İşğal olunmuş ərazilərin azad edilməsi nəticəsində Zaqafqaziyada yeni reallıq yaranıb ekspert

Analitika 13:16 16.12.2020

İran Xarici İşlər naziri Cavad Zərif, Türkiyə Prezidenti Ərdoğanın Bakıdakı qələbə paradı zamanı Laçınla bağlı səsləndirdiyi şeirə narazılığını bildirdi. Zərif, Araz çayının şimalındakı torpaqların "ana vətən İran"-dan zorla ayrıldığını söylədi. Ancaq məlumdur ki, Azərbaycan 1828-ci ildə Türkmənçay sülh müqaviləsinə əsasən, Rusiya ilə İran arasında bölünmüşdür.

Rusiyalı politoloq, tarix elmləri doktoru İqor Pankratenko Eurasia Diary-yə verdiyi müsahibədə məsələyə münasibət bildirib.

"İran diplomatiyasının rəhbəri Cavad Zərif Twitter-də, “O (Ərdoğan), Azərbaycan Respublikasının suverenliyinə zərər verdiyinin fərqində deyilmi?" "Heç kəs bizim sevgili Azərbaycan haqqında danışa bilməz." sözlərini yazıb.

İranın dövlət xəbər agentliyi ISNA isə ümumiyyətlə Ərdoğanın oxuduğu şeirin "pantürkizmin separatçı simvollarından biri" olduğunu bildirdi.

Yəni Ərdoğanın şerdən sitat gətirməsi İranda, İslam Respublikasının ərazi bütövlüyünə cəhd kimi qəbul edildi. Fikrimcə, tam adekvat reaksiya deyil. Ancaq xoşbəxtlikdən bu insident həll edildi", Pankratenko dedi.

Şərqşünas bildirdi ki, iqtisadi cəhətdən ən uğurlu ərazilərdən biri olan Cənubi Azərbaycan vilayətlərindəki daxili millətçilik problemləri Tehranı çoxdan narahat  edir.

"Həm də unutmamalıyıq ki, Tehran Azadlıq savaşının şokundan hələ də özünə gəlməyib. Tehranın özünü Zaqafqaziyada sülh prosesinin tərəfdarı hesab etməsinə hər cür əsas verən İran diplomatiyasının son qüruru olan Dağlıq Qarabağla bağlı həll yolu onun üçün elə də uğurlu alınmadı. Nəticə etibarilə, Tehran həll prosesindən kənarda qaldı, ən vacib qərarlar onsuz verildi və bu, İran siyasi zehniyyəti üçün çox ağrılıdır.

Bu qarşıdurmanın bir neçə on il ərzində “dondurulmuş” qalması Tehran üçün sərfəli idi. Həm siyasi cəhətdən - iki qonşu ölkəni idarə edə bilərdi, maliyyə baxımından - qaz satışı və İran ərazisindən malların tranzitindən əldə olunan böyük gəlirlər. Unutmayaq ki, Türkiyədən çıxaraq Türkmənistanla sərhədə çatan yük maşını İrana bu 1800 kilometrlik marşrut üçün təxminən 700-800 dollar ödəmə edir. Bu yük trafikinin həcmini xatırlasaq gəliri heç də az deyil", - deyə Pankratenko əlavə etdi.

Şərqşünas hesab edir ki, işğal olunmuş ərazilərin azad edilməsi nəticəsində Zaqafqaziyada yeni reallıq yaranıb.

"Və burada itkiləri müzakirə etmək deyil, vəziyyəti birgə əməkdaşlıq üçün yeni bir "fürsət pəncərəsi" kimi görmək daha faydalıdır. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin "altılıq platforması"nın strateji təşəbbüsünü irəli sürdükləri zaman bunu düşünmüşdülər.

Regional əməkdaşlıqda hər kəs üçün kifayət qədər mənfəət olacaq, bu barədə indi düşünməli, məsələyə daha geniş nəzər yetirməli və keçmiş incikliklərdə dayanmamalıyıq".

Bununla yanaşı, şərqşünas İranı hələ də Zaqafqaziyada mühüm bir oyunçu hesab edir.

"Zaqafqaziyada Türkiyə və Rusiya rəqabəti stimullaşdıran amillərdir, onlar olmadan durğunluq olar. Dünyanın istənilən bölgəsində yalnız bir ölkənin monopoliyasının mövcudluğu dövrü artıq geridə qalıb. Buna görə rəqabət etməyi öyrənmək lazımdır. Bunun üçün İranın hər şeyi var, bunu nəzərə almamaq olmaz", - İqor Pankratenko qeyd etdi.

Müsahibəni aldı və tərcümə etdi: Gülnar Səlimova

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Hamısı