Asiya-Sakit okean regionunun COVID-19 və iqlimlə bağlı yaranmış fövqəladə vəziyyətlərə reaksiyası davamlı və dayanıqlı gələcək vəd edir

Analitika 09:02 08.04.2020

COVID-19 pandemiyası səbəbilə ictimai səhiyyə sahəsində yaranmış görünməmiş fövqəladə vəziyyət və onun dünyada insanların həyatına bir çox istiqamətlərdə təsiri Asiya və Sakit okean bölgəsində ağır fəsadlara yol açır.

Region ölkələri, bölgə iqtisadiyyatına da təsirsiz ötüşməyəcəyi gözlənilən pandemiyanın ağır sosial-iqtisadi təsirini yumşaltmağa çalışır. Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) bu gün dərc olunan Asiya və Sakit Okean 2020-ci il adlı illik iqtisadi və sosial araşdırmasına görə Asiya-Sakit Okean regionunun inkişaf etməkdə olan ölkələrində bu il ciddi geriləmə gözlənilir.

Bölgənin fiziki və iqtisadi rifahını qorumaq üçün investisiya yatırımı böyük əhəmiyyət kəsb edir.  Bu araşdırma, siyasətçilərə, zərər görmüş müəssisələri və ev təsərrüfatlarını dəstəkləyərək və iqtisadiyyata olan mənfi təsirlərin qarşısını alan tədbirlər görərək bölgənin iqtisadi bütövlüyünü qorumağı tövsiyə edir.

Araşdırma Asiya və Sakit Okean regionunun inkişaf etməkdə olan ölkələrini COVID-19 ilə mübarizə aparmaq üçün 2030-cu ilə qədər səhiyyə xərclərinin ildə 880 milyon dollar artırılmasına çağırır. Maliyyə dəstəyi səhiyyə işçilərinin pandemiyanın yayılma prosesini izləmək və yoluxmuş insanlara qayğı göstərmək imkanlarını artırmaq baxımdan vacibdir. ESCAP həmçinin Asiya-Sakit okean ölkələrini səhiyyə sahəsində regional fövqəladə vəziyyətlərə hazırlıq fondunu yaratmaq imkanlarını nəzərdən keçirməyə çağırır.

Pandemiya həm də insanlar və planet üçün böyük zəhmət hesabına əldə olunan  iqtisadi inkişaf yoluna yenidən nəzərdən salmaq üçün bir fürsətdir. ESCAP-ın Davamlı İnkişaf üçün 2030 Gündəliyinin həyata keçirilməsi ilə bağlı son qiymətləndirməsinə görə, Asiya və Sakit Okean, 2030-cu ilədək bir sıra ekoloji Məqsədlərdə ləngiməyə görə 17 Davamlı İnkişaf Məqsədlərinə (DİM) çatması mümkün olmayacaq.

Bu, bölgənin resurslarının intensiv istifadəsi ilə bağlı maddi rifah nəticəsində əldə etdiyi iri gəlirlərlə ciddi ziddiyyət təşkil edir. Hal-hazırda dünyanın 100 ən çox havası çirklənmiş şəhərinin 97-sinin və iqlim dəyişikliyinə ən həssas 10 ölkədən 5-inin olduğu bölgədə səhiyyədəki fövqəladə vəziyyət şəraitində bunun hesabını ödəyirik. İqtisadi siyasət hazırlığı, yoxsulluğun azaldılması və iş yerlərinin yaradılması üçün maksimum nəticənin əldə olunmasına yönəldilmişdir.

Lakin inkişaf metodları onun uzunmüddətli dövrdə dayanıqlığını pozduğu zaman bunu sorğulamalıyıq.

2020-ci il Araşdırması, gələcək nəsillərə sağlam bir planet miras qoymağı təmin edən inkişaf yoluna keçidi təklif edir. O bütün iqtisadi fəaliyyətlərin əsasını təşkil edən istehsal və istehlak nümunəsində dəyişiklik etməyə çağırır.

İstehsal və istehlak vasitələrində bu köklü dəyişikliyi həyata keçirmək üçün, planetar rifahın bütün tərəfləri, yəni hökumətlər, müəssisələr və istehlakçılar üçün "adəti biznesə yox deyək" şüarını qəbul etməliyik. Siyasətçilər yaxınlaşmaqda olan iqlim böhranını unutmamalı, əksinə sosial daxilolma və ekoloji dayanıqlığı olan iqtisadi stimullaşdırıcı paketlərin hazırlanmasına dair qərarlar verməlidirlər.

Araşdırma, maraqlı tərəflərin bütün qruplarının bu keçidi edərkən qarşıya çıxa biləcək çətinliklər və məhdudiyyətləri müəyyənləşdirir. Yaxşı xəbər budur ki, bu çətinliklərin həllini və bütün maraqlı tərəflərin hədəflərini 2030 Gündəliyin davamlılığını təmin etmək məqsədilə uyğunlaşdırmaq mümkündür.

Xüsusilə, Araşdırmada bölgədəki hökumətlərə, yanacaq asılılığından qurtulmaq və maliyyənin inkişafına dəstək vermək siyasətinin işlənib hazırlanması və həyata keçirilməsində davamlılığı tətbiq etməyə çağırır. Region, yanacaq növlərinə illik 240 milyard dollar dəyərində subsidiya verməyə davam edir, bərpa olunan mənbələrə qoyulan investisiyalar isə 150 ​​milyard dollar səviyyəsində qalır.

Müəssisələr investisiyaların təhlili və onlara dair qərarların verilməsində ətraf mühit, sosial və idarəetmə aspektlərini nəzərə alaraq davamlılığı bura inteqrasiya edə bilər. Karbon qazının qiymətləndirilməsi tullantıları və iqlimlə əlaqəli riskləri azaltmaq üçün əsas vasitə olacaq. Bölgə, ümumi iqtisadiyyat və dövrü iqtisadiyyatın inkişaf etməkdə olan davamlı biznes nümunələrinin qəbul ediməsində artıq liderdir.

İstehlakçı olaraq hamımız davamlı həyat tərzinə keçməyin vacibliyini başa düşməliyik. Bu, istehlakçı seçimlərinin insanlara və planetə təsiri barədə məlumatlılığın artması ilə başlayacaq. Hökumətlər kiçik təkliflər və ekoloji məhsullarla istehlakçı seçimlərini təşviq etməkdə mühüm rol oynamalı olacaqlar.

İnteqrasiya edən davamlılıq, yaşadığımız bir-birimizə bağlı olduğumuz dünyanı nəzərə alsaq beynəlxalq əməkdaşlıq tələb edir. Asiya-Sakit okean hökumətləri iqlim sahəsində fəaliyyətlərini, xüsusən iqlimlə əlaqəli standart və siyasətlərin inkişafını əlaqələndirməlidirlər. Bu qədər çox şey əldə etmiş, eyni zamanda çox şey itirmək təhlükəsi ilə qarşılaşan Asiya-Sakit Okean regionunun inkişaf yolunda mühüm bir dövrdür. İqtisadi transformasiyasının növbəti mərhələsi daha davamlı olmalı, daha təmiz istehsal və daha az maddi yönümlü həyat tərzi olmalıdır.

COVID-19 pandemiyası ilə bölgənin inkişaf yolunda yaranmış maneələri nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatının Baş katibinin davamlı və etibarlı gələcəyin qurulması üçün on illik fəaliyyət üçün səfərbər olmağa dair çağırışına qulaq asaq.

Armida Salsiah Alisjahbana Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və ESCAP-ın  İcraçı Katibidir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Hamısı