Seçkilər namizədlərə baha başa gəldi Villalarını itirənlər, banklara borcu olanlar...

Analitika 16:26 13.02.2020

Azərbaycan demokratiyası üçün çox da uğurlu sayıla bilməyəcək bir seçki geridə qaldı. 9 fevral gecəsi Azərbaycan xalqı seçkilərdən umduğunu tapmadı. Çünki 2 dekabr, 2019-cu ildə prezidentin islahatları ilə ayaqlaşmadığı üçün parlamenti buraxmaq qərarına gələn 125 millət vəkilindən 82-si yenidən millət vəkili seçildi. Xalq isə dəyişiklik gözləyirdi...

Ümumilikdə, iqtidarda olan YAP-ın 72 namizədi mandat qazandı, müxalifət düşərgəsində isə 102 illik Müsavat partiyasının bir nəfər belə namizədi millət vəkili seçilə bilmədi. Ölkədə son dövrlər xüsusilə intelektual təbəqənin dəstəyini qazanan Real partiyası isə cəmi 1 namizədini parlamentə yollaya bildi. Müxalifət düşərgəsində üzü gülən yeganə partiya Sabir Rüstəmxanlının Vətəndaş Həmrəyliyi Partiyası (VHP) oldu. VHP-nin Rüstamxanlı ilə birgə 3 namizədi mandat qazana bildi. Bitərəf namizədlər üçünsə bu seçkilər də uğurlu oldu. Onlardan 43-ü millət vəkili adını qazandı.

sabir rüstəmxanlı ile ilgili görsel sonucu

2020-ci il parlament seçkilərinə ümidlər böyük idi. Azərbaycanda son 15 ildə bu qədər ciddi siyasi aktivlik heç bir seçkidə müşahidə edilməmişdi. Belə ki, 2296 namizəd seçkilərdə iştirak üçün müraciət etmiş və bunlardan 2146-sının namizədliyi təsdiq olunmuşdu.

Namizədliyi təsdiq edildiyi üçün sevinənlər heç bir siyasi əngəllə qarşılaşmadan aktiv təbliğat və təşfiqat kampaniyasına qoşuldular. Təşfiqata böyük pullar xərcləndi. Kimisi seçicilərlə görüşmək üçün otellərin konfrans zallarını, kimisi şadlıq saraylarını, kimisi idman komplekslərini, kimisi isə xeyir-şər evlərini icarəyə götürdü. Qapı-qapı gəzənlər, un, çörək, yağ paylayanlar, seçicilərə pul təklif edənlər, onları pul müqabilində görüşlərə cəlb edənlər 9 fevralda vətəndaş dəstəyinə ümidli, azacıq olsa da, inamlı idilər. Minlərlə broşur çıxaranlara, jurnalistlərə, media qurumlarına ətək-ətək pul tökənlər, özünü, kampaniyasını reklam edənlər, sosial şəbəkələrdən seçicilərinə müraciət edənlər bütün iş-gücünü atmış, deputatlıq eşqi ilə azad və ədalətli seçkilərə hazırlaşırdılar.

seçki dairələri ile ilgili görsel sonucu

Seçki kampaniyası zamanı namizədlər ən çox jurnalistlərə pul payladı. Pul müqabilində bəzi jurnalistlər namizədlərin sosial şəbəkələrini idarə etdi, kimisi onlar üçün təşfiqat apardı, bəziləri isə 100 manata onlar üçün müşahidəçi oldu. Əksər sayt və qəzetlərdə namizədlərin şəkilləri və seçki platformaları yayımlandı. Bu da təbii ki, havayı başa gəlmirdi.

Namizədlərdən Xəyal Məmmədxanlı seçki kampaniyasına rəsmi olaraq, 20 min manat sərf edib. Bəxtiyar Hacıyev isə ilkin hesablamalara əsasən 3 min manat civarında vəsait xərcləyib. (Modern.az)

Xəyal Məmmədxanlı ile ilgili görsel sonucu

Uzun sözün qısası, 2020-ci il seçkiləri böyük pulların xərcləndiyi seçkilər kimi tarixə düşdü. Dövlət də seçkilərə böyük vəsait ayırmışdı. Belə ki, bu il üçün dövlət büdcəsinin zərfində növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 51 milyon 385 min 874 manat vəsait ayrılmışdı. MSK hesabat vermədiyindən bu vəsaitin nə qədər hissəsinin sərf olunduğu bəlli deyil…

Yuxarıda qeyd edildiyi kimi namizədlər seçki öncəsi təbliğat-təşfiqat kampaniyalarına böyük miqdarda pullar xərclədilər.

Bəs bu pulları onlar haradan əldə etmişdilər?

Sadəcə sosial şəbəkələrdə kiçik bir araşdırma apardıqda namizədlərin bir çoxunun seçki öncəsi öz mülklərini, maşınlarını satdıqları və ya bəzilərinin bankdan kredit götürdükləri bəlli olur. Adının çəkilməsini istəməyən namizədlərdən biri bankdan 10 min manat kredit götürdüyünü və necə ödəyəcəyini bilmədiyini səmimi şəkildə etiraf etdi. Namizədlərin bir qismi isə təbliğat kampaniyası üçün pulu ya üzv olduqları partiyadan, ya da onu dəstəkləyən seçicilərdən topladılar.

Namizədlərin bəziləri isə bağ evlərini satışa çıxardı. Xüsusən Xırdalan, Masazır, Goradil, Hökməli, Vişnovka və Sulutəpə qəsəbələrində dəyəri 100-150 min arasında dəyişən həyət evləri “əlimyandıda" 30-40-50 min arası qiymətlərlə təcili şəkildə satışa çıxarıldı. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Xırdalan və Masazırda onlarla deputatlığa namizədlərin evləri maklerlər tərəfindən dəyər-dəyməzinə satılıb.

masazırda villa satılır ile ilgili görsel sonucu

Maraqlısı ondadır ki, rəsmi nəticələrə əsasən seçkilərdə ciddi təbliğat-təşfiqat kampaniyası aparmayan namizədlərin bir çoxu qələbə qazanıb. Kampaniyalara böyük pullar xərcləyənlərin əksəriyyəti isə həm pullarını, həm də demokratiyaya olan ümidlərini itirdilər...

Nicat İSMAYILOV

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı