"Cenevrə görüşü Azərbaycanın hərbi əməliyyatlarını yavaşlatmağa hesablanıb" Politoloq

Analitika 11:36 29.10.2020

Sabah Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcək.

Politoloq Qalib Məmmədov Cenevrə görüşünün əhəmiyyətini Eurasia Diary-ə şərh edib.

O, Cenevrə görüşünün mahiyyətinin 30 il ərzində baş tutmuş görüşlərin mahiyyəti ilə demək olar ki, eyni olduğunu deyib.

“Lakin indiki görüşün öncəki görüşlərdən fərqi ondadır ki, 30 ildir ki, qorunan status-kvo ləğv edildi və indi edilən təkliflər Azərbaycan üçün əvvəlkilərdən daha əlverişli olmalıdır. Unutmaq lazım deyil ki, həmin təkliflərin əsas məqsədi Azərbaycanın hərbi əməliyyatlarını yavaşlatmaq və onun irəliləməsinin qarşısını almaqdır. Əslində, görüşlər bir növ 3-cü dövlətlərin Ermənistanı qoruması məqsədini daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də, keçirilən görüşlərin effektivliyinin olmamasını öz son çıxışlarında bildirmiş, lakin onu da qeyd etmişdir ki, bu həmin görüşlərin əhəmiyyətsiz olması demək deyildir. Belə ki, Azərbaycan tərəfi hər bir zaman konstruktiv görüşlərin və məsələnin sülh yolu ilə həll edilməsinin tərəfdarı olmuş və heç bir zaman belə görüşlərdən yayınmamışdır.

Politoloq qeyd edib ki, buna baxmayaraq, Ermənistanın Baş Naziri Nikol Paşinyanın reallıqlarla barışmayaraq irəli sürdüyü xaotik mövqeyi danışıqların mahiyyətini əhəmiyyətsiz edir. Paşinyan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyənə və işğal olunmuş torpaqları tərk etmək ilə bağlı müvafiq cədvəl təmin etməyənə kimi, Azərbaycan tərəfininin hər hansı bir danışıqlara bel bağlayacağına inanmıram. Azərbaycan 30 il etdiyi kimi sabahkı görüşə razı olmaqla öz xoş məramını, sülh sevərliyini və konstruktiv mövqeyini nümayiş etdirir. Lakin, digər tərəflər bilməlidirlər ki, bu görüşə Azərbaycan tərəfinin ehtiyacı yoxdur. Belə ki, ATƏT-in həmsədrləri münaqişənin həlli yollarını formalaşdırarkən və öz təkliflərini irəli sürərkən bu halı nəzərə almalıdırlar”.

Politoloq, ATƏT-in Cenevrə danışıqlarının sadəcə olaraq formal xarakter daşıdığını vurğulayıb.

“Moskva və Vaşinqton, görüşlər keçirməklə regionda gedən proseslərə biganə olmadıqları mesajını verdilər. Təbii ki, formal olaraq, ATƏT də öz missiyasından irəli gələrək müəyyən tədbirlər görməlidir. ATƏT-in Minsk qrupu bu məsələdə öz nüfuzunu kifayət gədər itirmiş, onların vasitəçiliyi ilə 30 il ərzində heç bir məsələ öz həllini tapmamışdır. Hesab edirəm ki, Cenevrədə baş tutan danışıqlar sadəcə tərəfləri sülhə çağırış olacaqdır. Həmçinin ola bilər ki, Ermənistan tərəfinə baza prinsiplərinə qayıtmaq və danışıqlarda konstruktiv mövqe sərgiləmək təklif ediləcəkdir. Lakin Ermənistan Azərbaycanın haqlı tələblərini maksimalist yanaşma kimi görür. Həmçinin açıq bəyan edir ki, 1 sm belə torpağı geri vermək fikrində deyil. Danışıqlar öncəsi Ermənistanın Azərbaycanın Bərdə şəhərinin dinc sakinlərinə qarşı terror aktı törətməsi danışıqları necə produktiv edə bilər?”

O qeyd edib ki, danışıqlar, həmçinin Azərbaycanı yavaşlatmaq, Azərbaycan torpaqlarını işğal altında saxlamaq və eləcə də, yaranmış yeni status-kvonu qorumağa hesablanmışdır.

“Amma hazırda döyüşlərdə qalib tərəf kimi bu yeni status-kvonu qorumaq  Azərbaycanın marağında deyildir. Belə ki, Azərbaycan rəhbərliyi uğurlu hərbi-siyasi addımlar atmaqla döyüş meydanında gələcək potensial danışıqlar üçün öz mövqeyini hər gün daha da gücləndirir.

Ekspert danışıqların mümkün nəticələri barədə bunları qeyd edib:

“Burada söhbət bir dövlətin başqa dövlətin ərazi bütövlüyünü pozması və işğalından gedir. Torpaqları işğal edilən ölkə Azərbaycandır. Danışıqlarda ortaq nöqtəyə ancaq həmin torpaqlar geri qaytarıldıqdan sonra gəlinə bilər. Ermənistan rəhbərliyi tərəfindən 30 il ərzində kompromislə bağlı heç bir rəsmi bəyanat verilməmişdir. Hazırki vəziyyətdə Azərbaycanın Prezidenti cənab İlham Əliyev daha konstruktiv mövqedən çıxış edir və onun bəyənatlarından açıq görünür ki, Azərbaycanın beynəlxalq hüquq və normalara əsaslanan ərazi bütövlüyü qorunmaq şərti ilə ortaq nöqtə əldə etmək mümkündür. Bütün Ermənistan tərəfindən işğal edilmiş torpaqlar azad edilməli, bütün məcburi köçkünlər öz yurdlarına geri dönməli, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı Ermənistan rəhbərliyi rəsmi bəyənat verməli, heç bir torpaq iddialarının olmaması ilə bağlı öhdəlik götürməli, Azərbaycan dövləti Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etməli və buna zəmanət verməli,  həmçinin onlar Azərbaycan vətəndaşları kimi bütün hüquq və azadlıqlara malik olmalıdırlar. Hesab edirəm ki, yuxarıdakı şərtlər tərəflər üçün ədalətli ortaq nöqtədir. Təbii ki, işğalçı ölkə kimi Ermənistan daha çox öhdəliklərə malik olan ölkə olmalıdır”.  

Q. Məmmədov, həmçinin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc ərazilərinə raket hücumlarını şiddətlə qınayıb.

“Humanitar atəşkəsin üç dəfə pozulması, Ermənistanın Bərdə, Tərtər və Gəncə kimi sıx məskunlaşmış şəhər və rayonlara hücumları birmənalı olaraq terror aktlarıdır. Bu hərəkətlər Ermənistan dövlətini terror dövləti edir. Beynəlxalq ictimaiyyətdən heç bir tənqid almayan və daha da aqressivləşən Ermənistan hakimiyyəti Ermənistanı terror dövlətinə çevirmişdir. Lakin Ermənistanın terroru dövlət səviyyəsində dəstəkləməsi tarixən də, tendensiya halını almışdır. Belə ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə terror təşkilatı olan və Avropada və Amerikada yüzə yaxın terror aktı həyata keçirən ASALA terror təşkilatının liderlərindən biri olan Monte Manikonyanın dəfnində iştirak etməsi və ona milli qəhrəman adı verilməsi Ermənistanın terroru dəstəkləyən dövlət olmasının sübutudur. Fransa ASALA tərəfindən Parisin Orli hava limanında 1983-сü ildə həyata keçirilən və 8 xarici vətəndaşın həyatını itirməsi və 55 şəxsin yaralanması ilə nəticələnən terror aktını niyə belə tez unutdu? Ermənistan kimi kiçik bir dövlətin həmin dövr üçün dünyanın ən böyük terror təşkilatı var idi. Bu barədə məlumat internetdə kifayət qədər var”.

Onun sözlərinə görə, dünya siyasətində belə bir tendensiya var ki, sivil dövlətlər heç bir halda terror təşkilatları ilə danışıqlar masasına oturmaz.

“Hazırda  Ermənistan özünü bir dövlət kimi yox terror təşkilatı kimi aparır. Bu prizmadan baxsaq terrorçularla danışıqlara getmək düzgün deyil.

Amma məsələnin digər bir tərəfi də var ki, Azərbaycan tərəfi əksinə regionda sülhün və əminamanlığın tərəfdarıdır. Həm də Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən başlıca ölkələrdən biridir. Danışıqların ilk günündən Azərbaycan tərəfinə Ermənistan tərəfindən rəsmi bəyanat verilməlidir ki, danışıqlar Azərbaycanın ərazi bütövlüyü əsas prinsip kimi götürülməklə aparılacaq və Erməni qoşunlarının Dağlıq Qarabağ və işğal edilmiş ətraf rayonlardan çıxarılma qaydası və müddəti müzakirə olunacaq. Yəni aparılan danışıqların mahiyyəti Ermənistan qoşunlarının işğal edilmiş rayonlardan çıxarılmasıdırsa, təbii ki, belə danışıqların mənası vardır”.

O qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistan Azərbaycan ərazisini atəşə tutmaqla həmin təşkilatın digər üzvü Rusiyanı bu münaqişəyə cəlb etmək istəyir. Belə ki, təşkilat üzvləri onların ərazisinə edilən hər hansı bir hücumlara qarşı bir-birini qorumağı öhdəlik kimi üzərilərinə götürürlər. Məhz bu müddəalara əsaslanaraq, Ermənistan davamlı olaraq Azərbaycan tərəfini öz hücumları ilə provokasiya edir və Azərbaycanın Ermənistan ərazisini atəşə tutmasına nail olmağa çalışır. Lakin, hesab edirəm ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə hücum edildiyi zaman hücumun icra edildiyi hədəf Azərbaycan tərəfindən vurulması üçün legitim hədəfdir. Belə ki, Ermənistanın KTMT-nın üzvü olması o demək deyil ki, məsələn Ermənistan İran ərazisinə hücum etsə və onlar arasında müharibə başlasa, Rusiya Ermənistanı müdafiə üçün bu müharibəyə qoşulmalıdır. Yəni burada söhbət Ermənistanın təcavüzünün qarşısının alınması üçün aparılan əməliyyatlardan gedə bilməz”.

Q. Məmmədov bildirib ki, buna baxmayaraq, Azərbaycan tərəfi çox təmkinli və ehtiyatlı davranmaqla düzgün hərbi siyasət həyata keçirir.

“Kollektiv müqavilənin nə nəzərdə tutmasına baxmayaraq, Azərbaycanın erməni terroruna qarşı onun ərazisində hərbi obyektləri vurması halında, Rusiya öz marağına uyğun gəldiyi təqdirdə, müqavilənin müddəalarını təhrif etməklə, münaqişəyə qoşula bilər. Amma bu o demək deyil ki, Azərbaycan tərəfinin səbri tükənməzdir. Necə ki, səbir tükəndi və Azərbaycan öz torpaqlarını azad etməyə başladı, eləcə də, hər an düşmənin dinc əhaliyə qarşı terorunun qarşısını almaq üçün Ermənistan ərazisindəki hərbi obyektləri zərərsizləşdirə bilər. Bu zaman Rusiyanın müdaxilə etməsi ehtimalı da, o gədər də yüksək deyil. Belə ki, Paşinyan bilindiyi kimi SOROS-un bir layihəsidir və heç də, Rusiyanın maraqları çərçivəsində siyasət yeritmir. Ümumiyyətlə, Paşinyanın siyasəti populist və başa düşülməyəndir. Onun KTMT-ya müraciətindən sonra NATO-ya müraciət etməsi Rusiyanı qıcıqlandırmaya bilməz. Ümumiyyətlə münaqişənin uzanması və Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun hər gün əldə etdiyi uğurlar və hərbi obyektlərin və hədəflərin zərərsizləşdirməsi Pashinyanın siyasi kariyerasının sonunu daha da yaxınlaşdırır. Belə ki, Pashinyan hakimiyyətə gəldiyi dövrdən verdiyi sözlərə əməl etməyərək demokratiya və iqtisadiyyatın inkişafı baxımından heç bir uğura imza atmamış, əksinə onsuz da zəif və iqtisadi blokadada olan Ermənistanı daha dərin bir böhrana və tənəzzülə sürükləmişdir”, deyə ekspert fikrini tamamlayıb.

Gülnar Səlimova

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı