“5 rayonun 5 milyard dollar qarşılığında azad edilməsi Boltonun yox, rusların planıdır” Qabil Hüseynli

Analitika 16:21 28.09.2019

“Bolton planı” Amerikanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair plan idi. Bu plana əsasən ABŞ rəsmən bəyan edib ki, Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonda bir erməni əsgəri belə qalmamalıdır”.

Eurasia Diary xəbər verir ki, bu fikirləri politoloq Qabil Hüseynli bu günlərdə Rusiya mətbuatında sensasiya kimi təqdim edilən “Bolton planı” haqqında danışarkən Reyting.az-a deyib.

Politoloq xatırladıb ki, ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton Azərbaycana səfəri zamanı publik şəkildə bəyan edib ki, Dağlıq Qarabağın hüdudlarından kənarda bir erməni əsgəri olmamalıdır: “Bolton bu bəyanatını Bakıdan sonra Yerevanda da səsləndirdi. Açıq elan etdi ki, 7 rayonu dərhal azad etməlisiniz. Ancaq rus mətbuatı “Bolton planı” haqda yazarkən 5 rayona işarə vurur. Boltonun Bakıda və Yerevanda verdiyi bəyanatda 5 deyil, 7 rayon haqqında danışılırdı. 5 rayon məsələsi Rusiya mətbuatının uydurmasıdır. Əslində 5 rayonun azad edilməsi təklifini Rusiya irəli sürür, üstəlik, minnət də edir. Amerika tərəfi isə minnətsiz şəkildə Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonun işğal və ilhaq edildiyini, burada etnik təmizləmə aparıldığını söyləyir. Bir daha qeyd edirəm ki, Bolton bunu Bakıda dedi və bildirdi ki, bu rayonlardan erməni hərbçiləri qeyd-şərtsiz çıxmalıdır. Bunun müqabilində əlavə etdi ki, bu rayonların azad edilməsindən sonra əgər Azərbaycan tərəfi istəyərsə kommunikasiya xətlərini aça bilər”.

Qabil Hüseynli əlavə edib ki, Rusiya mətbuatında “Bolton planı”nda 5 rayonun azad edilməsi və guya bunun müqabilində Azərbaycanın Ermənistana 5 milyard dollar ödəməsi haqda iddialar əsassızdır. Bolton bəyanatında açıq deyib ki, 7 rayondan erməni hərbçiləri qeyd-şərtsiz çıxmalıdır. Pul məsələsi əslində başqa bir mövzudur. Ermənilər guya Dağlıq Qarabağın iqtisadi cəhətdən geri qaldığını, Azərbaycanın tərkibində olduğu müddətdə ona lazımi qədər sərmayə yatırılmadığını “əsas gətirərək” Qarabağın dirçəldilməsi üçün Azərbaycandan təzminat almaq düşüncəsindədirlər. Bu, ermənilərin uydurmasından başqa bir məsələ deyildi”.

Politoloq qeyd edib ki, əslində Azərbaycan tərəfi bu pulu o halda ödəyə bilərdi ki, ermənilər bütövlükdə işğal etdikləri rayon və əraziləri tərk etsinlər:

“Normalda biz daha böyük məbləğ gözləyirdik. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün münasib olan hər üsula əl atması başadüşülən olardı. Bir zamanlar siyasi dəhlizlərdə belə söhbət gəzirdi ki, vasitəçi kimi Rusiyaya müəyyən güzəştlərin edilə biləcəyi təklif olunub. Yəni ərazi bütövlüyünün təmin olunmasına ruslar dəstək verir, bunun müqabilində onlara müəyyən güzəştlər tətbiq edilir. Amma ruslar bununla razılaşmayıblar”.

Xatırladaq ki, Rusiyanın populyar “Nezavisimaya qazeta”sında erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc olunan məqalədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair “Bolton planı” haqda iddialar səsləndirilib. Müəlliflər məqalədə Paşinyanın “Qarabağı satmaq” planları haqda fikirlər səsləndiriblər. Qeyd olunub ki, Paşinyan Dağlıq Qarabağda öz adamı Mais Mailyanı hakimiyyətə gətirmək və 5 rayonu Azərbaycana təhvil vermək istəyir. Bildirilir ki, guya bu, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun planıdır. İddia olunur ki, 2019-cu ilin yayında Vaşinqtonda görüş zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan 5 rayonun əvəzində 5 milyard dollar almağa razılıq verib. 

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Hamısı