Putin Əsədə “hücuma başlaya bilərsiniz” əmrini verib Ankara çətin vəziyyətdə

Analitika 12:19 22.08.2019

KREML TÜRKİYƏNİ HANSI ÜSULLA XƏBƏRDAR EDİR?

Rusiya-Türkiyə tərəfdaşlığında ciddi çat yaranmaqdadır. Bəşər Əsəd ordusu İdlib şəhərinin müxtəlif məntəqələrinə həmlələr həyata keçirir, bombardman davam edir. Aydındır ki, Bəşər Əsəd Kremlin icazəsi olmasaydı belə bir risqli əməliyyata başlamazdı. Rusiya prezidenti Vladimir Putin hələ ötən ildən türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğana söz vermişdi ki, İdlib şəhərinə hücum əməliyyatını ləngidəcək. Bunun qarşılığında isə Ərdoğan Putinə söz vermişdi ki, İdlibdəki silahlı müxalifət qısa zamanda radikal qrupları şəhərdən çıxaracaq. Olmadı, bu müddətdə tam əksi baş verdi, radikal qruplar silahlı müxalifəti İdlibin əksər hissəsindən sıxışdırıb çıxardılar. İndi Putin bunu əlində rəhbər tutaraq Əsədə “hücuma başlaya bilərsiniz” əmrini verib. Ancaq Putin bu əmri verməkldə Ankara ilə münasibətlərdə sualların sayını çoxaldır.

Putin nəyə arxayındır?

Birincisi, Putin görür ki, hazırda Türkiyənin Qərb dünyası ilə münasibətləri hamar deyil, Amerika keçmiş müttəfiqinə hərbi təyyarələr satmır. Ona görə də Putin hesab edir ki, Ərdoğan İdlibə görə onunla münasibətləri gərginləşdirməz.

İkincisi, Rusiya Türkiyəyə C-400 raketlərini satıb. Ərdoğan gələcəkdə bu raketləri Rusiya ilə birgə istehsal edəcəyinə əmindir. Kreml buna razıdır. Bu amil də Ərdoğana Rusiya ilə münasibətlərdə diqqətli olmağı diqtə edir. Putin də bunu anlayır.

Üçüncüsü, Türkiyə son anda Amerika ilə razılaşaraq Suriyaya növbəti hərbi əməliyyatda koordinasiyaya ümidlidir. Pentaqon sözdə koordinasiyaya razılaşıb. Bu koordinasiyanın necə işləyəcəyi şübhə altındadır, türkiyəli rəsmilər də amerikalı həmkarlarından tam əmin deyillər, çünki amerikalı generaların PKK uzantıları ilə əlaqələri davam edir. Buna baxmayaraq, Ankara ilə Vaşinqtonun Suriyaya mümkün koordinasiyası Putinin xoşuna gəlməyib. Kreml sahibi İdlibə hücum əmri verməklə Ankaraya mesaj yollayır ki, Suriyada Türkiyə-Amerika koordinasiyası Rusiyanın regional maraqlarına cavab vermir.

Putinlə Ərdoğan arasında növbəti görüş sentyabrın 16-da baş tutmalıdır. Onlarla görüşə İran prezidenti də qatılacaq. Başqa sözlə bu Astana (şəhərin adı dəyişdikdən sonra əslində bu prosesi Nursultan adı ilə bağlamaq lazımdır) prosesinin davamıdır. Putin bu tarixə qədər Əsəd ordusunun İdlib ətrafında daha çox uğur qazanmasını təmin etməyə çalışacaq. Çünki Ərdoğanla görüşdə Putin türkiyəli həmkarının İdliblə bağlı yeni istəyinə “yox” demək istəmir.

Əslində Ərdoğan İdlibdəki vəziyyətdən narahat olsa da, Türkiyənin yaxın günlərdəki əsas hədəfi Suriyanın terrorçu PYD-nin nəzarətindəki ərazisinə yeni hərbi əməliyyata başlamaqdır. Başqa sözlə Kremllə Əsədlə birgə İdlibə hücum əməliyyatları həyata keçirərkən, Türkiyə də Fərat çayının şərq hissəsinə əməliyyata başlaya bilər. Yəni Kreml Ankaraya belə bir sövləşmə təklif edə bilər: “Ankara Əsəd ordusunun İdlibi ələ keçirməsinə razılaşmasının əvəzində Moskva və Dəməşq Türkiyənin də Fəratın şərqində hərbi əməliyyatına müdaxilə etməyəcək”.

Buna baxmayaraq, Türkiyənin İdlib ətrafında kiçik hərbi məntəqələri var. Digər tərəfdən Ankara İdlib ətrafındakı Suriyanın silahlı müxalifətinin məğlub olmasını da istəmir. Yəni Ankara Kremllə Əsədin İdlib əməliyyatına göz yumsa belə, şəhər ətrafındakı hərbi məntəqələrinə və silahlı Suriya müxalifətinə hücumların olmayacağı təminatını almağa çalışacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Hamısı