Müharibə zamanı informasiya, onun təqdimatı və tamaşaçı ilə iş çox böyük rol oynayır Rusiya Jurnalistlər Birliyinin mətbuat katibi

Analitika 13:09 20.10.2020

Uzun illər ərzində Rusiya informasiya məkanında Azərbaycan haqqında məlumatlar demək olar ki, gündəmdə olmayıb.

Rusiya Jurnalistlər Birliyinin mətbuat katibi Timur Şafir bu barədə Eurasia Diary-yə danışıb.

Onun sözlərinə görə, Rusiyanın siravi vətəndaşı, xüsusən siyasətlə və Zaqafqaziya regionu ilə maraqlanmayan bir gənc, Azərbaycandakı problem və çətinliklər, eləcə də qazanılan nəaliyyətlər barədə qeyri-müəyyən təsəvvürə malikdir.

"Bəli, mədəniyyət sahəsində geniş əməkdaşlıq mövcuddur, musiqi festivalları, konsertlər və s. keçirilir. Amma iqtisadiyyat, siyasi vəziyyət, Dağlıq Qarabağ və işğal olunmuş bölgələrin ətrafındakı vəziyyət barədə rus auditoriyası məlumatsızdır. Səbəbini deyə bilmərəm, amma Azərbaycanda rusdilli medianın kifayət qədər geniş yayılmasını, rus dilində bir sıra maraqlı portalların olmasını nəzərə alsaq, bu təəccüb doğurur. Buna görə indi Rusiya tamaşaçısı baş verənlərin təfərrüatlarını anlamaqda çətinlik çəkir", Şafir bildirib.

O, etibarlı informasiyanın vaxtında ötürülməsinin çox vacib rol oynadığını qeyd etdi:

"Həm müharibə, həm də sülh dövründə informasiya, onun təqdimatı və tamaşaçı ilə iş böyük rol oynayır. Müasir dövrdə məlumatın yayılması vasitələri və texnologiyaları nəzərə alınmaqla onun təqdim edilməsinin tezliyi çox vacibdir. Dünyanın istənilən yerində hərbi qarşıdurma vəziyyətində bunu etmək çox çətindir. Buna baxmayaraq, istənilən jurnalistin, müəyyən bir münaqişəni işıqlandıran hər hansı bir medianın böyük rol oynadığını anlamaq son dərəcə önəmlidir".

Birliyin mətbuat katibi azərbaycanlı soydaşların xaricdə məlumat yaymaqda mümkün rolundan danışarkən bunları qeyd etdi:

“Jurnalistlərlə aktiv iş görülməsi, jurnalistlərin baş verənlər barədə tam təsəvvür əldə edə biləcəyi operativ qərargahın rahat işini təmin etmək, yerli əhali ilə, Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndələri ilə ünsiyyət münaqişə və ya hərbi əməliyyatların harada baş verməsindən asılı olmayaraq media ilə informasiya sahəsində qarşılıqlı əlaqənin vacib elementləridir. Hərbi jurnalistlər medianın elitası və ən peşəkar jurnalistlərdir. Onlarla işləməkdən imtina edilməsi çıxılmaz vəziyyət yaradır. Cəbhədə jurnalistlərin təhlükəsizliyinin maksimum dərəcədə təmin edilməsini xüsusi qeyd etməyə ehtiyac yoxdur - bu məlum məsələdir".

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı