Ərdoğan Putinlə görüşə "əliboş" gedir Dünyanın gözü Moskvada...

Analitika 15:40 05.03.2020

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya rəsmi səfəri baş tutacaq. Ərdoğan Rusiya prezidenti Vladimr Putinlə İdlib məsələsini müzakirə etmək üçün Moskvaya gələcək. Qeyd edək ki, 27 fevralda İdlib ətrafında yerləşən türk konvoyuna qarşı həyata keçirilən hava hücumundan sonra 34 türk əsgəri şəhid olmuşdu. Son günlərdə isə Türkiyənin İdlibdə itirdiyi əsgər sayı 50-yə yüksəlib. Bütün bunları nəzərə alaraq Ərdoğanın Moskva sfərindəki əsas hədəfin İdlibdə atəşkəsi əldə etmək olduğunu demək mümkündür.

Türk xalqı şəhidləri üçün qisas tələb edir

Ərdoğanın Moskva səfəri gündəmə gəldikdən bu yana türk ictimaiyyəti dövlət başçılarının Putinlə görüşməsini müzakirə edir. Belə ki, bir neçə gün öncə Türkiyənin BMT-dəki daimi nümayəndəsi Firidun Sinirlioğlu rus pilotların 34 türk əsgərinin şəhid olmasıyla nəticələnən hava hücumu zamanı rejim pilotları ilə birgə olduğunu iddia edib. Həmçinin türk əsgərini şəhid edən Əsəd qüvvələrinin ən böyük hərbi dəstəkçisinin Rusiya olması da heç kimə sirr deyil. Ona görə də türk ictimaiyyətinin şəhidlərinin qisasını tələb etdiyi bir zamanda prezidentin Putinlə görüşə yollanması başda müxalifət liderləri olmaqla bir çoxları tərəfindən sərt tənqidlərlə qarşılanıb.

Ərdoğan Putinlə görüşə əliboş gedir

Lakin bizdə olan məlumatlara görə Ərdoğanın Putinlə görüşə “əliboş” gedir. Belə ki, ötən gün yayılan xəbərlərə görə Moskva görüşü öncəsi rejim qüvvələri və türk ordusu arasında qanlı toqquşmaların yaşandığı strateji əhəmiyyətə malik Səraqib qəsəbəsi rusların əlinə keçib. Səraqib M4 və M5 magistrallarının kəsişməsində yerləşən və İdlibə nəzarət etmək baxımından xüsusi əhəmiyyətə malik ərazi hesab edilir. Görüş öncəsi Səraqibə sahib olan Moskvadakı diplomatiya oyununda “1-0” öndə olacaqdı. Hazırda isə Səraqib rusların nəzarətindədir və orada rus hərbi polisləri patrul xidməti həyata keçirir.

Bundan savayı, Səraqibin də itirilməsiylə İdlib ətrafında Soçi razılaşmasına əsasən Türkiyənin formalaşdırdığı 13 müşahidə məntəqəsindən 8-i rəsmən mühasirəyə düşüb. Sözügedən 8 məntəqədə 3 mindən çox türk hərbiçinin olduğu iddia edilir.

Yəni, Ərdoğan Moskvadakı oyuna 2-0 məğlub başlayacaq. Belə bir situasiyada onun Putindən nəyinsə hesabını sormaq, nəyisə tələb etmək imkanı yoxdur. Ərdoğan sadəcə bütün diplomatik imkanlarından və şəxsi nüfuzundan istifadə edib İdlibdə atəşkəsə nail olmağa çalışacaq. Həmçinin o, Soçi razılaşmasına əsasən rejim ünsürlərinin Səraqibdən 53 km cənuba, Ətaribdən də 22 km şərqə çəkilmesini istəyəcək.

Atəşkəsin əvəzində...

Son günlərdə Türkiyənin 50 əsgəri İdlibdə həlak olub. Türk ictimaiyyətində  hökumətin Suriya siyasəti sərt şəkildə tənqid edilməyə başlanılıb. Ona görə də Ərdoğan Moskvada bir atəşkəs yolu tapmağa məcburdur. Lakin atəşkəs Putinin nəyinə lazımdır? Rus hərbiçiləri tez bir zamanda İdlibi HTŞ və digər terrorçulardan təmizləyib Suriyadakı işlərini bitirmək istəyirlər. Ona görə də Putin Ərdoğanın atəşkəs istəyinə müəyyən şərtlər əsasında razı olacaq. “Türkiyə bu durumda atəşkəs istəyirsə, əsgərinin təhlükəsizliyini düşünürsə ən qısa zamanda Suriyadan qoşunlarını çıxarmalıdır” -  Putinə görə atəşkəsin ən ucuz əvəzi budur...

Türkiyə ordusunun Suriyadan çıxması hansı risklər doğurur?

Görünən odur ki, Türkiyənin Suriyada varlığını Rusiya və İran kimi regional güclər "həzm edə bilmir". Türkiyə bu güclərlə illərdir "yarı müttəfiqlik, yarı düşmənlik" vəziyyətindədir. Türk ordusunun Suriyada olmasına Türkiyə daxilindən də reaksiyalar birmənalı deyil. Muxalifət "əsgərimizin Suriyada nə işi var?" - deyə soruşaraq, tez-tez iqtidarın regionda hərbi varlığını tənqid edir. Bəs Türkiyə hökuməti Suriya siyasətini 180 dərəcə dəyişib Suriyadan qoşunlarını çıxarsa nə baş verə bilər?

Türk əsgərinin bir andaca Suriyanı tərk etməsi aşağıdakı risklər doğura bilər:

  • Türk ordusunun Suriyadan çıxar-çıxmaz Əsədi dəstəkləyən qüvvələr İdlibə genişmiqyaslı hərbi hücum başladacaq və bu ciddi humanitar fəlakətlərin yaşanmasına səbəb ola bilər;
  • İdlibin və ya bütövlükdə Suriyanın Şimalının Əsədin nəzarətinə keçməsi növbəti 3 milyon suriyalı qaçqının Türkiyəyə axınına gətirib çıxara bilər;
  • Türkiyə sərhədlərində yenidən YPG, PKK və digər terror təşkilatlarının fəaliyyəti aktivləşə bilər;
  • Türkiyənin regionda nüfuzuna böyük zərbə dəyə bilər.

Göründüyü kimi Türkiyə Suriyada iki od arasında qalıb. Nə ordusunu regionda saxlaya bilir, nə də Suriyanı birdəfəlik tərk edə bilir. Bu siyasi mürəkkəbliyi yaradan yaxın keçmişdə hökumətin Suriya siyasətində buraxdığı kobud səhflərdir. Bu kobud səhfləri doğuransa Putinin soyuqqanlı diplomatiyasıdır...

Nicat İsmayılov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı