Azərbaycanda güclü müxalifət formalaşmasa ölkə İranın təsir dairəsinə çevrilə bilər Həyəcan Təbili

Analitika 13:56 15.05.2020

Ölkənin gündəmini günlərdir Milli Şuranın keçirdiyi videokonfrans zəbt edir. Bu videokonfransda sabiq millət vəkili Gültəkin Hacıbəyli jurnalist İsmayıl Cəlilova qarşı təhqiramiz ifadələr səsləndirib. AXCP və Milli Şuraya qarşı öz kəskin fikirləri ilə seçilən jurnalistin homoseksual olması birdən-birə G.Hacıbəyli tərəfindən ortaya atılıb və təhqirlərlə dolu müzakirələrə start verilib. Kimisi ən ağır formada jurnalisti təhqir edib, kimisi ümumiyyətlə Hitlerin homoseksualların sonuna çıxmamasına heyfsiləndiyini bildirib.

Gültəkin Hacıbəyli Milli Şuranın təkil etdiyi mitinqdə çıxış edir ...

40 mindən çox aktiv dəstəkçisi olan siyasi təşkilatın lider heyətinin ölkənin bu ağır durumunda, bankların ardıcıl bağlandığı, icra başçılarının həbs edildiyi, Qarabağ məsələsində müharibə riskinin günü-gündən artdığı bir şəraitdə bir homoseksual jurnalistə diqqət yönəltməsi təbii ki, gülüncdür.

Lakin mövzu sadəcə Milli Şuranın videkonfransı deyil. Ümumiyyətlə son dövrlər Azərbaycanda müxalif düşüncəli populyar simalar və müxalifət partiyaları olduqca nüfuzdan düşüb. Məsələn, Milli Şura 2013-cü ildə Cümhuriyyətin qurulduğu 28 may tarixində elan edildiyində ölkənin millətçi və intellektual elitası bunu çox böyük rəğbətlə qarşılamışdı. Milli Şuranın rəhbərliyinə Cəmil Həsənli kimi nüfuzlu və tanınmış akademikin gətirilməsi, təsisatının qurucusunun Rüstəm İbrahimbəyov kimi məşhur Azərbaycan ziyalısının olması da ölkədəki ziyalı təbəqinin Milli Şuraya qarşı simpatiyasının yaranmasına səbəb olmuşdu. 7 il sonra yaranan durumu izah etməyə yəqin ki, ehtiyac yoxdur. Tele-debatda Cəmil Həsənlinin başına butulka atan Hafiz Hacıyev hazırda akademikdən daha məşhur bir “siyasətçi”yə çevrilib. 7 il əvvəl intellektual çevrələrin rəğbətini qazanan Milli Şura bu gün həmin çevrələr tərəfindən dilə gətirilən “üzdəniraq sizsiz” mesajları ilə üzləşib.

Ölkədə faşizm elementi olan zorakılıq praktikası təbliğ edilir ...

Təəssüf ki, nüfuzdan düşən sadəcə Milli Şura deyil. 2005-2010-cu illərdə gənc liberal idealistlərin öndər, başqan olaraq gördüyü Əli Kərimli bu gün xüsusilə millətçi təbəqə tərəfindən sərt tənqid və təhqirlərə məruz qalan bir liderdir.

Rəsulzadəçi, cümhuriyyətçi və demokrat zümrədən olan vətəndaşlar üçün REAL 2012-2015-ci illərdə iqtidara doğrudan da alternativ ola biləcək bir təşkilatlanma idi. REAL xüsusilə siyasət və iqtisadiyyat sahələrində mütəxəssisləri ətrafında cəmləməyə müvəffəq olmuşdu. REAL-la birlikdə biz yeni demokrat bir liderin, İlqar Məmmədovun “doğuşunu” izləyirdik. İsmayıllı hadisələrindən sonra həbs edilən İ.Məmmədovun reytinqləri və populyarlığı daha da artdı. Lakin 6 il həbsdə saxlanılan REAL lideri həbsdən azad ediləndə partiyasının başına keçsə də son bir neçə ildə həm İlqar Məmmədov, həm də REAL əvvəlki nüfuzlarını itirib. REAL hazırda bir millət vəkili ilə parlamentdə təmsil olunsa da bu gün xüsusilə aşağı və orta təbəqə tərəfindən dəstəklənən bir partiya deyil. Hətta partiyanın qurulmasında iştirak edən bir neçə ziyalı İlqar Məmmədovun siyasətini tənqid edərək partiya sıralarından uzaqlaşıb.

İlqar Məmmədov REAL-a müraciət etdi: “Müsavat məhv olur, ya olmur ...

Praqmatist və optimal müxalifət mövqeyində dinamik fəaliyyət göstərən sabiq millət vəkili İqbal Ağazadə isə son dövrlərdə nüfuzu artan siyasətçilərdən biridir. Xüsusilə son 3 ildə Ağazadə sosial medianın nemətlərindən maksimum faydalanıb və ictimai populyarlığını artırıb. Son parlament seçkilərində 35 saylı Xətai dairəsindən namizədliyini irəli sürən İqbal Ağazadəni sadəcə o dairədən deyil, demək olar ki, respublikanın bir çox şəhər və rayonlarından olan vətəndaşlar dəstəkləyirdi. Ağazadə seçkilərdə “iqtidar bardiyoru”na tuş gəlsə də təkrarlanacaq dairə seçkilərində yenidən millət vəkili seçilmə şansı böyükdür. Lakin Ağazadənin şəxsi nüfuzu artsa da lideri olduğu Ümid partiyasının siyasi təşkilatçılığı çox zəifdir.

İqbal Ağazadə İnqilab İsmayılov küçəsində daha bir görüş keçirdi ...

Qısası Azərbaycanda 2015-ci ildən başlayan ardıcıl iqtisadi və hökumətdaxili siyasi böhranlardan sonra müxalifətin durumunda arzuedilən, gözlənilən dirçəliş baş tutmamaqla birlikdə müxalifət daxilindəki böhran daha da dərinləşdi. Hazırda iqtidarın daxilində “korrupsiya təmizliyi”nin getdiyi bir zamanda islahat proseslərinə qatılacaq və xüsusilə siyasi-hüquqi sistemlərdə köklü reformasiyaları gündəmə daşıyacaq güclü müxalifət yoxdur.

Müxalifətin zəifliyi hansısa iqtidar nümayəndələrinin üzünü güldürə bilər, lakin müxalifəti güclü olamayan dövlətlərin siyasi sistemi dayanıqsız, zəif olur. Necə ki, Azərbaycanda elədir. Siyasi müxalifətdə yaşayanan böhran ölkənin milli təhlükəsizliyini də bir baxımdan təhdid edir. Məsələn, Türkiyədə, İsraildə, Ukraynada və ya Gürcüstandakı kimi güclü müxalifət partiyaları Azərbaycanda da fəaliyyət göstərsəydi İsmayıllı hadisələri, Quba olayı, Gəncə sui-qəsdi kimi yaxın siyasi tariximizin dramatik hadisələri baş verməzdi. Ölkədə güclü müxalifətin olmaması siyasi və dini radikalizmin yayılmasına, ictimai aqressiyanın güclənməsinə gətirib çıxarır. İran İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani öldürüləndə Azərbaycanda 3 gün müxtəlif məscidlərdə əza məclisləri təşkil edildi, generalın adına xütbələr oxundu, sosial mediada rəhmət və dəstək mesajları yağdı. Bir adam soruşmadı ki, bu xalq iranlı generalın öldürülməsindən niyə narahatdır? Niyə iranlı dini liderlərin nüfuzu Azərbaycanda bu qədər yüksəkdir? Çünki Azərbaycanda xalqın sevəcəyi, öz siyasi-ideoloji ehtiyaclarını ödəyəcəyi, dəstəkləyəcəyi, iqtidara qarşı sığınacağı alternativ lider, siyasi təşkilat yoxdur. Bu da iqtidardan narazı kütlələrin xüsusilə İrana bağlı radikal qruplaşmalara yönəlməsinə səbəb olur.

İranda 3 günlük matəm: Süleymaninin öldürüldü — www.veteran.az

Həmçinin ölkədə güclü müxalifətin olması iqtidarın özbaşınalıqlarına da son qoyur, fəaliyyət sahəsini məhdudlaşdırır. Bu gün hər kəs eyni suallara cavab axtarır, bu məmurlar necə bu qədər sərbəst rüşvət alıb? Cavab çox sadədir, çünki ölkədə o məmurların, hətta bütünlükdə iqtidarın çəkindiyi bir qüvvə yoxdur. Azərbaycanda qeyri-məhdud səlahiyyətlərə sahib bir iqtidar var. İqtidar istəsə müharibə elan edər, istəsə kütləvi həbslər başladar, istəsə islahat edər, istəsə maaşları qaldırar, istəsə də seçki nəticələrini ləğv edər. İqtidarın fəaliyyətini çərçivəyə salacaq azad mətbuat və ictimai nəzarət mexanizmi olmadığı kimi onun hakimiyyəti üçün təhdid doğuran nüfuzlu, güclü müxalifət də yoxdur. Azərbaycanda siyasi iqtidarı əldə etmək və onu əlində saxlamaq üçün rəqabət mexanizmi mövcud deyil. Buna səbəb də yenə müxalifətin zəyifliyidir.

Güclü müxalifət azad və demokratik seçkilərin qarantı, dövlətin istiqlaliyyətinin, vətəndaş rifahının təməlidir. Sabahını düşünən hər xalq, hər dövlət güclü və sistemli müxalifətini formalaşdırmalı, iqtidar-müxalifət münasibətlərini nizama salmalıdır. İqtidarın bu işdə son dövrlər atdığı addımlar çox yüksək qiymətləndirilməlidir. Müxalifət liderləri ilə dioloqun başladılması və çox da müxalif olmasalar da bu düşərgəni təmsil edən millət vəkillərinin Milli Məclisdə komitə rəhbərləri olması Azərbaycan demokratiyasının gələcəyi üçün ümid qığılcımları sayıla bilər. Lakin təəssüflər olsun ki, müxalifət düşərgəsində ölkədəki islahatları “yuxarıdan inqilab” mərhələsinə çatdıracaq bir sistemli partiya-təşkilat mövcud deyil...

Nicat İsmayılov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı