26 Avqust səfəri Rusiyanın bəraət qazanmasına xidmət edəcəkmi?

Analitika 11:10 24.08.2020

Avqustun 26-da Azərbaycanın yeni təyin olunmuş xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Xarici İşlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvaya səfəri gözlənilir. Türkiyədən sonra ikinci rəsmi səfərin Rusiyaya edilməsi müasir xarici siyasətimizin aparıcı strateji vektorlarının hara bağlı olduğunu təxmin etməyə imkan verir. Həmin səfərin tanışlıq məqsədi ilə məhdudlaşacağını söyləmək çətindir. Son bir ayda Rusiya-Azərbaycan münasibətlərində baş vermiş gözlənilməz və sual dolu nüanslar belə deməyə əsas verir. Maraq doğuran məqam həmin görüşdə Rusiyanın öz hərəkələrinə necə bəraət qazandıracağı və qarşı tərəfi buna necə inandıracağı hesab edilir. Hər halda bu baş verənlərə baxmayaraq, biz regionun aparıcı qüvvəsi sayılan Rusiya  ilə əməkdaşlığı davam etdirməyə məhkumuq.

İkitərəfli münasibətlərimizin dinamikasını təhlil edərkən son bir neçə il ərzində  nəzərə çarpan müsbət və ziddiyyətli məqamları qeyd etmək olduqca vacibdir. Bu məqamların nisbəti Rusiyanın Azərbaycana münasibətdə yeritdiyi “yumşaq güc”lə “sərt güc” arasında zaman – zaman yerdəyişmə edir desək səhv etmərik. ”Sərt güc”dən fərqli olaraq “yumşaq güc” adətən inandırmaq və cəlb etmə yolu ilə öz məqsədlərinə nail olmağa çalışır. Lakin onun destruktiv potensialını da (rəngli inqilablar, informasiya müharibəsi və s.) yaddan çıxarmaq lazım deyil. Söz yox ki, Rusiyanın ABŞ və ÇXR kimi alətlər seçimində “yumşaq güc”ü zirvəyə qaldıracağı ehtimal edilmir. Lakin Rusiyanın müasir xarici siyasətində öz normativ-hüquqi təsbitini tapmış “yumşaq güc” onun tarixi “sərt güc”ünün hegemonluğunu möhkəmləndirən və təsir imkanlarını artıran vasitələr məcmusu kimi nəzərdən keçirilir. Rusiyanın bütün postsovet məkanına, o cümlədən Azərbaycana münasibətdə yeritdiyi “yumşaq güc” onun hərbi-siyasi məqsədlərinin təmin edilməsinə, müstəqil rejimlərin zəiflədilməsinə, geostrateji rəqiblərin isə “oyundan kənar vəziyyətdə” saxlanılmasına xidmət edir.

Beləliklə, Rusiya - Azərbaycan münasibətlərində nəzərə çarpan müsbət məqamlar aşağıda müəyyən edilmiş problemlər kontekstində özünü büruzə verir.

1. 2019-cu ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 22 milyon 46 min dollar təşkil edib ki, bu da 2018-ci ildəkindən 18,5% çoxdur. 2019-cu ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində Rusiya ilə ticarət əməliyyatlarının payı 9,07% -ni təşkil edib. 2019-cu ildə Rusiya məhsullarının Azərbaycana idxalı 2 milyard 290 milyon 219.8 min ABŞ dolları (artım 21.5%) təşkil etmişdir. Azərbaycana mal idxalının ümumi həcmində Rusiyadan tədarükün xüsusi çəkisi 16,76% təşkil etmişdir. Beləliklə, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ildə Azərbaycanın Rusiya Federasiyası ilə ixrac-idxal münasibətlərindəki mənfi saldosu 1 milyard 558 milyon 393.6 min dollar təşkil etmişdir.

Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2020-ci ilin yanvar-iyun aylarında 1 milyard 294.529 milyon dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,3% azdır. Qarşılıqlı investisiyalar artıq 6 milyard dollar səviyyəsinə çatıb. Regionlararası əlaqələr də səmərəli fəaliyyət göstərir: Rusiyanın 71 regionu öz məhsullarını Azərbaycana göndərir və 17 federasiya subyektinin respublikamız ilə əməkdaşlıq müqavilələri mövcuddur.

Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq beş "yol xəritəsi" çərçivəsində davam etdirilir: Rusiya-Azərbaycan istiqamətində ticarətdəki maneələri aradan qaldırmaq; Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı haqqında; Azərbaycan Respublikası ərazisində müştərək müəssisələrin (layihələrin) yaradılması haqqında; büdcə-vergi sahəsinin rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyət haqqında; ölkələrə qarşılıqlı səfərləri və humanitar təmasları artırmaq.

2. Rusiya azərbaycanlı qastarbayterlərin dolanış və qazanc yeridir. Rusia Federal Miqrasiya Xidməti iddia edir ki, 2017-ci ilin əvvəlində Rusiyada 523.000 Azərbaycan vətəndaşı qeydə alınmış və 2010-cu il siyahıyaalmasına görə ölkədə 603.000 azərbaycanlı yaşayır. Rusiya Federasiyası Mərkəzi Bankının məlumatına görə, hər il Rusiyadan Azərbaycan 1,2 milyard dollar pul köçürməsi həyata keçirilir.

3. Koronavirusun effektiv aşkarlanması üçün Rusiya Azərbaycana 12000 tədqiqatın aparılması üçün test sistemi göndərib.

4. Koronovirus pandemiyası ilə əlaqədar azərbaycanlıların Rusiyadan təxliyyəsinə dair Putin administrasiyasının gördüyü tədbirlər təqdirəlayiq hesab edilməlidir. “Sərhədlərin açılmasını gözləmək məqsədilə bir çox azərbaycanlı Dağıstan ərazisinə gəlmiş və orada onların yerləşdirilməsi məqsədilə çadır şəhərciyi yaradılıb və səhra xəstəxanaları fəaliyyət göstərib. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Saveliev AZƏRTAC-ın müxbirinə verdiyi müsahibəsində qeyd etmişdir ki, mart ayının ortalarından mayın sonu və iyunun əvvəlinədək 7500-dən çox azərbaycanlı vətənə qayıtmışdır. Təbii ki, bu proses iyul və avqust aylarında da davam etmişdir.

5. Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulandan bəri əməkdaşlığın müxtəlif sahələrində: siyasət və iqtisadiyyatdan tutmuş yüksək texnologiyalara və mədəniyyətə qədər təxminən 300 ikitərəfli sənəd imzalanıb.

6. Mədəni-humanitar və turizm sahəsində də əlaqələr inkişaf etməkdədir. Belə ki, Azərbaycanda bir neçə rusdilli ali təhsil məktəbləri fəaliyyət göstərir. Rusiyada isə 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bundan əlavə, Azərbaycan rus turistləri tərəfindən ən çox ziyarət edilən ölkələrdən birinə çevrilib. 2019-cu ildə Rusiyadan bir milyona yaxın turist Odlar diyarını ziyarət edib.

7. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Qarabağ probleminin siyasi, beynəlxalq hüquq prinsipləri əsasında həll olunmasının tərəfdarıdır. Aprel ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Kazan formulu"nun həyata keçirilməsinin zəruriliyini bir daha bəyan etdi.

Ziddiyyətli məqamlara isə aşağıdakı məsələlər daxildir:

1. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində məlum iyul hadisələrindən bir neçə gün sonra Rusiyadan Ermənistana təyyarə ilə Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən 7 reys silah daşınması faktının üzə çıxması.

2. Rusiya prezidenti V.Putinin “Naxçıvanı əvvəlki sahibinə qaytarmaq lazımdır” fikrini dilə gətirməsi və s.

Şübhəsiz ki, həmsədr ölkənin qızğın döyüşlərin ara verməsindən 1-2 gün sonra Ermənistana Qazaxstan-Türmənistan - İran dəhlizindən istifadə etməklə müasir silahlar göndərməsi, onun Ermənistana hərbi müttəfiqlik öhdəliyindən daha çox, regionda vəziyyəti gərginləşdirmək, hərbi zorakılığı dövlət sərhədləri boyunca eskalasiya etməklə genişmiqyaslı müharibəyə nail olmaq idi. Heç şübhəsiz belə bir vəziyyət həmsədr ölkənin vasitəçilik missiyasından daha çox onun “partizan davranışına”, yəni gizli yolla döyüşən tərəflərdən birini silahlandırmaq niyyətindən xəbər verir. Onsuz da hər iki döyüşən tərəfin (hətta Ermənistanın) Rusiyaya bel bağlamaması bu günün məsələsi deyil. Rusiyanın belə manevrlərinin bir cavabı var: o nə hərbi müttəfiqi olan Ermənistanı, nə də strateji tərəfdaşı olan Azərbaycanı əldən buraxmaq istəmir, lakin onların barışmasında (münaqişənin həllində) da maraqlı deyil. Belə bir həssas məqamda Rusiya XİN-i S.Lavrov ölkəsinin obyektiv vasitəçiliyinə artan sübhələri və Azərbaycana qarşı qərəzli münasibəti 12-16 iyul hadisələrinin əsil mahiyyəti haqqında fikir bildirməklə  ört-basdır etməyə cəhd göstərib. Onun sözlərindən məlum olur ki, münaqişə tam bir kompleks səbəblər nəticəsində baş verib. Coğrafi amil də bir növ tətik rolunu oynayıb: Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 km aralıda yerləşən köhnə nəzarət-buraxılış məntəqəsini yenidən işə salmaq qərarı bir tərəfin narahatlığına, o biri tərəfin isə əsassız reaksiyasına səbəb olub və nəticədə ən gözlənilməz nəticələri olan qarşıdurma çarxı işə salınıb".  

Rusiyalı nazir bu fikirləri ilə 12-16 iyul təxribatının təşəbbüskarı kimi öz hərbi müttəfiqini fakt qarşısında qoymaqla Rusiya-Ermənistan münasibətlərinin möhkəm olmamasını düşünməyə əsas verib. N.Paşinyanın “Xocalını Rusiya törədib” ifadəsini işlətməsi, Ermənistanda Rusiya KİV-lərinin fəaliyyətini qanunla qadağan etməsi həqiətən hər iki ölkə arasında münasibətlərin sabit olmamasından xəbər verir.

Rusiya Ermənistanı son hadisələrin təşəbbüskarı kimi qələmə versə də, öz rolunu ört-basdır edə biləcəyini söyləmək sadəlöhvlükdür. 26 ildən sonra hərbi əməliyyatların Dağlıq Qarabğda deyil, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində və beynəlxalq ixrac boru kəmərləri və nəqliyyat-kommunikasıya xəttindən 15 km aralıda başlaması, hərbi əməliyyatların dayanmasından 1 gün sonra Rusiyanın Ermənistana müasir silahlar göndərməsi rəsmi Kremlin münaqişə zonasında öz həyati mühüm maraqlarını ciddi cəhdlə qorumaq niyyətindən xəbər verir. Şübhə yox ki, Rusiyanın bu siyasətinin arxasında  ilin sonunadək işə düşəcəyi planlaşdırılan və ümumi dəyəri 45 milyard dollar olan Azərbaycanın iddialı enerji layihəsi olan Cənub Qaz Dəhlizinin gerçəkləşməsinə mane olmaqdır. Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. 2020-ci ilin sonunadək istismara düşəcəyi planlaşdırılan TAP Azərbaycan qazını Rusiyadan yan keçməklə Gürcüstan və Türkiyə üzərindən Avropaya ötürəcək və köhnə qitənin Rusiya qazından asılılığını azaldacaq. Beləliklə, eyni bazara yönəlmiş TAP-ın Rusiyaya məxsus “Türk Axını” layihəsinə ciddi rəqib olması rəsmi Moskvanın xoşuna gəlmir və onu qabaqlayıcı konspirativ tədbirlər görməyə sövq edir. Elə bu səbədən Rusiya Ermənistanı qeyri-leqal yollarla silahlandırır. Bu yaxınlarda Serbiyadan daxil olmuş hərbi tədarükləri nəzərə almasaq, deyə bilərik ki, son 5 ildə Ermənistan yalnız Rusiyadan silah idxal  edib. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) 9 mart 2020-ci il tarixli hesabatında bildirilib. Ötən il Ermənistanın müdafiə xərcləri təqribən 630 milyon dollar təşkil edib. SİPRİ-yə görə Ermənistan ÜDM-in 4.9 faizini hərbi məqsədlər üçün xərcləyib. Hərbi xərclərin ÜDM-ə nisbəti baxımından Ermənistan dünyanın bütün ölkələri arasında altıncı yeri tutur.

Hadisələrin belə “təlatümlü” bir vaxtında V.Putinin “Naxçıvan əvvəlki sahibinə qaytarılmalıdır” fikrini dilə gətirməsi, bir tərəfdən yeni oyun səhnəsini ölkəmizin eksklav ərazisinə keçirmək, bu qədim diyara göz tikmiş erməni millətçilərinin səfərbər etmək və Türkiyəni yeni təxribata təhrik etmək məqsədi güdür. İlk öncə V.Putinin bu fikri 12-16 iyul döyüşlərində yardımsız qoyduğu Ermənistanın ürəyini almağa və 1921-ci ildə bağlanmış Moskva və Qars müqaviləsinin şərtlərinə etinasiz münasibət bildirməsinə dəlalət edir.

Heç şübhəsiz səslənmiş bu fikrin əsas ünvanı Türkiyə hesab edilir. Belə ki, 12-16 iyul hadisələrində Türkiyənin əvvəlki illərlə müqayisədə Azərbaycana daha ciddi dəstək verməsi, iki həftə ərzində Azərbaycanda hərbi təlimlər keçirməsi qardaş ölkənin regional müstəvidə aparıcı oyunçulardan birinə çevrilməsi mənasını verir. Bundan əlavə, Türkiyə Naxçıvanın milli və hərbi təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirmək məsədilə Qars – Naxçıvan dəmir yolu və Türkiyə – Naxçıvan qaz kəmərinin inşası hesab edilir.

Qars – Naxçıvan dəmir yolunun açılması hərbi təcavüz halında Naxçıvana Türkiyədən hərbi xarakterli yüklərin daşınmasını daha da asanlaşdıra bilər. Nəzərə alsaq ki, artıq Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu da fəaliyyətdədir, o zaman yeni inşa olunacaq Qars-İğdır-Naxçıvan dəmir yolu vasitəsilə Bakı özü də Naxçıvanın müdafiəsi üçün hərbi yüklər göndərə bilər. Gələcək perspektivdə Qars – Naxçıvan dəmir yolunun Naxçıvan ilə İranın Məşhəd şəhəri arasında sovet dövründə qurulmuş və son vaxtlar bərpa olunan dəmir yolu xətti ilə Naxçıvan ərazisindən İran və Pakistana keçəcəyi də istisna olunmur.

Türkiyə – Naxçıvan qaz kəməri layihəsi Çavuşoğlunun sözlərinə görə, "böyük strateji əhəmiyyət daşıyır". Hazırda muxtar respublikanın qaz təminatı Azərbaycan qazının İrana mübadilə tədarükü əsasında həyata keçirilir. Ümumiyyətlə, Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələr təkcə iqtisadi deyil, həm də böyük siyasi məna daşıyır və eyni zamanda regionun təhlükəsizliyini və sabitliyini gücləndirir.

Aparılan təhlilllərdən bu nəticə hasil olunur ki, 26 avqust Moskva danışıqlarının əsas məqsədi ilk öncə XİN rəhbərləri arasında tanışlığa, sonra isə Azərbaycanla Rusiya münasibətlərində son bir ayda nəzərə çarpmış etimadsızlığın aradan qaldırılmasına yönələcək. Bu məqsədlə Rusiyanın sülh danışıqlarına yeni nəfəs verəcəyi və tərəfləri danışıqlar masasına qaytaracağı istisna edilmir. 

Zəfər Nəcəfov

beynəlxalq münasibətlər üzrə mütəxəssis

Silahlı Qüvvələrin Hərbi Akademiyasının baş müəllimi

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Hamısı