Pandemiya qlobal ərzaq qıtlığına səbəb olacaqmı...

Analitika 18:24 04.04.2020

Koronavirus pandemiyası dünyada ərzaq təchizatını pozub, kənd təsərrüfatında işçi qıtlığı yaradıb.

“Reuters” agentliyi xatırladır ki, karantinə hazırlaşan bir çox ölkələrdə alıcılar çaxnaşma içində supermarketlərdən un və makaron məmulatlarını daşıyaraq rəfləri boşaltmışdılar.

Hazırda pərakəndə satıcılar və hökumətlər ərzaq qıtlığı gözləmədiklərini bildirirlər. Avropa və Şimali Amerikada çörək sexləri və makaron firmaları istehsalı artırıblar. Ərzaq şirkətləri deyirlər ki, panik alıcılıq da səngiyib, çünki evlər ərzaqla dolub və adamlar karantinə uyğunlaşmağa başlayıblar.

Amma agentlik uzunmüddətli problemlərin yarandığını qeyd edir. Belə ki, qısa müddətə hava nəqliyyatı və yük maşınları çatışmazlığı təzə ərzaq çatdırılmasını yubada bilər. Uzunmüddətli perspektivdə isə əmək çatışmazlığı əkinçiliyə və məhsul yığımına təsir göstərməkdədir.

Təyyarə reysləri təxirə salınıb, konteyner gəmilər tapmaq çətindir. Bu halda Afrikadan Avropaya, yaxud Cənubi Amerikadan Birləşmiş Ştatlara göyərti, yaxud meyvə göndərilməsi pozula bilər.Avropada fermerlər çiyələk və qulançarı yığmağa işçi tapmırlar, sərhədlər bağlandığından əcnəbi işçilər həmişəki kimi məhsul yığmağa gedə bilməyib. Fransa vətəndaşlarına müraciət edib ki, 200 minlik işçi qıtlığını kompensasiya etməyə kömək etsinlər.

Almaniyanın “Deutche Welle” radiostansiyası isə yazır ki, bəzi ölkələr öz əhalisini təchiz etmək məqsədilə ərzaq ehtiyatlarını qorumağa çalışır. İxraca belə məhdudiyyət qoyulması isə idxaldan asılı daha yoxsul ölkələrə ziyan vura bilər. Məsələn, Rusiya və Qazaxıstan kimi buğda ixracatçıları millətçi yanaşma sərgiləyərək ixracı məhdudlaşdırır, yaxud da məhdudlaşdırmağı planlaşdırırlar.

Ekspertlər buğda və buğda ununun ixracına belə qadağaların Afrikada yoxsul ölkələrdə çörəyi bahalandıracağından ehtiyatlanırlar. Bu ölkələr daha çox idxal olunan ərzaqdan asılıdırlar. Çörək bahalaşanda isə Afrikada qiyamlar qalxır, siyasi sabitsizlik yaranır.

“Əsasən Saharaaltı Afrikada bir çox yoxsul ölkələr ərzağı idxal edirlər. Qiymətlərin qəfil bahalanması yoxsulluğu və aclığı dərinləşdirər, çünki bu ölkələrin qıtlığa, bahalanmaya reaksiya vermək qabiliyyəti çox məhduddur”, – Kiel Dünya İqtisadiyyatı İnstitutundan Rainer Thiele deyib.

Amma Rainer heç də bütün buğda ixracatçılarının ərzaq millətçiliyi ortaya qoymayacağını gözləyir. “Avropa Birliyi ölkələri, eyni zamanda dünya buğda bazarında digər vacib oyunçular olan Birləşmiş Ştatlar, Kanada və Avstraliya təchizatı davam etdirəcəklər. Ancaq böyük düyü ixracatçısı olan Hindistan Qazaxıstan, yaxud Rusiyanın yoluyla gedə bilər”, – o əlavə edib.(virtualaz.org)

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı