılacaq əlaqə bütün mübahisələrin həlli üçün əsasa çevrilməlidir. Biz mütləq danışmalıyıq”.

israil fələstin ile ilgili görsel sonucu

Göründüyü kimi, burada hansısa mexanizm artıq işləyir.

Tramp administrasiyası sülhməramlı prosesə necə yanaşa biləcəyini göstərir. Burada ABŞ prezidenti daşınmaz əmlaka sərmayə qoyan iş adamı kimi praktiki nəticələr əldə etmək üçün parktiki yollardan istifadə etməyə üstünlük verir. 

Bir vaxtlar kürəkəni Cared Kuşner kimi onu da beynəlxalq münasibətlərdə təcrübə yoxluğuna görə tənqid edirdilər. Lakin Donlad Tramp Ağ Evdə necə işləməyin lazım olduğu ilə bağlı böyük təcrübə toplayıb. Bu siyasət artıq Bəhreyndə özünü göstərməyə başlayıb və yəqin ki, həm İsrail-Fələstin münaqişəsində, həm də onun hüdudlarından kənarda öz nəticələrini verəcək. Həm fələstinlilər, həm də israillilər münaqişəni sadəcə ideoloji planda deyil, dollar və sent üzərindən dəyərləndirə biləcəklər.

Cared Kuşner 50 milyard ile ilgili görsel sonucu

İsrailin “Boykot, Uzaqlaşma və Sanksiyalar”a (BUS) qarşı ən güclü arqumenti ondan ibarətdir ki, yəhudi dövlətinin varlığını nəzər almamaq əslində fələstin xalqının iqtisadi rifahına zərər vurur. Məsələn, 2015-ci ildə “SodaStream” şirkəti BUS siyasəti ilə bağlı təzyiqlərdən dolayı zavodunu İordan çayının qərb sahilindəki mübahisəli ərazidən İsrailin cənubundakı Lehavim qəsəbəsinə köçürməyə məcbur qalmış və nəticədə 500 fələstinli iş yerini itirmişdi.

BUS-un fələstinlilərin yaşamına mənfi təsiri İsrailin əlində onun beynəlxalq boykotuna qarşı ən güclü arqumentinə çevrilib.

Hər bir halda İsrailin danışıqlar masasında tərəfdaşa ehtiyacı var və Bəhreyndəki sammiti boykot etməklə fələstinlilər əslində sülh və çiçəklənən gələcəyə doğru irəliləmək imkanlarını geri çevirmiş olublar.

Fələstinin Ramallah şəhərində təxminən bir nəfərə düşən ÜDM sadəcə 2220 ABŞ dolları təşkil edir. Avropa Xarici Fəaliyyət Xidmətinin dərc etdiyi strateji sənədə görə, ölkə əhalisinin iqtisadi vəziyyəti “olduqca qaranlıqdır və gündən-günə pisləşməkdədir”.

İsraillə danışıqlar masası arxasında iştirak fələstin xalqına işıqlı gələcək vəd edir. Bir anlıq da olsa ideologiya və dini unutmaq lazımdır-fələstinlilər hər şeydən öncə iqtisadi maraqlarını nəzərə almalıdırlar. Tanınmış ərəb-israil videoblogerlərindən Nüseyr Yasirin (Nas Daily) keçən ay mənə söylədiyi kimi, “Pul bir çox problemi həll edir”.

Analoji dinamik proses Azərbaycan və Ermənistan arasında baş verir. 

Dağlıq Qarabağ ərazisi uğrunda uzun illər boyu gedən münaqişə Ermənistanın Avrasiya və Cənubi Qafqaz regionunda tərəqqi potensialını tükədib.

dağlıq qarabağ ile ilgili görsel sonucu



“Gallup Global Emotions”un 2019-cu il üçün dərc etdiyi hesabatda ermənilər dünyada ən çox əsəb nümayiş etdirən millət kimi göstərilib. “Gallup”ın 2017-ci ildəki sorğusunda isə Ermənistan vətəndaşların ən çox tərk etmək istədikləri ölkələrin ilk onluğuna daxil olub.

Ermənistanın mənəvi böhranının arxasında nə dayanır?

ermenistan ile ilgili görsel sonucu

Əsasən bu, rəsmi İrəvanın Azərbaycanla ədalətli danışıqlardan imtinası ilə əlaqədar olaraq həll olunması mümkünsüz görünən münaqişə ilə bağlıdır. ABŞ-dakı erməni lobbisinin Madrid prinsiplərindən imtina etməsi onları fələstinlilərə bənzədir.

ABŞ prezidentinin milli təhlüəsizlik məsələləri üzrə müşaviri Con Bolton bölgəyə yaxınlarda etdiyi səfər zamanı Ermənistan rəhbərliyinə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin 20 faizinin işğal olunması ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsinin dinc üsullarla həllinin rəsmi İrəvanı müasirlik və tərəqqi yoluna qoyacağını söyləmişdi.

Ermənistan baş naziri Nikol Paşinyan isə öz xalqına çıxış yolunun tapılcağını vəd etsə də, hələ ki, özünün “Məxmər inqilabı”nın sözlərini tuta bilmir.

paşinyan ile ilgili görsel sonucu


Ermənilər qeyri-sabit iqtisadi situasiyaya düşdüklərini anlayıb özlərini tamamilə Azərbaycanla sülh prosesinə kökləməlidirlər.

Tarix iqtisadiyyatın sülhün əsas katalizatoru olduğunu göstərib. Elə, Eritreya-Efiopiya münaqişəsini götürək. Efioplar Eritreyanın limanlarına çıxış əldə etmək üçün sülh danışıqlarında iqtisadi maraqlarını güdürdülər. Eritreya tərəfi isə dənizə çıxışı olmayan bir ölkəyə veriləcək tədarük marşrutları ilə dəniz limanlarını bütün Afrika Buynuzu ( Afrika materikinin şərqində yarımada. Şimaldan Ədən körfəzi, şərqdən Hind okeanının suları arasında ərazi-red. ) boyunca divesifikasiy etmək imkanı qazanırdı.

Dənizə çıxışı olmayan Ermənistan da Azərbaycanla sülh anlaşmasında eyni şərtlərdən istifadə edə bilər. 

Sülh ikigünlük zirvə toplantısı ilə əldə olunmur. Hər bir halda Bəhreyndə ABŞ müzakirələrin təkcə İsrail-Fələstin danışıqları üçün deyil, həm də Dağlıq Qarabağ və bu kimi digər münaqişələrdə tətbiq olunacaq yeni strategiyasını təqdim edib.

Yazının orijinal variantı ilə BURADA tanış ola bilərsiniz.

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı