Paşinyana qarşı etirazlar Məğlub baş nazir niyə müxalifətdən güclüdür?

Analitika 20:36 23.02.2021

Ermənistan müxalifəti İkinci Qarabağ müharibəsində məğlubiyyəti fürsət bilərək hazırkı hakimiyyətə qarşı mübarizəyə başlayıb. Müharibəni uduzmaqda ittiham edilən Baş nazir Nikol Paşinyan müxalifətin əsas hədəfinə çevrilib. Maraqlıdır ki, əslində məğlubiyyətin həqiqi memarları olan Serj Sarkisyan və Robert Koçaryan kimi keçmiş siyasi liderlər mübarizənin əsas iştirakçıları sırasındadır.

Müxalifət düşərgəsi öz aralarında görüşlər keçərək mübarizə üsullarını müzakirə ediblər. Onlar aktiv fəaliyyəti əsas tutaraq etiraz aksiyaları və digər formalarda hakimiyyətə təzyiq etməyə qərar veriblər. Amma həm 20 fevral, həm də 22 fevral, həm də bugünkü etiraz aksiyaları əvvəlkilər kimi effektsiz alınıb. Ümumilikdə bu aksiyalarda minlərlə insan iştirak etsə də, bu rəqəm Paşinyanı devirmək üçün kifayət etmir.

Aparılan sorğulara görə, Paşinyan hələ də digər siyasi liderlərlə müqayisədə daha çox bəyənilir. Məğlub olmasına baxmayaraq mövcud hakimiyyətin müxalifətdən daha çox dəstək alması Ermənistan siyasi səhnəsində ən maraq doğuran məqamdır.

Eurasia Diary Nikol Paşinyana qarşı başlanmış kampaniya və etirazların təsirlərini təhlil etmək üçün Slavyan-Türk xalqları hərəkatının lideri, psixoloji portretologiya və siyasi analizlər mərkəzinin rəhbəri, tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədovun fikirlərini öyrənib.

Politoloq məsələyə erməni cəmiyyətinin mental xüsusiyyətlərinə toxunaraq başlayıb. O hesab edir ki, ermənilər hər zaman fərqli liderlərin arxasınca gedirlər.

“Paşinyanı nə qədər bəyənsək və ya bəyənməsək də, əvvəlki erməni liderlərindən fərqli xüsusiyyətlərə malikdir. O, xalqı ilə onun dilində danışa bilir. Qarabağ erməniləri ilə Yerevan erməniləri arasında mental cəhətdən ciddi fərq var. Belə ki, Ermənistandakı yerli ermənilərə Paşinyan daha yaxındır. Buna görə də onlar Paşinyanı özününkü sayırlar. Qarabağ coğrafiyasından çıxan erməni liderləri isə özlərinə yaxın saymırlar. Bundan başqa, onların rəhbərliyi dövründə tayfabazlıq və korrupsiya daha çox yayılmışdı. Bunlar isə erməni düşüncəsində çöküntü yaradıb.  İstənilən vəziyyətdə, erməni xalqı artıq həmin qrupdan olan siyasi liderləri hakimiyyətdə görmək istəmir. Ermənistan erməniləri övladlarının Qarabağ klanının maraqları uğrunda orada həlak olmasına etirazları da ciddi rezonans doğurub. Bu tendensiya da erməni cəmiyyətində parçalanmanın mövcud olduğunu göstərir. Erməni cəmiyyətinin böyük bir hissəsini Ermənistanda yaşayanlar təşkil edir. Onlarda böyük bir qorxu var ki, Paşinyandan sonra Qarabağ klanı gələ bilər. Onlar isə Qarabağ klanının zülmünü çox görüblər”, deyə politoloq bildirib.

Dünən sosial şəbəkələrdə Paşinyanın hücuma məruz qalması və yaralanması ilə bağlı xəbərlər dolaşıb. Bu məqamda hakimiyyəti daha hansı üsullarla devirməyin mümkün olduğu sualı yaranır. Adıgözəl Məmmədov Paşinyana qarşı ola biləcək sui-qəsdi ciddi qəbul etmir. Çünki ondan sonra gələcək siyasi qüvvənin təsiri altında hakimiyyətin nə qədər bərqərar olacağı sual altındadır.

“Hətta Ermənistana qarşı maraqlı olan dövlətlər də bu faktoru nəzərdən qaçırmırlar. Onun üçün də, Ermənistanda elə bir qüvvə hakimiyyətə gəlməlidir ki, onlar erməni cəmiyyətinin dəstəyini qazana bilsin. Mən inanmıram ki, Paşinyanın fiziki cəhətdən aradan götürülməsi müəyyən mərkəzlər üçün aktual olsun. Paşinyanı idarə etmək üçün çox ciddi xüsusi elementlər var. Burada Anna Akopyan faktoru var. Bilirsiniz ki, Paşinyan universitetdən qovulanda qəfildən Akopyan onun yanında peyda oldu. Çox ciddi informasiya var ki, Paşinyanın yoldaşı erməni xüsusi xidmət orqanları ilə əlaqəli adamdır. Onların arasında heç rəsmi nikah da yoxdur. Sarkisyanın kürəkəni, keçmiş səfir Mikael Minasyan Akopyanı qardaşının tütün məshullarının qaçaqmalçısı olması ilə bağlı ittiham edib. Bunun bir qolu da rus kəşfiyyatına gəlib çıxır. Akopyan üzərindən Paşinyan müəyyən qədər idarə olunur”, deyə politoloq söyləyib.

Paşinyanın istefasına nail olaraq hazırkı müxalifətin hakimiyyəti ələ alması ssenarisi müəyyən suallar doğurur. Yeni hakimiyyətin Qarabağ məsələsinə, Azərbaycana və Türkiyəyə hansı mövqedən çıxış etməsi olduqca vacib məqamdır. Bu suala toxunan Adıgözəl Məmmədov reallıqlardan kənara çıxmağın mümkün olmadığını qeyd edib.

“Yeni gələnlər populist çıxışlar edə bilər, lap erməni səlib yürüşü də elan edə bilər. Amma reallıqlardan kənara çıxmaq olmaz. Coğrafiyanın öz reallıqlar var. Hər-halda ən yaxşı vəziyyətdə mövcud şəraitlə barışmalı olacaqlar”, deyə politoloq öz fikirlərinə nöqtə qoyub.

Ülvi Əhmədli

Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” – VİDEO

Xəbər xətti

Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” – VİDEO
09:18 27.04.2024
Avtomobil oğurladı, başqa cinayətləri də üzə çıxdı...
09:00 27.04.2024
Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Hamısı