Çin ABŞ üçün necə təhdidə çevrildi? Soyuq Rəqabət - I yazı

Analitika 16:11 15.04.2020

Çinin Vuhan əyalətində aşkarlanan və hazırda demək olar ki, bütün dünyaya yayılan koronavirus pandemiyası beynəlxalq münasibətlərdə və dünya nizamında ciddi dəyişikliklər yarada bilər. Lakin qeyd etmək lazımdır ki, əslində böyük güclər arasında qüvvələr balansı hələ pandemiyadan əvvəl pozulmuşdu. SSRİ dağıldıqdan sonra formalaşmış, ABŞ-ın qlobal liderliyinə əsaslanan yeni dünya nizamını və Qərbin xeyrinə olan qüvvələr balansını pozan Çinin iqtisadi və hərbi yüksəlişi oldu. ABŞ-Çin “soyuq rəqabəti” də bu balansı  ABŞ-ın xeyrinə geri qaytarmaq, dünya nizamında “status-kvo”nu bərpa etmək üçün başladıldı.

Çin artıq ABŞ “milli maraqları” və “təhlükəsizliyi” üçün təhdiddir

Henri Kissincer və Zbiqnev Bjezinski başda olmaqla bir çox amerikalı strateq Çinin zamanla dünya liderliyində ABŞ-ın rəqibinə çevriləcəyini illər əvvəl proqnozlaşdırmışdı. Lakin Obama kabineti bu proqnozları qulaq ardına vurmuş, Böyük Orta Şərq planının icrasına start vermiş və Ərəb Baharlarının başlanmasıyla bütün güc və diqqətini Orta Şərqə yönəltmişdi. Məhz bu dövrdə Çinin iqtisadi və hərbi yüksəlişi özünün pik həddinə çatdı. Nəticədə Donald Tramp iqtidara gələrkən Çin iqtisadi göstəricilərinə görə ABŞ-a çatmaqda idi.

ABŞ milli maraqları üçün ən böyük təhdidin Çin olduğunu düşünən Tramp prezident seçildikdən sonra gecikmədən Çinlə “soyuq rəqabət”in əsasını qoydu. Soyuq rəqabəti soyuq müharibədən fərqləndirən detal burada tərəflərin qeyri-hərbi mübarizə metodlarından istifadə etməsi və rəqiblərini məhv etməyi yox, gücdən salmağı hədəfləmələridir.

Lakin ABŞ və Çin arasındakı soyuq rəqabətin Sincan məsələsi, Tayvan məsələsi, Şərqi Çin Dənizi problemi, Koronavirus böhranı kimi məsələlərdə soyuq müharibəyə eskalasiya etmək riski yüksəkdir. Buna rəğmən ABŞ rəqibi ilə soyuq müharibəyə girməkdən əsla çəkinmir. Bəs niyə ABŞ Çinlə soyuq müharibə aparmaq həvəsindədir? Bu suala cavab vermək üçün bir statistik göstəricini diqqətinizə çatdırmaq istərdim:

Koronavirus öncəsi yayımlanan rəsmi məlumatlara görə Çin hərbi dəniz donanması gəmi sayına görə 300 gəmiyə çataraq 287 gəmisi olan ABŞ donanmasını geridə qoyub və dünyanın ən böyük hərbi dəniz donanmasına çevrilib. Hazırda Çin donanmasında 23 destroyer, 59 fırkateyn, 37 korvet, 76 sualtı gəmi mövcuddur. Çin sualtı gəmiləri uzun mənzilli nüvə raketi daşımaq imkanlarına sahibdir. Hazırda Çin donanması son dörd yüz il boyunca okeanlara ardıcıllıqla hökmranlıq etmiş İspaniya, İngiltərə və Almaniyanın indiki hərbi dəniz qüvvələrinin cəmindən daha böyükdür.

Çinin dünyanın ən böyük hərbi dəniz gücünə çevrilməsi təbii ki, Amerika ilə Asiya qitəsi arasında yerləşən Sakit okean hövzəsindəki qüvvələr balansını pozur. Belə ki, Pörl-Harbor hücumu və ABŞ-ın İkinci dünya müharibəsinə qatılmasından sonra sözügedən regionda ən böyük hərbi dəniz gücü amerikalılara məxsus idi. 1980-ci illərdən bu yana regionda və dünyada aktivliyini artıran Çin bu gün regionda Amerikanı hər sahədə üstələyir. Haşiyəyə çıxaraq qeyd etmək istəyirəm ki, Birinci dünya müharibəsi ərəfəsində Böyük Britaniya Almaniya ilə uzlaşa bilərdi. Britaniyanın almanlardan yeganə tələbi hərbi dəniz gücünü Britaniyanınkına nisbətən zəifətməsi idi. Çünki Britaniya dənizlərdə hökmranlıq etdiyi zaman özünü təhlükəsiz hesab edirdi. Bu gün ABŞ da Çinin iqtisadiyyatının ondan daha güclü olmasına göz yuma bilər, lakin Sakit okean hövzəsində Çinin ABŞ-dan daha güclü olması Vaşinqton üçün milli təhlükəsizlik problemidir.

ABŞ Yaponiya, Cənubi Koreya və Tayvan üçlüsü ilə bu regionda Çin gücünü çərçivəyə salmaq niyyətindədir. Çin isə Şimali Koreyanı dəstəkləməklə bu çərçivəni qırmaq və Cənubi Çin dənizinin 90 faizinə haqq iddia etməklə Sakit Okeanın şimalına qədər nüfuz dairəsini genişləndirmək istəyir. Çinin bu hədəfi və artan hərbi dəniz gücü ABŞ-ın sadəcə milli maraqlarını deyil, təhlükəsizliyini də təhdid edir.

ABŞ prezidenti Obama Sakit Okean ölkələri ilə Amerika qitəsi ölkələri arasında iqtisadi əlaqələri gücləndirəcək “Trans Pacific” layihəsi ilə Çinin yayılmaq və genişlənmək cəhdlərinin qarşısını geoiqtisadi diplomatiya ilə almağa çalışırdı. Tramp isə sərt diplomatiya taktikalarından istifadə edərək Obamanın layihəsini rəfə qaldırdı və Çinə qarşı regionda ticarət savaşları başlatdı.

Çin, Tayvan, Cənubi Koreya, Şimali Koreya, Yaponiyanın sahilində yerləşdiyi, təbii sərvətləri ilə zəngin Şərqi Çin dənizi uğrunda həm sahil dövlətləri, həm də ABŞ və Çin arasında ciddi rəqabət davam edir. Qeyd edək ki, ABŞ Sakit Okeandakı dəniz gücünün böyük bir qismini  2019-cu ildə hərbi qarışıdurma riskinin yüksək olması səbəbilə məhz bu əraziyə yönləndirib. Əgər bu gün dünyanın gündəmində koronavirus olmasaydı böyük ehtimalla biz Çin və ABŞ arasında Şimali Sakit Okean hövzəsindəki qarşıdurmanı müşahidə edəcəkdik. Lakin təsadüfə baxın ki, koronavirus pandemiyası məhz Çində meydana gəldi, hazırda isə virusun episentri ABŞ və Avropadır. Bəs koronavirusdan sonra qüvvələr balansı kimin xeyrinə dəyişəcək, ABŞ-ın, yoxsa, Çinin?

ARDI VAR...

 

Nicat İSMAYILOV

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı