Qəzaya uğrayan MİQ-29 təyyarəsi nəyin və kimin işarəsidir?

Analitika 18:18 28.07.2019

"MİQ-29 hərbi təyyarələri Azərbaycanın əsas döyüş təyyarələridir. Azərbaycan bu təyyarələri müxtəlif illərdə Ukraynadan alıb. Bu təyyarələr keçmiş SSRİ-də istehsal olunurdu. Bu təyyarələr köhnəlib, bir çox ölkələr, hətta Rusiyanın özü daha modern təyyarələrin istehsalına üstünlük verir. Ona görə də son qəzadan sonra Azərbaycanda belə fikirlər səslənir ki, MİQ-29 təyyarələrindən imtina etmək lazımdır. Çünki, Azərbaycanda olan 29 təyyarədən artıq 2-si qəzaya uğrayıb. Demək qəzalar davam edə bilər. Təsadüfi deyil ki, son qəzadan sonra Azərbaycan Hərbi Hava Qüvvələri MİQ-29-un uçuşlarını dayandırıb".

Eurasia Diary xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsinin Xəzərə düşməsinə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, son qəza ilə bağlı Azərbaycanda maraqlı versiya səsləndirilib ki, Rusiyanın radar sistemləri Azərbaycanın MİQ-29 təyyarəsinin texniki sistemini sıradan çıxarıblar:

"Məsələ burasındadır ki, Rusiyanın hərbi hava qüvvələri eyni günlərdə Xəzərdə hərbi təlimlər keçirirdilər. Əgər bu versiya doğrudursa, deməli, Rusiyadakı mərkəzlər Azərbaycanın müdafiə sistemini zəiflətmək istəyiblər. Bu çox təhlükəli tendensiyadan xəbər verir.

Aydındır ki, şübhələr artsa belə Rusiya Azərbaycanı təyyarəsinin sıradan çıxarılması versiyasını təsdiq etməyəcək. Məsələn, Ukraynanın Donbass bölgəsində müharibə başlayanda ruspərəst separatçılar Malayziyanın sərnişin təyyarəsini vurdular. Ancaq separatçıları lazım raket qurğuları ilə təmin edən Rusiya Malayziyaya məxsus təyyarənin vurulmasını indiyənə qədər etiraf etməyib.

Rusiya Azərbaycana 5 milyard dollar civarında silah satıb. Ancaq bu silahların böyük hissəsi barədə yekdil fikir yoxdur, keyfiyyəti bir sıra hallarda şübhə doğurur. Ona görə də Azərbaycan artıq Rusiyadan silah almır. Bundan sonra MİQ-29-lardan istifadəsinə də diqqət yetirmək lazım gələcək. Azərbaycan başqa ölkələrdən müasir hərbi təyyarələr almaq məcburiyyətindədir.

Azərbaycana məxsus təyyarənin Rusiyanın radar sistemləri vasitəsilə qəzaya uğradılması versiyası rəsmi Bakını da ciddi düşündürür".

E.Şahinoğlu Azərbaycan ordusunun gücüünün artdığını qeyd edərək bildirib ki, təyyarə qəzasından bir neçə gün əvvəl “Global Firepower” təşkilatı 2019-cu ilin ən güclü ordularının siyahını dərc edib.

"Azərbaycan 137 ölkə arasında 52-ci yeri tutub. Cənubi Qafqazın ən böyük ordusu Azərbaycana məxsusdur. Gürcüstan 85-ci, Rusiyanın bölgədəki müttəfiqi Ermənistan isə 96-cı yerdədir. Bu Rusiyadakı siyasi və hərbi mərkəzləri narahat etməyə bilməz. Həmin mərkəzlər Azərbaycanın Cənubi Qafqazdakı hərbi liderliyindən ehtiyatlanırlar. Çünki, Azərbaycan Rusiyanın istəyi ilə Türkiyə, NATO və ABŞ-la siyasi və hərbi əməkdaşlıqdan imtina etməyəcək. NATO öz yüklərinin daşınması məqsədilə Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə etməyə başlayıb, ABŞ isə 2019-cu maliyyə ili üçün Azərbaycana 100 milyon dollar maliyyə vəsaiti ayırıb. Bu maliyyə Azərbaycanın sərhəddə və Xəzərdə təhlükəsizlik imkanlarının artırılması üçün avadanlıqların alınmasına xərclənəcək.

Azərbaycan Rusiya ilə münasibətlərin inkişafına çalışır. Ancaq əgər Rusiyadakı mərkəzlər Azərbaycanın Qərblə siyasi və hərbi dialoqunun intensivləşməsi siyasətini qəbul etmirlərsə Azərbaycana müxtəlif yollarla təzyiqlərini artırmaqda davam edəcəklər. Bundan qorunmağın yolları ordunun Rusiyanın hərbi teknikasından və təsir imkanlarından qurtulmasından keçir. Əlbəttə, bu halda Rusiyadakı mərkəzlərin təzyiqləri daha da artacaq. Ancaq Bakıda “Rusiya Azərbaycanın strateji müttəfiqidir” və “Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır” deyən və ya düşünən şəxslər öz postlarında qaldıqca Azərbaycanın müstəqilliyi üçün təhlükə azalmayacaq. Şimaldan təhlükə artarsa Azərbaycanın balanslaşdırılmış xarici siyasətdən Türkiyə və NATO ilə sıx hərbi əməkdaşlıq siyasətinə keçidə üstünlük verməsi zərurəti artacaq. Bu siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də yeni imkanlar aça bilər", - deyə politoloq bildirib.

Xatırladaq ki, iyulun 24-ü gecə saatlarında Hərbi Hava Qüvvələrimizin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin idarə etdiyi "MiQ-29" hərbi təyyarə radarlardan itərək Xəzərə düşüb. Bu günə qədər təyyarənin və pilotun axtarışları bir nəticə verməyib.

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Hamısı