Müharibədən sonrakı mərhələdə danışıqlar masasında hansı təkliflər təqdim oluna bilər? Politoloq şərhi

Analitika 17:10 22.10.2020

Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan "Feysbuk" vasitəsi ilə erməni xalqına müraciətində diplomatik həll yolunun olmadığını bildirib. O, xalqını silahlanmağa və döyüşməyə səsləyib.

Nəzərə alsaq ki, Ermənistan tərəfi hər gün ciddi itkilərlə üzləşir və Azərbaycan Ordusu hər gün kifayət qədər ərazini işğaldan azad edir, Paşinyanın bu bəyanatı ciddi maraq doğurur. Bundan əlavə, prosesin gələcək perspektivi və müharibənin yekun mərhələsində danışıqlarda masaya qoyulacaq təkliflər də gündəmin əsas müzakirə mövzularındandır.

Eurasia Diary politoloq Şahin Cəfərliyə mövzu ilə əlaqədar suallar ünvanlayıb.

İlk öncə Paşinyanın bəyənatının hansı məntiqə dayandığını izah edən politoloq burda Ermənistan baş nazirinin dünya dövlətlərinin diqqətini cəlb etməyə və onların daha da aktiv fəaliyyət göstərməsinə çalışdığını bildirib.

 “Bu o deməkdir ki, Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həllinə dair irəli sürdüyü şərtlər Ermənistan rəhbərliyi və eyni zamanda toplumu üçün həm qəbul olunması və həm də həzm olunması asan olmayan şərtlərdir. Buna görə məncə Paşinyan bu müharibəni daha qanlı davam edəcəyi görüntüsünü yaratmaqda məqsədi dünyanı cəlb etməkdir, ilk növbədə həmsədr ölkələrin diqqətini cəlb etməkdir ki, onlar məsələyə daha fəal müdaxilə etsinlər və Azərbaycanın əməliyyatlarını dayandırmağa nail olsunlar və atəşkəs rejimini bərpa etsinlər. Paşinyanın bəyənatını blöf kimi də qiymətləndirmək olar. Paşinyan belə bir təsəvvür yaratmaq istəyir ki, yəni müharibənin bundan sonrakı mərhələsi daha qanlı ola bilər və miqyası böyüyə bilər. Bir növ həmsədr ölkələrə mesajdır ki, artıq bu məsələyə daha aktiv müdaxilə edib, atəşkəsi təmin etməyin vaxtıdır.”

Bundan əlavə olaraq, Şahin Cəfərli Paşinyanın bununla həm də erməni xalqının ruh düşkünlüyünü aradan qaldırmağa çalışdığını da qeyd edib.

 “Bu bəyənat ermənilərdə yeni bir motivasiya yaratmaq üçündür. Ordu sıralarına qoşulmaqdan çəkinən erməni gənclərini orduya cəlb etmək və hərbi əməliyyatlar zonasına yeni qüvvələr gətirmək məqsədi daşıyır. Belə ki, erməni cəmiyyətində motivasiyanı və ruh düşkünlüyünü aradan qaldırmağa hesablanıb”.

Sabah ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtona dəvət olunub. Politoloq bu görüşlərdən hansısa ciddi bir nəticə gözləməyin real görünmədiyini bildirib.

“Ümumiyyətlə belə qısa müddətdə ciddi bir matrealın ortaya qoyulması real görünmür. Ciddi bir sənədin hazırlanması üçün müəyyən ön tədbirlər həyata keçirilməlidir. Tərəflər danışıq aparmalıdır və razılaşmalıdır və daha sonra sənəd imzalanmaq üçün təqdim olunmalıdır. Vaşinqton görüşündən ciddi gözləntim yoxdur. Böyük ehtimal ki, Moskva görüşündə olduğu kimi yenə tərəflər substantiv danışıqları davam etdirəcəklərini, bəlkə baza prinsiplərinə sadiqliklərini, atəşkəs rejiminin zəruri olduğunu bəyan edəcəklər. Belə ümumi sözlərdən ibarət bir bəyanat qəbul olunması ehtimalı var. Amma münaqişənin həllinə yönəlik hansısa ciddi bir razılaşma gözləməyə dəyməz. ABŞ-ın da bu görüşü təşkil etməkdəki məqsədi odur ki, ABŞ bu prosesi tamamilə Rusiyanın öhdəsinə buraxmaq istəmir. Özünün də bu problemin həllində hansısa rol oynadığını nümayiş etdirməyə çalışır. Eyni zamanda ABŞ-da seçki öncəsində cəmiyyət üçün Trampın daha bir münaqişənin həllində rol oynadığı görüntüsü yaratmaq istəyirlər. ABŞ-ın təsir vasitələri təbii ki var. Ancaq münaqişənin bu mərhələsində ABŞ-ın təzyiq dili ilə danışmasına inanmıram”.

Digər bir mövzu isə Azərbaycanın təklif edəcəyi və ümumiyyətlə müharibədən sonrakı mərhəldə danışıqlar prosesində masaya təqdim olunacaq şərtlərdir. Şahin Cəfərli Azərbaycanın öz maraqları çərçivəsində bir neçə təklif irəli sürəcəyini söyləyib.

“Azərbaycan prezidenti son müsahibələrinin birində ümumi şəkildə belə bir məsələyə toxunmuşdur. Beləki, Azərbaycan Dağlıq Qarabağ ilə Ermənistan arasında dəhliz verir və bunun müqabilində Ermənistan da Azərbaycan ilə Naxçıvan arasında dəhliz verəcək. Bundan əlavə, Azərbaycan bu dəhlizdən başqa Ermənistana Rusiya ilə də Azərbaycan ərazisindən keçən yoldan istifadəsinə şərait yaradacaq. Bildiyimiz kimi, hazırda Ermənistan Gürcüstan yolundan istifadə edir, bu da yuxarı Lars yoludur. Qış vaxtı isə qar yağır və həmin yol donur və əlaqə kəsilir. Ona görə də prezidentin sözlərindən məlum olur ki, əvvəlki danışıqlarda bu irəli sürülürdü. Yəni ermənilərə verilən dəhlizin müqabilində onlar da bizə dəhliz verəcəklər və biz də onlara öz ərazimizdən istifadə edərək Rusiyaya çıxış təklif edəcəyik. Münaqişənin həllinin yekun mərhələsində danışıqlar başlayanda Azərbaycan yəqin ki, bu məsələni bir daha qaldıracaq”.

Politoloq Azərbaycanın Dağlıq Qarabağa yüksək muxtariyyatın verilməsinin reallığa uyğun olmadığını da dilə gətirib.

“Dağlıq Qarabağın statusu və Ermənistan ərazilərinə azərbaycanlıların qayıdışının masaya qoyulması ciddi görünmür, amma Naxçıvana dəhliz danışıqlar masasına təqdim olunması böyük ehtimaldır. Bu da təbii ki, düzgün addımdır. Çünki Naxçıvanla dəhlizin yaradılması çox vacib məsələdir. Məncə Azərbaycan bunu qaldıracaq. Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin aparılıması mübahisəli məsələdir. Çünki indiyədək Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyat statusu verməyə hazır olduğunu bildirirdi. Yəni Azərbaycan Dağlıq Qarabağa Naxçıvanın statusuna bənzər şəkildə muxtar respublika statusu verməyə hazır idi. Amma bu uğurlu hərbi əmliyyatlardan və ərazilərin azad olunmasından sonra, siyasi və hərbi üstünlüyün tamamilə Azərbaycan tərəfinə keçdiyi halda, mən əmin deyiləm ki, Azərbaycan dövləti yüksək muxtariyyat statusu vermək niyyətində olsun, ola bilsin ki, SSRİ dövründə olduğu kimi nisbətən aşağı status muxtar vilayət təklif olunsun. Bir sözlə, mən Azərbaycanın yüksək muxtariyyat statusu verməyə hazır olduğuna tərəddüdlə yanaşıram”.

Ülvi Əhmədli

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı