İlqar Vəlizadə Qarabağ müharibəsi sonrası Azərbaycanın İranla əlaqələrində mənfi tendensiya yaşanmayacağını söyləyib

Analitika 17:24 20.10.2020

Azərbaycanın Qarabağda apardığı haqlı və uğurlu əməliyyatları bizə əsas verir ki, hətta indidən müharibənin nəticəsinə dair fikir yürüdə bilək. Demək olar ki, hər gün biz zəfər xəbərlərini və torpaqlarımızın azad edilməsi xəbərlərini eşidirik.

Hal-hazırda əsas müzakirə mövzularından biri də Azərbaycanın savaş sonrası hansı xarici siyasət yürüdəcəyidir. Beləki, Azərbaycan üçün önəmli ölkələrdən biri olan İran ilə əlaqələr də kifayət qədər maraq doğurur.

Eurasia Diary mövzunun müzakirəsi üçün politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

Politoloq ilk öncə cəmiyyətdə də müzakirə doğuran bu proseslərin Cənubi Azərbaycan əhalisinə təsirindən danışıb. Azərbaycanın qələbəsinin Cənubi Azərbaycanda hansısa bir təşkilatlanmaya səbəb ola biləcəyi iddiaları olsa da, politoloq bunların əsasssız olduğunu və indidən proqnoz verməyin çətin olduğunu bildirib.

“Hadisələr hələ də inkişaf etdiyinə görə, hansısa fərziyələr irəli sürmək çox çətindir. İran cəmiyyətində əhval ruhiyyəni öyrənirik və xüsusilə azərbaycanlı qisminin. Təbii ki, onların da ruhu qalxıb. Lakin bu, o demək deyil ki, orada təşkilatlanma olacaq və hərakat yaranacaq, bu hərakat daxili proseslərə təsir edəcək. Bu barədə danışmaq çox tezdir və ümumiyyətlə olmaz. İran cəmiyyətində özünəməxsus proseslər gedir. Orada oturuşmuş ab-hava var, bu yeniliklər əlbəttə təsir edə bilər, amma inanmıram ki bu cür hadisələrə gətirib çıxarsın. Bütün hallarda insanların münasibətlərinə və milli ruhuna müsbət təsir edəcək, vahid ideya ətrafında birləşməsinə təsir edəcək , amma bu amillər şərt deyil ki, burada hansısa proqnozlar verək. İran cəmiyyəti mürəkkəbdir və özünəməxsus xüsusiyyətləri var, ordakı azərbaycanlı cəmiyyətinin də”.

Azərbaycanın müharibə dövründə İsrail və Türkiyə ilə əlaqələri çox inkişaf edib və bundan sonra da müsbət istiqamətdə inkişaf edəcək. Politoloq bu münasibətlərin İranla əlaqələrinə təsirindn də bəhs edib.

“İran Azərbaycan münasibətlərinə dolayı təsiri olacaq. Hamımız tarixdən də bilirik ki, İran Azərbaycanın İsrail ilə münasibətlərindən narahatdır və bunu ifadə etməkdən də çəkinmir. Yenə də bunu bildirəcək. Biz bu müharibədən heç şübhəsiz qələbə ilə çıxacayıq və biz bərkimiş olacayıq. Bizlə İran tərəfi də müəyyən dərəcədə şərtlərlə danışmayacaq, onsuz da danışmırdı”.

İlqar Vəlizadə Azərbaycanın İsrail ilə münasibətlərinin də dərinliyinə diqqət yetirib.

“İsrail-Azərbaycan münasibətləri sadəcə silah-sürsat ticarəti ilə məhdudlaşmır, misal üçün Azərbaycan İsrailin enerji ehtiyatlarının böyük bir hissəsini ödəyir, təhlükəsizlik məsələlərində, texnoloji sahədə əməkdaşlığı var. Azərbaycan müstəqil dövlətdir. Hansı dövlətlərin ki, münasibətləri bizə səmərəli olacaq, biz də onlarla münasibətləri inkişaf etdirəcəyik. İsraildən heç bir zaman zərər görməmişik. Bundan başqa, İsrail cəmiyyətinin Azərbaycana çox xoş münasibəti var. Orada kifayət qədər yaşayan azərbaycanlılar var. Düzdür bəzi məsələlərdə fikir ayrılıqlarımız mövcuddur, Fələstin və Qüds məsələsində. Burda onlarda bizim mövqeymizi başa düşür biz də onların. Burada heç kim şərtlərlə danışmır, belə halda niyə biz onlarla münasibətlərimizi dəyişirməliyik əsas yoxdur”.

Ülvi Əhmədli

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı