Rusiya rəsmisindən Bakıya mesaj Müharibəyə başlamayın

Analitika 16:38 04.09.2019

"Nikolay Patruşev az qala ildə bir dəfə həm Azərbaycana, həm də Ermənistana səfər edir və rəsmi xəbərlərdə müzakirə mövzuları dəyişmir. Buna baxmayaraq, bəzən Nikolay Patruşev hansı mövzulara üstünlük verdiyini üstüörtülü açıqlayır".

Eurasia Diary xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Patruşev 2017-ci ilin aprelin 10-da Bakıya səfəri zamanı belə bir cümlə işlətmişdi: “Əlaqələrimizin inkişafında təhlükəsizlik məsələlərinin rolu böyükdür: Təhlükəsizlik təmin olunarsa iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz”. Rəsmi xəbərlərdə Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərini müzakirə edildiyi vurğulanıb. Nikolay Patruşev bu mövzuları detallı şəkildə Azərbaycanın Təhlükəsizlik Şurasının yeni katibi Ramil Usubovla müzakirə edib. Əvvəllər Nikolay Patruşev Moskvada və Bakıda məlum mövzuları Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə müzakirə edirdi. Çünki Ramil Usubov bu vəzifəyə təyin olunana qədər Ramiz Mehdiyev həm də Təhlükəsizlik Şurasına rəhbərlik edirdi. Təhlükəsizlik Şurasının işlərini Ramil Usubova təhvil verən Ramiz Mehdiyevin artıq Nikolay Patruşevlə görüşünə ehtiyac qalmayıb".

E.Şahinoğlunun fikrincə, bu bəlkə də Rusiyanın rəsmi Bakıya “müharibəyə başlamayın” mesajıdır ki, Patruşev bunu qapalı görüşlərdə Azərbaycan rəsmilərinin diqqətinə çatdırır:

"Belə görünür ki, Kreml iki il əvvəl də, indi də Azərbaycanla əməkdaşlıqda təhlükəsizlik məsələsini bütün digər mövzuların önündə qoyur. Nikolay Patruşevin avqustun 12-də İrəvana səfəri də bu mövzuyla əlaqəli olub. Nikolay Patruşev keçmiş illərdə Rusiya kəşfiyyatına başçılıq edib. O Azərbaycandakı və Ermənistandakı vəziyyət haqqında kifayət qədər kəşfiyyat məlumatlarına malikdir. Üstəgəl Nikolay Patruşev prezident Vladimir Putinin ən yaxın adamlarındandır və bir sıra hallarda Kreml sahibinin xüsusi mesajlarını çatdırmaq üçün bu və ya digər ölkəyə səfər edir".

Politoloq hesab edir ki, Rusiya bölgədə müharibənin əleyhinədir.

"Ancaq Kreml onu da müşahidə edir ki, birincisi, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi haqqındakı məntiqsiz fikirləri bölgədə müharibə risqini artırır, ikincisi Azərbaycanda münaqişənin güc yoluyla həllinə inananların sayı artır və rəsmi Bakı Naxçıvan və Qazax istiqamətlərindəki apardığı əməliyyatlar çərçivəsində Ermənistana qarşı hərbi təzyiqdən istifadəyə meyllənib. Bu gedişat Rusiyanın maraqlarına xidmət etmir. Ona görə də Kreml Patruşevi həm İrəvana, həm də Bakıda göndərir ki, hər iki tərəfi lokal toqquşmadan çəkindirsin. Nikol Paşinyan avqustun 5-də Xankəndidəki çıxışında “Qarabağ Ermənistandır” dedikdən düz 1 həftə sonra Patruşev İrəvana getdi və o rəsmi İrəvanın dəyişən ritorikasının bölgədə müharibə riskini artırdığını erməni həmkarlarına anlatmağa çalışdı. Nikolay Patruşev Paşinyanla görüşə başqa bir missiya ilə də getmişdi", - deyən siyasi şərhçi qeyd edib ki, bir dövlətin başçısının digər dövlətdə həbsdə olan siyasətçini iki dəfə ard-arda nəyəsə görə təbrik etməsi tarixdə görünməyən hadisədir:

"Paşinyan Vladimir Putinin etirazlarına rəğmən, keçmiş prezident Robert Köçəryanı həbsdə saxlamaqda davam edir. Putin bu yaxınlarda həbsdə olan Köçrəyana artıq ikinci təbrik məktubunu göndərib. Budəfəki məktubda o Köçəryanı 65 yaşının tamam olması münasibətilə təbrik edib. Bu Putinin Paşinyana birbaşa mesajıdır ki, səbrimi daşırdma! Putin Patruşevin İrəvana səfərləri vasitəsilə Köçəryanı həbsdən azadlığa çıxmasına nail olmaq istəyir. Paşinyan Köçəryan məsələsində Kremlin təzyiqləri ilə üz-üzə qalsa da, eks-prezidenti azad etməklə “Qarabağ klanının” əlini gücləndirmək istəmir. Ancaq Paşinyanın Kremlin Köçəryan məsələsində təzyiqlərə hansı həddə qədər dözəcəyi sual altındadır".

E.Şahinoğlu bildirib ki, Patruşevin İrəvan səfərləri Ermənistanın indiki hakimiyyətinin maraqlarına cavab vermədiyi ki, Rusiya Təhlükəsizlik Şurasının katibinin Bakıda müharibənin qarşısını almaq çağırışları da Azərbaycanın maraqlarına cavab vermir. Onun sözlərinə görə, Kremlə bölgədə sakitlik lazımdır:

"Ancaq torpaqların işğalının davamına şərait yaradan sakitlik Azərbaycanın maraqlarına cavab vermir. "Rusiya Təhlükəsizlik Şurasının katibinin Azərbaycana hər səfəri bir maraqlı təsadüflə və ya gerçəkliklə də yadda qalır. Nikolay Patruşev hər dəfə Bakıda olanda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına yönəlik hansına önəmli hadisə baş verir. Məsələn 2017-ci ilin apprelində Patruşev Bakını tərk etdikdən dərhal sonra Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Bülənd Bostanoğlu Azərbaycana üç günlük səfərə gəldi. Bülənt Bostanoğlunun Bakıya səfəri yerinə düşdü. Rusiya Xəzərdə hərbi imkanlarını genişləndirir. Heç bir Xəzəryanı dövlət buna etiraz etmir. Ancaq əgər Rusiyanın Xəzərdə hərbi qüdrətini artırmaq hüququ varsa, başqa ölkələrin də oxşar hüququ var. Eynilə Azərbaycan da strateji tərəfdaşlarının köməyi ilə Xəzərdə hərbi imkanlarını artırmaq hüququna malikdir və bu məsələdə Azərbaycan tərəfdaşlarından real dəstək almaq hüuquna malikdir. Türkiyəli generalın Bakıya səfəri ona işarəydi ki, Türkiyə Azərbaycan hərbisinin müxtəlif istiqamətlərində inkişafı məsələlərində dəstəyini əsirgəməyəcək. Patruşevin bu dəfəki səfəri də Azərbaycanla Türkiyənin hərbi hava qüvvələrinin birgə “TurAz Qartalı - 2019” taktiki-uçuş təlimlərinə təsadüf edib. Bu dəfə də Türkiyədən Azərbaycana yüksək rütbətli generallar gəlib. Əgər Rusiyadan təhlükəsizliklə bağlı Bakıya gələn heyətlərin səfərləri hansısa mövzuda xəbərdarlıq mahiyyəti daşıyırsa, Türkiyədən Bakıya gələn heyətlərin məqsədi ikitərəfli strateji əməkdaşlığın inkişafına və Azərbaycanın təhlükəsizlik imkanlarının artışına xidmət edir".

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 3-də Azərbaycana gələrək prezident İlham Əliyevlə görüşüb. Rəsmi xəbərlərə görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik aspektləri müzakirə edilib.

Gülnar SƏLİMOVA

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Hamısı