Sərhəd qoşunlarının qətiyyəti erməniləri geri çəkilməyə məcbur etdi ANALİZ

Analitika 13:03 13.11.2019
Azərbaycan sərhədçilərinin şübhəsiz, strateji cəhətdən əhəmiyyətli uğurlarını birmənalı şəkildə sübut edən, Qazax istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədinin təmas xəttində son aylar baş verən hadisələr fonunda, Ermənistan tərəfinin Gürcüstan ərazilərini ələ keçirməklə Azərbaycan qoşunlarını ittiham edərək öz silahlı qüvvələrinin sarsıntılarını gizlətmək cəhdlərinin, həmçinin açıq-aydın məğlubiyyətlərini qələbə kimi gələmə vermələrinin ətraflı təhlili xüsusi əhəmiyyət kəsb edir.
 
Azərbaycanla Gürcüstan arasında soyuqluq yaratmaq, ölkələrimiz arasındakı qardaşlıq və dostluq münasibətlərinə nifaq salmaq cəhdləri nə bu günün nə də dünənin işidir. Eyni zamanda erməni tərəfi həssas əzmkarlıqla faşist Almaniyasının baş ideoloqu Yozef Gebbelsin “min dəfə təkrarlanan yalan həqiqətə çevrilir” sözlərini öz əllərində əsas devizə çeviriblər, çünki bu sitat ermənilərin həyata keçməyən ümidlərinə çatmaq üçün öz uğursuzluqlarını israrla və manyak əzmkarlığı ilə böhtan xarakterli inkar etmə siyasətinin mahiyyətini mükəmməl şəkildə ifadə edir.

Obyektiv təhlil qaydası hadisələrin müqayisəli və xronoloji cəhətdən dəqiq bir şəkildə əlaqələndirilməsini tələb edir və tərəflərin, tez-tez mövcud hadisələrin xarici təzahürlərinin arxasında asanlıqla gizlənlən dərin məqsədlərini dəqiq müəyyənləşdirməyə imkan verir.

Bu qaydaya riayət edərək, dövlət sərhədində baş verən hadisələrin xronoloji ardıcıllığını nəzərdən keçirməyə və erməni tərəfinin real oyunda, pis oyunla yaxşı bir mina nümayiş etdirməyə yönələn addımlarının əsl mənasını göstərməyə çalışacağıq.


Beləliklə, 2018-ci ilin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarı ilə Qazax və Ağstafa rayonlarında Ermənistanla dövlət sərhədinin qorunması və mühafizəsi Azərbaycanın Dövlət Sərhəd Xidmətinə verildi ki, bu da Azərbaycan rəhbərliyinin gərginliyi azaltmaq və sərhəd infrastrukturunu yaxşılaşdırmaq istəyinin göstəricisi idi.

Azərbaycan sərhəd xidməti dərhal sərhəd xidmətinin aparılması, dövlət sərhədində hərbi sərhəd məntəqələrinin tikintisi və təchizatı üçün lazımi şəraitin yaradılması və təkmilləşdirilməsi istiqamətində geniş miqyaslı işlərə başladı. Qısa müddət ərzində bu istiqamətdə yeni sərhəd məntəqələri istifadəyə verildi, sərhəd mövqeləri arasında etibarlı əlaqə məsələləri həll olundu, digər keyfiyyət dəyişiklikləri ilə yanaşı şəxsi heyətin döyüş ruhunun artması isə birmənalı olaraq qarşı tərəfi həyəcanlandırmağa başladı.

Əvvəlcə yuxarıdakı dəyişiklikləri özü üçün olduqca əlverişli hesab edən Ermənistan tərəfi, hərbi əməliyyatların aparılmasında sərhədçilərin guya “təcrübəsizliyini” nəzərə alaraq, artıq 12 yanvar 2019-cu ildə Azərbaycan sərhədçilərini yoxlamağa çalışır - mühəndis avadanlıqları iriçaplı atıcı silahlardan atəşə tutulur və...... layiqli cavab atəşi ilə susdurulur.


Martın əvvəlində Ermənistan Silahı Qüvvələrinin hərbi qulluqçuları daha əlverişli mövqelərdə möhkəmlənmək üçün yol mühəndis işləri görüntüsü altında, döyüş mövqelərini sərhəd xətti boyunca irəli çəkmək barədə qərar qəbul edirlər, bu isə Azərbaycan tərəfindən aşkarlanır.


Ermənistan Silahlı Qüvvələrinin döyüş məntəqələrini irəli çəkmək üçün mühəndis işləri (13-16 mart 2019)

Erməni bölmələrinin daha əlverişli mövqelərdə möhkəmlənməsinin qarşısını almaq üçün Azərbaycan tərəfi onları önləyərək sərhəd döyüş mövqelərini sərhəd xəttinə tərəf irəli çəkmək barədə qərar qəbul edir.

Qeyd etmək lazımdır ki, dövlət sərhəd xəttinə kifayət qədər yaxın (80-230 m) yerləşən Ermənistan tərəfinin mövqelərindən fərqli olaraq, bu vaxta qədər Azərbaycan tərəfinin döyüş mövqeləri dövlət sərhəd xəttindən təxminən 2 kilometr məsafədə yerləşirdi.

İntensiv atəşə məruz qalmalarna baxmayaraq, şəxsi heyətin səyləri və həmçinin onların hərəkətlərinə taktiki olaraq bacarıqlı rəhbərlik edilməsi nəticəsində, martın 28-də sərhəd xəttindən təqribən 300 metr məsafədəki yüksəklikdə, Azərbaycan sərhədçilərinin yeni döyüş məntəqəsi yaradıldı - bu da düşmənin mövqelərini inkişaf etdirmək planını tamamilə zərərsizləşdirdi və mənasız etdi.


Ermənistan Silahlı Qüvvələrinin 28 mart 2019-cu ilədək döyüş məntəqələrini irəli çəkmək üçün apardığı mühəndis işləri


Erməni hərbçilərinə isə, yaxınlıqda qürurla dalğalanan Azərbaycan bayrağına həsrətlə baxmaq qaldı.

Belə bir vəziyyətlə barışmaq istəməyən Ermənistan tərəfi, sərhəd xətti istiqamətində mövqelərini irəli çəkmək üçün iyun ayında yenidən təxribat törətdi, bu da Azərbaycan sərhədçilərini yenidən onları önləmək üçün təsirli tədbirlər görməyə məcbur etdi.

Nəticədə, iyul ayının sonunda Azərbaycan sərhədçiləri döyüş mövqelərini irəli çəkdilər və sərhəd xəttinin yaxınlığında üstünlük təşkil edən yüksəklikdə möhkəmləndilər.


Ermənistan Silahlı Qüvvələrinin 31 iyul 2019-cu ilədək döyüş məntəqələrini irəli çəkmək üçün apardığı mühəndis işləri

Bunun nəticəsində Ermənistan silahlı qüvvələrinin bir neçə döyüş mövqeyi, habelə Gürcüstandan Ermənistana gedən qaz kəməri və qaz-kompressor stansiyası Azərbaycanın tam nəzarəti altına keçdi. Bu ermənilər üçün inanılmaz tam bir şok oldu.


Buna cavab olaraq Ermənistan tərəfi sərhədə snayperləri çıxardı, atışma nəticəsində 2 Azərbaycan sərhədçisi yaralandı (http://armiya.az/ru/news/148880, http://armiya.az/ru/news/148381), həmçinin bir neçə güllə nəqliyyat vasitəsinə, o cümlədən tibbi nəqliyyat vasitəsinə dəydi, bu isə qəbul edilən ümumi müharibə qanunlarına tamamilə ziddir. (https://www.trend.az/ azerbaijan/politics/ 3097673.html)

Buna cavab olaraq şəxsi heyətin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görüldü,nəticədə bir erməni snayperi məhv edildi (https://ru.armeniasputnik.am/politics/ 20191003/20640194/V-Tavushe-vsledstvie-strelby-VS-Azerbaydzhana-pogib-28-letniy-armyanskiy-kontraktnik.html) və erməni silahlı qüvvələrinin bir neçə əsgəri yaralandı. Bu məlumatlar erməni mediası tərəfindən təsdiqləndi:

(а) https://ru.armeniasputnik.am/incidents/20190729/19830675/Na-armyano-azerbaydzhanskoy-granitse-ranen-voennosluzhaschiy--ego-vezut-v-Erevan.html,

б) https://ru.armeniasputnik.am/incidents/20190729/19831771/MID-Armenii-soobschilo-o-gibeli-odnogo-i-ranenii-2-voennykh-na-granitse-s-Azerbaydzhanom.html).

Ermənistan tərəfi bu anda nə etdi? Düzdür, gercəkliyə diametrik cəhətdən tam zidd olan ictimai rəy formalaşdırmağa başladı. Beləliklə, avqustun 12-də Ermənistan Müdafiə Nazirinin müavini Qabriel Balayan Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş istiqamətində həyata keçirilən əhəmiyyətların uğurları barədə açıqlama verdi.(https://ru.armeniasputnik.am/society/20190812/20036476/Armyanskie-VS-poluchili-preimuschestvo-nad-ryadom-pozitsiy-Azerbaydzhana---Balayan.html). Və burada isə hər şey, necə deyərlər qırıldı. Avqustun 16-da Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov təmsil etdiyi xidmətin adından bu məlumatları tamamilə təkzib edərək, əksinə bu istiqamətdə, təmas xəttində Azərbaycan tərəfinin strateji üstünlüyünü vurğuladı. (https://www.1news.az/news/pogransluzhba-azerbaydzhana-podtverdila-vzyatie-pod-kontrol-ryada-strategicheskih-vysot-na-granice-s-armeniey).


Təəssüf ki, bundan sonra da dövlət sərhədində vəziyyət gərgin olaraq qalmaqda davam etdi. Azərbaycan sərhədçilərinin layiqli cavab verməsinə baxmayaraq, erməni tərəfinin atəşkəs rejimini inadkarlıqla pozmağa davam etməsi nəticəsində 61 yaşlı azərbaycanlı ekskavatorçu ölümcül yaralandı (Http://armiya.az/ru/news/151202), buna cavab olaraq Azərbaycan sərhədçiləri düşmənin bir neçə hərbiçisini zərərsizləşdirdi.
 
https://ru.armeniasputnik.am/politics/20191003/20640194/V-Tavushe-vsledstvie-strelby-VS-Azerbaydzhana-pogib-28-letniy-armyanskiy-kontraktnik.html,

б) http://armenianreport.com/pubs/228991/,
в) http://armenianreport.com/pubs/228983/).

Gərginliyin artmasında, Ermənistan tərəfinin əsas məqsədləri barədə soruşsanız, ən məntiqli cavab onların Azərbaycan sərhədçilərini qisas almağa təhrik etməyə, bu fonda özlərini zərərçəkmiş tərəf kimi təqdim etməyə və bu fürsətdən istifadə edərək KTMT-nin müvafiq mexanizmlərinə təsir göstərməyə cəhd etməsidir. Təxminən 30 il əvvəl belə "fəndlər" ermənilərə xeyir gətirirdi, lakin xoşbəxtlikdən zaman dəyişib, bunun sayəsində bütün dünya erməni yalanları və məkrləri barədə kifayət qədər məlumatlıdır.

Yuxarıdakıları yekunlaşdıraraq aşağıdakı nəticələrə gələ bilərik:

- Təmas xəttində gərginliyin artması ilə bağlı hər bir hadisənin təşəbbüskarı Ermənistan Silahlı Qüvvələrinin bölmələridir;

- Mart və iyun aylarında erməni tərəfinin təxribatları bumeranq effekti ilə başa çatdı, yəni Azərbaycan sərhədçiləri ermənilərin hərəkətlərinə cavab olaraq ərazinin strateji əhəmiyyətli hissələrini nəzarətə götürdülər;

- Erməni təxribatının qarşısını almaq üçün həyata keçirilən əməliyyat nəticəsində Azərbaycan sərhədçilərinin döyüş mövqeləri 1,5-1,7 km irəli çəkildi, nəticədə Ermənistan ordusunun döyüş mövqeləri tam nəzarət altına keçdi (bu əməliyyat nəticəsində neçə min hektar ərazinin Azərbaycan sərhədçilərinin nəzarəti altına keçməsi barədə nəticə çıxarmağı oxucuların mühakiməsinə buraxırıq).

Bu vəziyyətdə Ermənistan Silahlı Qüvvələrinin komandanlığı nə edir? Hərbi avantüraya və döyüş itkilərinə görə məsuliyyəti qəbul etmək əvəzinə, “Tavuş istiqamətində əhəmiyyətli hərbi-strateji uğurlar” barədə raport verirlər ki, bu da 3-cü Ordu Korpusunun komandiri, polkovnik Qriqori Xaçaturova (keçmiş KTMT baş katibi, hazırda istintaq altında olan Yuri Xaçaturovun oğlu) “general-mayor” hərbi rütbəsinin verilməsi və müxtəlif erməni KİV-lərində Azərbaycanla sərhəddə yerləşən 140 hektar ərazinin azad olunduğu iddia edilən çoxsaylı saxta məlumatların yerləşdirilməsi ilə dəstəklənir.

Lakin erməni təbliğatı bununla bitmir.


Yenidən Göbbelsin, “yalan nə qədər dəhşətli olursa, camaat da buna bir o qədər həvəslə inanır” sitatına istinad edərək, Ermənistan xüsusi xidmət orqanlarının kuratorları tərəfindən göndərilən sifarişlər ilə erməni mediası, habelə erməni diasporu tərəfindən səxavətlə dəstəklənən və maliyyələşdirilən xarici media agentlikləri (məsələn, Hollandiyanın “bellingcat.com” saytı), Azərbaycan tərəfini Gürcüstan ərazisini işğal etməkdə ittiham edərək Gürcüstanı da bu məsələyə qatmağa çalışırlar. Bu vəziyyətdə bir neçə məqsəd güdülür:

a) Azərbaycan-Gürcüstan münasibətlərində fikir ayrılığına səbəb olmaq;

b) Gürcüstanı Ermənistana qarşı istifadə etmək məqsədi ilə öz ərazisini Azərbaycana verməkdə ittiham etmək;

c) Gürcüstan ərazisini ələ keçirmək planları üçün zəmin hazırlamaq. Buna, Gürcüstan özü tədbir görməsə, Ermənistanın ərazisində təhlükəsizliyi hər hansısa bir şəkildə təmin etmək hüququnu özündə saxlaması barədə verilən bəyanat şahidlik edir;

d) Gürcüstan torpaqlarının ələ keçirilməsini, bunun nəticəsində Gürcüstandakı on minlərlə kvadrat metr ərazisi, o cümlədən Gürcüstanın Xujabi monastırı Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçməsini ört-basdır etmək. Bu barədə gürcü saytı "kavkazplus.com" bu il 5 noyabr tarixli bir materialda ətraflı yazır (http://kavkazplus.com/news.php?id=26929#.XccFpDMzbIU).

Bu yalanların fonunda Azərbaycan-Gürcüstan dövlət sərhəddindəki “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində, Azərbaycan sərhədçilərinə qarşı 14 iyul tarixində törədilən təxribatı xüsusilə yada düşür. Bu təxribat təşkilatçıların və təhrikçilərinin planına əsasən Gürcüstan vətəndaşları arasında çoxsaylı itki verilməsinə səbəb olmalı idi və bununla da Azərbaycan-Gürcüstan münasibətlərini xeyli çətinləşdirəcəkdi.

Yalnız Azərbaycan sərhədçilərinin şüuru və misilsiz dözümlülüyü bu çətin, süni şəkildə yaradılan və təcavüzkar şəkildə şişirdilmiş vəziyyəti həll etməyə imkan verdi.

Böyük ehtimalla, Azərbaycanın Ermənistan və Gürcüstanla sərhədində yuxarıda baş verən hadisələr arasında birbaşa əlaqə olduğunu iddia etmək olar. Bu, kifayət qədər əsaslandırılmış fərziyyə, erməni mətbuatının bu hadisələr barədə yaydığı materialların adi təhlili ilə də təsdiqlənə bilər.

Proseslərin inkişafının sadə məntiqi eyni zamanda Ermənistanın Azərbaycan-Gürcüstan münasibətlərinin pisləşməsindəmaraqlı olan yeganə regional dövlət olduğunu göstərir. Unutmaq olmaz ki, Ermənistanın Azərbaycan və Gürcüstan arasında mübahisə yaratmağa cəhd etməsi ilk dəfə deyil. Bu, panarmenian.net saytında 11 yanvar 2017-ci il tarixində, "Azərbaycan, təxminən 1000 hektar ərazini tutaraq Gürcüstan ərazisində dayaq məntəqələri inşa edir" adlı məqalə ilə də təsdiqlənir. (http://www.panarmenian.net/eng/news/229791/).

Diqqətli bir oxucu sual verə bilər: dırmığın və erməni hərbçilərinin ona olan sevgisinin bura nə aydiyyatı var?

Cavab olduqca aşkardır - XXI əsrdə, hər hansı bir məlumatı tam rahat şəkildə əldə etməyə imkan olduğu bir dövrdə, düşmənin məğlubiyyətlərini zəfər qələbəsi kimi qələmə verməyə çalışması, eyni dırmığı təkrarən taptalamaqla eyni anlama gəlir.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı