Paşinyan Azərbaycanla bağlı suala BELƏ CAVAB VERDİ: QOY MÜRACİƏT ETSİNLƏR, BAXARIQ

Analitika 15:50 29.10.2019

Dağlıq Qarabağ münaqişəsi həll olunmadan işğalçı dövlətlə nə hərbi, nə də iqtisadi blokda yer almaq Azərbaycanın maraqlarına cavab vermir.

Politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın “Kommersant” qəzetinə verdiyi geniş müsahibəsinə münasibət bildirib.  

Politoloq hesab edir ki, Paşinyan Kremli bir daha sakitləşdirmək istəyir:

“Birincisi, Paşinyan deyib ki, Ermənistanda hakimiyyətin inqilab yolu ilə dəyişməsinin arxasında heç bir geosiyasi amil dayanmır. Yəni Paşinyan demək istəyib ki, bu inqailabın arxasında Qərb dayanmayıb və o da özündən əvvəlkilər kimi Rusiya ilə strateji müttəfiqliyə sadiqdir. Rusiya rəsmiləri Nikol Paşinyanın bir sıra addımlarından, o cümlədən keçmiş prezident Robert Köçəryanın həbsdə saxlamasından narazı qalsalar da, Ermənistanın yeni hakimiyyətini hələ ki, cəzalandırmağı düşünmürlər. Məsələn, Paşinyan müsahibəsində misal çəkib ki, Türkiyə ordusunun Suriyanın şimal-şərqinə hücumu zamanı o, Vladimir Putindən xahiş edib ki, Rusiya Suriyanın Qamışlı qəsəbəsində yaşayan 3 min ermənini qorusun. Paşinyanın sözlərinə görə, Putin ona verdiyi vədi yerinə yetirib və erməniləri qoruyub”.

E. Şahinoğlu bildirib ki, Paşinyan müsahibəsində erməni elitasının XVIII əsrdə Rusiyanı Cənubi Qafqaza dəvət etməkdə məqsədlərinə də aydınlıq gətirib:

“Paşinyan müsahibədə tarixə dalıb. O, Rusiyanı ermənilər qorunsun və Avropa sivilyasiyasına qovuşsunlar deyə Cənubi Qafqaza dəvət etdiklərini bildirib. Bəli, Rusiya ermənilərin istəyini artıqlamasıyla yerinə yetirib. Sadəcə, Paşinyanın “Avropa sivilizasiyası” barədə dediklərinə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri soyqırımlar fonunda baxmaq lazımdır. Digər tərəfdən, müsahibənin bu hissəsini Ermənistanla sıx münasibətləri olan İranın və bəzi ərəb ölkələrinin rəsmiləri də oxusunlar. Çünki Paşinyan Avropa sivilizasiyasını Şərq sivilizasiyasından üstün sayır”.

Politoloq Paşinyanın Özbəkistanın Avrasiya İqtisadi Birliyinə qoşulacağına əminliyini ifadə etməsinə də münasibət bildirib:

“Paşinyanın sözlərinə görə, 30 il ərzində Ermənistan və Özbəkistan rəsmiləri arasında bir görüş belə olmayıb. Səbəb sadədir. Özbəkistanın məhrum dövlət başçısı İslam Kərimov Azərbaycan torpaqlarının işğalını qəbul etmirdi. Paşinyan müsahibəsində bu sadə səbəbi xatırlamağı “unudur”. Paşinyanın sözlərinə görə, Özbəkistanın yeni prezidenti ilə MDB dövlət başçılarının Aşqabad sammiti çərçivəsində görüşüb. Bu görüşdə qarşılıqlı səfərlər razılaşdırılıb. Maraqlıdır ki, Türk Şurasının Bakıdakı toplantısında Özbəkistan prezidenti Şövkət Mirziyoyev birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Paşinyanın rusiyalı jurnalistin “bəs Azərbaycan Avrasiya İqtisadi Birliyinə müşahidəçi kimi qatılmaq istəyərsə, reaksiyanız necə olacaq” sualına isə qısa cavab verib: “Qoy əvvəlcə istəklərini bildirsinlər, sonra baxarıq”. Bu cavab isə bir çox mətləblərdən xəbər verir”. (redaktor.az)

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı