Qarabağın hər bir erməni sakininin Azərbaycana yazılı şəkildə sədaqət andı içməsi lazım gələcək ekspert

Analitika 11:59 24.11.2020

Qarabağda müharibənin bitməsinə baxmayaraq, münaqişə hələ ki, tam olaraq həllini tapmayıb.

Politoloq və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun fəxri doktoru Oleq Kuznetsov Eurasia Diary-yə müsahibəsində bu barədə fikirlərini söyləyib.

Politoloq münaqişənin tam həllini Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə bərpa edilməsində gördüyünü deyib. Bundan sonra isə bölgədəki erməni əhalisinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün tədbirlər görülməli olduğunu bildirib.

“Təbii ki, ermənilərin etnik qrup kimi heç bir xüsusi hüququ olmamalıdır. Bundan əlavə, hesab edirəm ki, keçmiş "Artsax" sakinlərinin hər birinin Azərbaycan vətəndaşlığına qəbulu fərdi qaydada həyata keçirilməlidir. Belə ki, onların hər birinin Azərbaycana qarşı hərbi və digər cinayətlərin törədilməsində iştirakı yoxlanılmalı və yalnız bundan sonra vətəndaş hüquqları tam şəkildə təmin edilməlidir. Ola bilər ki, Qarabağdakı hər bir erməni sakini Azərbaycana yazılı şəkildə sədaqət andı içsin və buna qədər isə onlara dövlət büdcəsindən təqaüd, sosial müavinət, maaş verilməsin. Onlar Azərbaycan daxilindəki hüquqi sosiallaşmada vətəndaşlığı olmayan şəxsdən vətəndaşa çevrilən yolu keçməlidirlər, əks təqdirdə başlarından erməni təbliğatının sərsəmliklərini çıxartmaq çətin olacaq. Azərbaycanın isə yeni vətəndaşları arasında Kəlbəcəri yandıran piromanyaklara dəqiq ehtiyacı yoxdur”, politoloq bildirib.

Politoloq gələcəkdə iki xalqın Qarabağ ərazisində birgə yaşamasının mümkün olduğunu düşünür, lakin bunun üçün könüllü olaraq “fərdi denazifikasiya kursu” keçməyin lazım olduğunu qeyd edir.

“Bu halda iş fərdi və məqsədyönlü şəkildə aparılmalıdır. Ölkə rəhbərliyi hər bir yeni vətəndaşını yalnız ideoloji cəhətdən yenidən tərbiyə etməməli, həm də onun yeni çoxmillətli sosial mühitdə yer tapmasına diqqət ayırmalıdır. Düşünürəm ki, bu fəaliyyətdə əsas işi hüquq-mühafizə orqanları deyil, ombudsman aparatı və ya insan hüquqları üzrə müvəkkil yerinə yetirməlidir və onların səlahiyyətlərinə Azərbaycanın erməni əhalisinin ictimai-siyasi uyğunlaşması üzərində işləmək daxil edilməlidir”, Oleq Kuznetsov əlavə etdi.

Kuznetsov tarixçilərin bu mərhələdə münaqişənin həllinə kömək edə biləcəyinə əmin deyil.

“Bəlkə də 15 və ya 20 ildən sonra onlara ehtiyac olacaq. Ancaq hələ ki, hərbi polis və xüsusi xidmət orqanlarının fəaliyyəti daha aktualdır: Ermənistan əhalisi ciddi inzibati nəzarət altında saxlanılmalı, İrəvan və diaspora ilə təmaslara nəzarət edilməli, erməni millətçilərinin Azərbaycandakı erməni əhalisinə ideoloji təsir göstərmək cəhdlərinin qarşısı alınmalıdır”, Oleq Kuznetsov qeyd edib.

Vladimir Putin son çıxışında Qarabağın Azərbaycanın hüquqi ərazisi olduğunu desə də, Dağlıq Qarabağın statusunun bəlli olmadığı ifadəsini işlətdi. Oleq Kuznetsovun fikrincə, Prezident Putin bu açıqlamasında Dağlıq Qarabağ münaqişəsi tarixində son nöqtəni qoymaq üçün Azərbaycanın ölkə daxilində bu bölgənin statusu ilə bağlı bəzi hüquqi qərarlar qəbul etməsi lazım olduğunu nəzərdə tutub.

“Çox güman ki, Azərbaycan qanunları və qanunvericilik sistemi haqqında təsəvvürümə əsasən, Qarabağın Azərbaycan daxilində statusu, bütün mürəkkəb prosedura uyğun olaraq konstitusiya qanununun qəbul edilməsi şəklində müəyyən ediləcək. Mənə elə gəlir ki, bu qanunla ölkənin ümumi yurisdiksiyası, onun tərkibinə sonradan daxil edilmiş əraziləri əhatə etməlidir. Bu proses bir neçə il çəkəcək. Bu mənada, prezident Putin təmamilə haqlıdır: indi Qarabağın de-fakto statusu - Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidir və o hələ de-yure Azərbaycanın tərkib hissəsi olmalıdır. Putin Qarabağın statusunun hələ müəyyənləşdirilmədiyini söyləyərkən məhz bunu nəzərdə tuturdu. Ancaq bu məsələ Azərbaycanın tamamilə daxili işidir, bunu müstəqil şəkildə, heç bir xarici təsir və təzyiq olmadan həll etməlidir və həll edəcək”, deyə politoloq fikrini tamamlayıb.

Müsahibəni aldı və tərcümə etdi: Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" yarımfinala yüksəldi
10:06 05.07.2025
Hamısı