Ermənistanda vəziyyət Seçkidən qorxan müxalifət, yalançı hökumət

Analitika 14:52 22.02.2021

Ermənistanda ictimai-siyasi gərginlik, qeyri-müəyyənlik davam edir. Noyabrın 10-dan sonra formalaşan müxalifətin irəli sürdüyü tələblər, çıxışlarında tənqid edilən mövzular dəyişməyib. Fevralın 20-də keçirilən mitinq onların tərkibinin dəyişmədiyini bir daha təsdiqlədi. Onlar tərəfdarlarını həmin tələblərlə fevralın 22-də yenidən toplaşmağa çağırıblar.

Bəs müxalifət nəyi tələb edir? Bu iddialılar kimlərdən ibarətdir? 44 günlük döyüşlərdən sonra Ermənistanda müxalif düşərgənin təbliğ etdiyi əsas fikir budur: baş nazir Nikol Paşinyanın xəyanəti nəticəsində torpaqlar Azərbaycana təhvil verildi. Ona görə də Paşinyan və komandası istefa verməlidir. Müxalifət isə sabiqlərdən ibarətdir - Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyan, keçmiş baş nazir Vazgen Manukyan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan, keçmiş müdafiə nazirləri, hökumət aparatının keçmiş rəhbəri və başqaları.

Müxalifətin iddiaları məntiqsiz və gülüncdür. İkinci Dünya müharibəsi zamanı fransızlar faşistləri torpaqlarından qovub, Fransanın ərazi bütövlüyü təmin olunub. Bundan sonra təsəvvür edin ki, almanlar “o, ərazilər Almaniyaya məxsus idi, Hitler xəyanət edib” deyə gülünc iddialar irəli sürürlər. Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi, ermənilər həmin ərazilərdən çıxmalı idi. Azərbaycan işğalçını torpağından çıxararaq ərazi bütövlüyünü təmin etməyə başlayıb. Bu halda Ermənistan müxalifəti və hakimiyyətinin birgə bu reallıqla razılaşması daha məntiqi olardı.

Müxalifətin tərkibinə nəzər saldıqda Ermənistanda yeniliyin baş vermədiyi də nəzərə çarpır. Adları sadalanan və deyilməyən müxalifət liderlərinin istisnasız olaraq hər biri barədə cinayət işi başlanılıb. Onda belə qənaətə gəlmək olar ki, Ermənistanda müxalifət potensial məhbuslardan, cinayətkarlardan ibarətdir. Baş verənlərə əsasən ehtimal etmək olar ki, onlar noyabrın 10-dan sonra yaranmış vəziyyətdən hökumətə qarşı istifadə etməklə cinayətlərini (cinayət işlərini) ört-basdır etməyə çalışırlar. İddialılardan sayılan və rəy sorğularında daha çox üstünlük verilən, Ermənistan ictimaiyyətinə “əvəzsiz lider” kimi sırınan Robert Koçaryandır. Bu “siyasətçinin” əli iki dəfə Ermənistan xalqının qanına batıb. Korrupsiya və rüşvətxorluqda, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. O, beynəlxalq miqyaslı canidir. Xocalıda günahsız dinc sakinlərin soyqırımını təşkil edənlərdən olub. Serj Sarqsyanın da adı qanun pozuntularında, “solyarka alveri” ilə bağlı cinayət işində, mart aksiyalarının zor tətbiqi ilə yatırılmasında, habelə aprel döyüşlərində məğlubiyyətdə, müxtəlif cinayətlərdə hallanır. O da beynəlxalq miqyaslı caniddir. Sarqsyan Xocalıda soyqırıma başçılıq edənlərdən olub. Manukyan da Xocalı qatillərindən və milli ədavəti qızışdıranlardan, erməniləri dünyada qaniçən kimi təqim edənlərdəndir. Vanesyan da bu dəstəyə aiddir. Düzdür, yaşı az olduğu üçün onun əli Koçaryan, Sarqsyan və Manukyan qədər qana batmayıb. Ancaq Ermənistanın maraqlarını başqa dövlətə satmaqda ittiham olunur. Ona qarşı bu iddia irəli sürülüb.

Robert Koçaryan
Robert Koçaryan

Hökumət partiyası müxalifəti dialoqa çağırır. Növbədənkənar seçkilərin keçiriləcəyini də istisna etmir. Müxalifət meydanlarda hökumətin istefasına nail olub sonra seçkilər keçirməklə hakimiyyəti ələ almaq niyyətindədir. Paşinyan və tərəfdarları isə iddia edir ki, hökumət seçkilər yolu ilə formalaşıb. Xalqın iradəsi ilə hakimiyyətdən gedəcəklərini bildirirlər. Bu o deməkdir ki, mitinqlərdə irəli sürülən istefa tələbi ilə deyil, seçkilər yolu ilə hakimiyyətdən gedəcək, yaxud hakimiyyətdə qalacaqlar. Yəni seçkilər keçiriləcək, seçicilər onlara səs verməzsə, hökuməti qura bilməyəcəklər və hakimiyyətdən gedəcəklər. Müxalifət də bu şərtə razılaşmır.

Müxalifətin israrlı istefa tələbi həm də hökumətlə yuxarıda qeyd etdiyimiz cinayət işləri ilə bağlı bazarlıq predmeti ola bilər. Yəni Paşinyan hökuməti Koçaryan, Sarqsyan və müxalifətdə olan başqalarına qarşı cinayət işlərinin istintaqını dayandırır, onlar da müxalifətçilikdən əl çəkirlər. Ancaq hələlik Paşinyan hökumətinin hüquq-mühafizə orqanları istintaqı davam etdirir. Hökumətlə anlaşa bilməyən müxalifət liderləri və onların təbliğat maşını koçaryanların, sarqsyanların və başqalarının tutulmalarının “Azərbaycanın xeyrinə olduğunu” bildirirlər. Bəli, onlar Azərbaycan vətəndaşlarına qarşı cinayət işlədiblər. Azərbaycan tərəfi onların beynəlxalq məhkəmədə mühakimə olunmasını istəyir. Ancaq bu müxalifətçilərin əlləri ermənilərin də qanına batıb. Azərbaycan məsələsini qabartmaqla onların ermənilərə qarşı etdiklərini unutdurmağa çalışırlar.

Yeri gəlmişkən, ictimai rəydə də hökumətin vəziyyəti ürəkaçan görünmür. “GALLUP International Association”ın Ermənistanda keçirdiyi rəy sorğusunun nəticəsinə görə, respondentlərin 43,6 faizi hesab edir ki, baş nazir Nikol Paşinyan istefa verməlidir. Noyabrın 13-də keçirilən sorğuda isə bu rəqəm 35,2 faizi olub. Noyabrın 25-dən dekabrın 2-dək keçirilən sorğuda rəyi soruşulanların 45,3 faizi hesab edirdi ki, o, istefa verməlidir. Rəyi soruşulanların 38,8 faizi isə hesab edir ki, Nikol Paşinyan baş nazir vəzifəsində qalmalıdır. Bu göstərici noyabrın 13-də keçirilən sorğunun nəticələrindən 9,3 faiz az, noyabrın 25-dən dekabrın 2-dək keçirilən rəy sorğusunun nəticəsindən 1 faiz çoxdur. Rəyi soruşulan vətəndaşların 17,6 faizi sualı cavablandırmaqda çətinlik çəkdiklərini bildiriblər. Deməli, Nikol Paşinyan bu insanları özünə tərəf çəkə bilsə, o zaman onun partiyası Ermənistana yenidən rəhbərlik edəcək. Bu sorğuda müxalifətin reytinqi müəyyənləşməyib.

Ermənistanda rəyi sorşulan vətəndaşların 89,1 faizi fevralın 20-də Yerevanda Azadlıq meydanında keçirilmiş mitinqdə iştirak etməyəcəklərini bildirmişdi. Qeyd edək ki, 17 müxalifət partiyasının yaratdığı “Vətənin müdafiəsi uğrunda hərəkat” fevralın 22-də Nikol Paşinyanın istefası tələbilə mitinq keçirməyi planlaşdırır. Ermənistan hökuməti də əhaliyə yalan vədlər verməkdən çəkinmir. Hökumət və onun “Mənim addımım” parlament fraksiyası iddia edir ki, iyun ayınadək Ermənistanda vəziyyəti normallaşdıracaqlar. Həmin vaxtdan sonra növbədənkənar seçkilər keçirəcəklər.

Beləliklə, 44 günlük müharibədən sonra Ermənistanda seçkilərin keçirilməsi daha məntiqlidir. Mövcud hökumətin reytinqi həmin siyasi kampaniya ilə müəyyənləşə bilər. Bu həm də Ermənistandakı hakimiyyətin sponsorları üçün də lazımdır. Ona görə də müxalifət sayılan koçaryanların patronları bir yandan Paşinyana təzyiqlər edir, hökuməti istefaya yollamaqla öz adamlarını hakimiyyətə gətirməyə çalışırlar, o biri yandan mövcud hökumətlə regional əməkdaşlığı inkişaf etdirməyə çalışırlar. Başqa bir tərəfdən isə Nikol Paşinyan qərbmeyilli kimi təqdim edilməklə Rusiya qıcıqlandırılır. Ona görə də seçkilər keçirilməyənədək ölkədə vəziyyət çətin durula. Bu baxımdan Ermənistanda vəziyyət hələ ki “dovşana qaç, tazıya tut” mərhələsindədir.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı