Putinin çıxışı həm Azərbaycan həm də Ermənistan tərəfinə hesablanıb Adıgözəl Məmmədov

Analitika 16:36 18.11.2020

Dünən Rusiya Prezidenti Vladimir Putin “Rosiyya-1” telekanalına müsahibəsi zamanı Qarabağ münaqişəsi ilə bağlı bir neçə məqama toxunub.

Eurasia Diary Putinin müsahibəsini müzakirə etmək üçün Slavyan-Türk xalqları hərakatının lideri, Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri, tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədovun fikirlərini alıb.

Politoloq hesab edir ki, Putinin bu müsahibəsində Ermənistana referanslarla hesablanmış bir çox nüans mövcuddur. O, ilk öncə münaqişənin tarixinə nəzər salıb.

“Bu müsahibədə Putin Rusiya milli maraqları baxımından erməniləri, eləcə də onların xarici ölkələrdəki diasporalarını sakitləşdirmək məqsədi daşıyır. Çünki birincisi, Putinin mətn yazarları Dağlıq Qarabağ probleminin nədənsə Sumqayıtdan başlandığını düşünərək ona uyğun şəkildə materialı hazırlayıb veriblər.

Gəlin problemin tarixinə nəzər salaq. 1923-cü ildə Orconikidze və Mikoyanın səs verməsi ilə belə Dağlıq Qarabağın Azərbaycanda qalması ilə bağlı məsələ öz həllini tapmışdı. Ondan sonra hətta 1945-ci ildə Mircəfər Bağırov o dövrdəki Ermənistan mərkəzi komitəsinin birinci katibi Arutyunyan Malinkova məktub  yazır və Malinkov da Mircəfər Bağırova yazır ki, Dağlıq Qarabağın Ermənistana verilməsi bu və ya digər formada onun iqtisadiyyatının inkişafına xeyir verərdi.

Bağırov isə ona yaxşı cavab verib, deyib ki, biz bir söz demirik. “Dağlıq Qarabağın ən qədim şəhərlərindən tarixi adı Pənahabad olan Şuşa şəhərindən yazır və buranın Azərbaycan torpağı olduğunu göstərir. Madam ki, siz deyirsiniz ki, Ermənistana birləşdirilməkdə əsas məqsəd DQ-ın inkişafına kömək etməkdir - hansı ki heç bir ehtiyacı yoxdur, onda Ermənistanın tərkibində yerləşən, Azərbaycanlıların kompakt şəkildə yaşadığı Əzizbəyov (Qarabağlar) rayonu, Mehri, Sisian rayonlarının, həmçinin Gücüstanda da Azərbaycanlılar yerləşən ərazilərin, Dağıstandakı Dərbənd şəhərinin də Azərbaycana verilməsini təklif edirəm.

Rusiya siyasi rəhbərliyi məlumatlı deyil mi ki, niyə  məlumatı onlar ona tam hazırlayıb verməyiblər ki, son Dağlıq Qarabağ hadisələrinin əsasında Sumqayıt hadisələri durmur, əsas səbəb Azərbaycanlıların Qarabağdan deyil, 1988-ci ildə Ermənistandan, tarixi İrəvan xanlığı ərazisindən qovulmasından sonra başladı. Sumqayıt hadisələrinin burada heç bir təsiri yoxdur. Hətta bu hadisələri Ermənilərin özlərinin törətməsi Sovet məhkəməsi tərəfindən təsdiqlənib”.

O, hesab edir ki, Putinin bu çıxışının məqsədinin erməni tərəfə referanslar etməklə onları sakitləşdirmək olduğu açıq aydın görünür.

“Ermənistanda hökm sürən xaotizm elə bir siyasi qüvvəni hakimiyyətə gətirə bilər ki, o bu danışıqları tanımaya da bilər. Lakin elə bir siyasi zümrə də ola bilər ki, Türkiyəylə əlaqələri möhkəmləndirsin və Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyar, rus sülhməramlılarına ehtiyac olmadığını, türklərlə və azərbaycanlılarla danışıqlara gediləcəyini deyər. İki xalqın sülh içərisində yaşayacağını deyərək Rusiyanı masadan qaldırar.

Bu coğrafiyada onsuz da, Rusiya yoxdur, Ermənistanın qonşuları Türkiyə, Gürcüstan, İran və Azərbaycandır. Ermənilər ətraf xalqlarla sülh içərisində yaşamağa məcbur olduqlarını başa düşə bilərlər. Və əgər, sülhün tərəfdarı olan, qondarma erməni soyqırımını fakt olaraq irəli sürməyən keçmiş rəhbər Levon Ter-Petrosyan kimi bir rəhbər yenidən Ermənistanda hakimiyyətə gəlsə, bu şübhəsiz ki, Rusiyanın maraqlarına xidmət etməyəcək. Bu səbəbdən də, indiki məqamda Rusiyanın Ermənistanı Dağlıq Qarabağ klanının əli ilə idarə etdiyini nəzərə alsaq, hansı ki məğlubiyyətdən sonra demək olar resursları tükənib. Yenidən bu klan siyasi hakimiyyətə gəlsə belə, erməni cəmiyyətində dəstək əhəmiyyətli dərəcədə azalıb. Heç olmazsa Paşinyan və Putinin komandası arasında yaxşı əlaqələr mövcuddur və kapitulyasiya sənədinə belə qol çəkdirib. Putinin sözü Paşinyan üçün keçərlidir. Strateji nöqteyi nəzərdən görünən odur ki, Paşinyan və Putin əlaqələri idarə olunan olduğu üçün, Paşinyanın hakimiyyətdə qalması Putinin maraqlarına uyğun gəlir. Buna görə də Rusiya siyasi rəhbəti burada özünü sığortalamaq üçün iki başlı söz deyir, Rus sülhməramlı qüvvələrinə hücum olarsa, Abxaziya-Cənubi Osetiya münaqişəsi göz qabağındadır”.

Adıgözəl Məmmədov Putinin çıxışında Abxaziya, Cənubi Osetiya və Krımın adının hallandırmasını hər iki tərəfə təhdid kimi izah edib.

“Çünki, Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələ bilər və deyə bilər ki, biz bu müqaviləni tanımırıq. Çünki bu revanşist qüvvələrin hakimiyyətə gəlməsi istər-istəməz regionda yenidən gərginliyin artması deməkdir, gərginliyin artması da hərbi müstəviyə keçəndə sülhməramlılarla aranı qarışdırma məsləsidir. Yaxud da yuxarıda da qeyd etdiyim kimi, Türkiyə və azərbaycanlılarla münasibətlərin yaxşılaşdırılmasını təkklif eləyən Levon Ter-Petrosyanın fikir daşıyıcılarının hakimiyyətə gəlməsi də mümkündür. Bunun nəticəsində bu zümrələr Türkiyə və Azərbaycan ilə münasibətləri yaxşılaşdırmaq, kommunikasiya xətlərinə qoşulmaq və Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı sayılması kimi təklif verə bilər hansı ki, bu da Rusiya üçün əlverişi deyil, bu Rusiyanın bölgədən çıxması deməkdir.

Biz qalib tərəfik, torpaqlarımızın böyük bir hissəsini azad etmişik. Rus sülhməramlılarının yerləşdiyi ərazilər də Azərbaycan ərazisi hesab edilir. Bu beynəlxalq səviyyədə, eləcə də Putin tərəfindən təsdiq edilib”.

Vladimir Putin çıxışında Dağlıq Qarabağın statusunun bəlli olmadığını söyləyib. Politoloq Putinin bu fikrində gizlənən məqamları dilə gətirib.

“Putin burada incə mesajlar verirdi və bu mesajlar ondan ibarət idi ki, biz Azərbaycanla da münasibətlərimizi gərginləşdirmək istəmirik, Azərbaycanla da strateji müttəfiqliyimizi qoruyub saxlamaq istəyirik. Ermənistanla da münasibətləri pozmaq istəmirik. Demək istədiyi isə məsələnin elə belə də qalacağıdır. Rusiya iki tərəfli oynayır. Ermənistan tərəfinə bu ərazinin Azərbaycana aid olduğunu bildirir, Azərbaycan tərəfinə isə bu məsələnin daha başqa həlli olmadığını və zamana buraxmaq lazım gəldiyini deyir.

Adıgözəl Məmmədov Putinin yeni status-kvonun yaranması ilə bağlı fikrinə izah verərkən ölkə rəhbərinin cavabını yada salıb.

“Bu mövzuda cənab prezident öz sözünü deyib. Status-kvo məsələsi artıq tarixin arxivinə gedib. İndiki şəraitdə regionda ən güclü dövlət faktiki olaraq Rusiyadır. Əlbəttə ki, Türkiyə Azərbaycanın müttəfiqi kimi regionda mövcuddur. Hər iki tərəfdən stabilliyin təminatçısı kimi indiki dövrdə Rusiya çıxış edir. Dünənki Rusiya siyasi liderinin çıxışı Minsk Qrupunun əsas müzakirə predmentini gündəmə gətirdi. Yəni, Azərbaycanın əldə etdiyi 7 rayon və Dağlıq Qarabağın Şuşa və müəyyən ərazisi artıq faktiki olaraq Azərbaycanın tam idarəsində olan torpaqlardır. İkincisi isə müzakirə predmeti tam nəzarət olmayan sülhməramlıarın yerləşdirildiyi ərazilər ola bilər, bu ərazilər də Azərbaycaın ərazi bütövlüyü çərçivəsindədir”.

Adıgözəl Məmmədov Vladimir Putinin fikirlərini ümumi şəkildə Rusiyanın etibarını bərpa etməsinə cəhdi kimi dəyərəndirib.

“Rusiyanı  narahat edən daha çox bu coğrafiyada, Şimali Qafqaz respublikalarının və daxilindəki türk dilli coğrafiyanın, hətta onun Orta Asiyadakı təsir mexanizmlərinin etibarının itirilməsi narahatlığıdır. Bu domino effekti verə bilər deyə o narahatdır. Ona görə də o, var qüvvəsi ilə, hərbi potensialı ilə, diplomatik çıxışları ilə, şəxsi münasibətləri ilə regionda qalmağa çalışır. Lakin bunun üçün də iqtisadi potensial lazımdır. Rusiyanın iqtisadiyatının nə qədər dözəcəyini isə zaman göstərəcək.

Rusiya etibarını bərpa etmək və saxlamaq istəyir, bu çıxışı da buna hesablanıb. Rusiya ətraf ölkələrdəki eləcə də daxilindəki narazılıqlardan xəbərdardır, buradakı geopolitik gücünü  qoruyub saxlamağa çalışır, çünki coğrafiyadakı dövlətlər yeni müttəfiqlər axtarışına keçə bilər. İndiki məqamda politoloqlara məsləhət görərdim ki, fikirlərini diplomatik tərzdə ifadə etsinlər. Rusiyaya qarşı duyğularla yazılmış fikirləri yaymaq düzgün deyil”.

Ülvi Əhmədli, Əminə Balakişiyeva

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı