Gərgin Şənbə Paşinyana siyasi rəqiblərindən iki hücum

Analitika 18:02 01.06.2020

Paşinyan üçün bu həftəsonu sakit keçmədi. Belə ki, şənbə günü onun rəqibləri səssiz qalmayaraq siyasi arenanı Paşinyana vermədilər.

Paşinyanın əsas rəqibi və keçmiş Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan

Onun əsas siyasi rəqibi, Ermənistanın keçmiş Milli Təhlükəsizlik Xidməti rəisi (MTX) Artur Vanetsyan siyasi partiyanın prezidenti seçilib və Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan öz Facebook şəbəkəsində hay-küyə səbəb olacaq video yayımlayıb. Videoda Minasyan Paşinyana qarşı ciddi ittihamları irəli sürüb.

İnqilab nəticəsində hakimiyyəti ələ keçirdikdən sonra Paşinyanın köhnə rejimə və müxalifətə qarşı mübarizəsi hələ də sona çatmayıb. Belə ki, hər bir tərəf bir-birinə qarşı davamlı hücumlar edir və siyasi mübarizə şiddətli döyüşə çevrilir.

Artur Vanetsyan aktiv siyasətə qoşuldu

Paşinyanın əsas siyasi rəqiblərindən biri və hətta birincisi olan Artur Vanetsyan mayın 30-da Hayrenik (Vətən) Partiyasının prezidenti seçilib. Bu, onun siyasi oyununun başlanğıcıdır. Qeyd edək ki, Vanetsyan bu ilin fevral ayında verdiyi müsahibəsində siyasi partiya yaratmaq məqsədini ortaya qoyub.

Partiyanın qurultayında Vanetsyan gələcək fəaliyyətini irəli sürüb. MTX-nın keçmiş rəisi Ermənisanın xarici və daxili siyasi kursuna toxunub.

Vanetsyan ermənilərin pis həyat şəraitini vurğulayıb və hətta gündəlik çörək tapmağın çətin məsələyə çevrildiyini bildirib. O, ölkənin vəziyyətini izah edərkən çox inamlı görünür və problemləri həll etmək bacarığına güvəndiyini bəyan edir.

"Mənim harada olduğumuza, nəyə və hansı vasitələrlə çatmalı olduğumuza dair aydın fikirlərim var”, deyə Vanetsyan söyləyib.

Pandemiyada yaranan ciddi problemlərə də diqqət yetirən Vanetsyan vəziyyətin operativ idarə edilməsinə ehtiyac olduğunu düşünür. O, hazırkı hökuməti ölkənin üzləşdiyi problemləri həll etməkdə istəksizliyə görə qınayıb.

"Hamımız başa düşürük ki, bu məsələlərin həlli üçün xalq qarşısında səmimi olacaq səlahiyyətli orqanlar lazımdır".

Hayrenik partiyasının başçısı Ermənistanda heç kimi düşmən görmür və problemlərin həlli üçün birgə iş aparmağa hazır olduğunu açıqlayıb.

O, Ermənistanın siyasi xadimi olaraq, ölkənin əsas təhlükəsizlik məsələsi olan Dağlıq Qarabağdan yan keçə bilməzdi. Vanetsyan münaqişənin müharibə yoluyla həllini görmür və o düşünür ki, Ermənistan bu fikri beynəlxalq ictimaiyyətə və Azərbaycana effektiv surətdə təqdim etməlidir.

Vanetsyan mərhələli həll yolundansa paket həllini dəstəkləyir. Vanetsyan əlavə edib ki, Ermənistan qondarma Dağlıq Qarabağ Respublikasının təhlükəsizliyinin qarantı olub və olacaqdır.

Ermənistanın xarici siyasət prioritetlərindən danışarkən Vanetsyanın praqmatik və balanslı xarici siyasət modelini dəstəklədiyi hiss olunur. O, ənənəvi müttəfiqlərlə münasibətlərin pisləşməsinə səbəb olan mövcud xarici siyasət kursunu isə qınayır. Ümumilikdə qeyd edək ki, Vanetsyan Rusiya ilə münasibətlərin güclü tərəfdarıdır.

"Gündəlik işimizi beynəlxalq tərəfdaşlarımızla müxtəlif formatlarda - KTMT, AİB, AŞPA, Aİ və digər strukturlarda aparmalıyıq".

Artur Vanetsyan 10 may 2018-ci ildə Nikol Paşinyan tərəfindən MTX rəisi vəzifəsinə təyin edilib və o, əvvəlki ilin sentyabrında istefa verib. Nəzərinizə çatdıraq ki, Vantesyan Ermənistanın siyasi həyatında ikinci nüfuzlu şəxs hesab olunur.

Bəzi siyasi təhlilçilərə görə, o, köhnə rejimlə inqilab arasında körpü idi. Milli Məclis rəhbərinin keçmiş müavini Arsen Babayanın sözlərinə görə, Paşinyan Vanetsyanı həqiqi rəqib kimi görür.

Mikael Minasyanın qalmaqallı faktları

Paşinyana daha böyük bir zərbə isə Ermənistanın Vatikandakı keçmiş səfiri və keçmiş prezident Serj Sarkisyanın kürəkəni olan Mikael Minasyandan gəldi. O, Paşinyanı 30 may tarixində Facebook hesabında video yerləşdirərək beynəlxalq silah ticarəti ilə məşğul olmaqda ittiham edib.

Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Arşak Karapetyanın Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşmək üçün Moskvaya etdiyi səfər barədə məlumatı açıqlayıb. Minasyan iddia edir ki, Karapetyan Paşinyanın göstərişi ilə Moskvaya səfər edib, çünki fövqəladə vəziyyət zamanı sərhədi yalnız dövlət məmurları keçə bilər. Lakin bu səfər ilə bağlı rəsmi dövlət saytlarında heç bir informasiya yoxdur.

Onun sözlərinə görə, Karapetyan qaçaq siqaret işi ilə əlaqədar baş nazirə və ailəsinə kömək etmək üçün Rusiya xüsusi xidmətləri ilə danışıqlar aparmaq üçün Moskvaya göndərilib.

Minasyan deyir ki, bu Karapetyanın yeganə missiyası olmayıb, Paşinyan Ermənistanı beynəlxalq silah ticarətinin qara bazarına cəlb edib.

Bununla da, keçmiş səfir izah edir ki, Ermənistan Rusiyadan daxili qiymət şərti ilə silah almaq səlahiyyətinə sahibdir və sonralar isə alınan bu silahlar üçüncü ölkədə görünür.

Minasyan Paşinyanın fəaliyyətini erməni millətinə hörmətsizlik adlandırıb. O qeyd edib ki, Paşinyan pul və güc qazanmaq üçün hər şeyi etməyə hazırdır.

Nikol Paşinyan şənbə günü keçmiş erməni siyasi xadimləri tərəfindən iki zərbə alıb. Baş verənlər Paşinyanın müxalifət tərəfindən ciddi şəkildə təhdidlərlə üzləşdiyini və hakimiyyətinin sarsıla biləcəyini göstərir.

Artıq Artur Vanetsyan hakimiyyət uğrunda mübarizəyə rəsmi şəkildə qoşuldu. Bu addım ciddi çaxnaşmaya səbəb ola və Paşinyan hökuməti üçün təhlükə yarada bilər.

Paşinyanın gizli fəaliyyətinin açıqlanması onun nüfuzuna xələl gətirə və müxalifətin əlində ona qarşı bir vasitəyə çevrilə bilər. Başqa bir məqam isə belə bir məlumatların yalnız aysberqin görünən tərəfi olması ehtimalıdır və hələ də üstü açılmamış çox informasiyaların olduğuna inanmaq olar.

Görünən budur ki, Paşinyanın köhnə rejimə qarşı ovu onun təqib etdiyi adamlarda qisas hissini artırıb. Bu oyuna xarici aktorların cəlb olunma ehtimalı yüksəkdir və Ermənistanın siyasi stabilliyi üçün böyük riskdir. Ermənistan siyasəti həlledici məqamın astanasındadır.

Ülvi Əhmədli

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı