Ermənistan hakimiyyətinə "düşən" "İskəndər"

Analitika 18:41 25.02.2021

Ermənistanda vəziyyəti bu dəfə hərbçilər gərginləşdirib. Silahlı Qüvvələrin Baş Qərargahı ölkənin baş naziri Nikol Paşinyanı istefaya çağırıb. Bu barədə yayılan bəyanatı Baş Qərargahın rəisi, general-polkovnik Onik Qasparyan və 40-dan çox yüksək rütbəli hərbçi imzalayıb. Onlar arasında 19 general və ordu korpuslarının komandanları da var.

Deməli, Silahlı Qüvvələrin Baş Qərargahı qurum rəisinin birinci müavininin vəzifədən azad olunmasına kəskin etiraz ediblər. Generallar baş nazirin bu qərarını “dövlətə qarşı məsuliyyətsiz addım” adlandırıblar. Qeyd edək ki, fevralın 24-də Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb. Buna səbəb general-leytenantın Nikol Paşinyanın Azərbaycana atılan “İskəndər” raketlərinin 10 faizinin partladığı ilə bağlı səsləndirdiyi fikirlərə lağ etməsi göstərilir. Belə ki, Tiqran Xaçatryan jurnalistin “İskəndər” raketlərinin 10 faizinin partlaması mümkündürmü?” sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: “Əlbəttə, mümkün deyil. Necə? "İskəndər"? Bir atəş? ... 10 faiz?... Bağışlayın, amma bu qeyri-ciddidir”. Müdafiə Nazirliyi bundan bir neçə saat sonra geniş bəyanatla çıxış edərək iddia edib ki, Xaçatryanın sözləri “təhrif olunub”.

Nikol Paşinyan Baş Qərargahın açıqlamasına cavab olaraq bildirib: “Ölkədə hərbi çevriliş etmək istəyirlər”. O, Onik Qasparyanı tutduğu vəzifədən də azad edib. Paşinyan tərəfdarlarını "Respublika" meydanına çıxmağa da çağırıb. Bildirilib ki, yerli vaxtla saat 16:00-da Paşinyan mitinqdə çıxış edəcək.

Bu arada fevralın 24-də “Vətən uğrunda hərəkat”ın baş nazir postuna vahid namizədi Vazgen Manukyan Yerevanda keçirilən mitinqdə Ermənistan ordusu və polisini “xalqın yanında olmağa” dəvət etmişdi: “Hər saatın əhəmiyyəti var. Xalqı meydanlarda gözlətməyin. Bizə qatılın”.

Onuk Qasparyan Serj Sarqsyanın prezidentliyi dövründə də Ermənistan ordusunda bir sıra yüksək vəzifələr tutub. O, Qarabağda döyüşlərdə iştirak edib. 1994-cü ildə minaya düşərək yaralanıb. İcevandakı kəşfiyyat polkunun komandiri olub. Sarqsyan 2016-cı ildə onu Baş Qərargah rəisinin müavini, 2017-ci ilin iyununda isə Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin edib. 2020-ci il iyunun 8-də isə Nikol Paşinyan onu rəis vəzifəsinə layiq bilib. Qasparyan Paşinyanın noyabrın 10-da atəşkəs bəyanatını onun təklifi ilə imzaladığını bildirmişdi. Bu deməyə əsas verir ki, keçmiş rəis baş nazirə etibarlı adam olub. Belə olan halda hökumət başçısı və kabinetindən istefa tələbi etmək nə ilə əlaqədar ola bilər?

Təbii ki, ilk növbədə ağıla xarici amil gəlir. 51 yaşlı general-polkovnik 1990-cı illərin ortalarında Rusiya Müdafiə Nazirliyinin Ali zabit kurslarında oxuyub. 1998-2001-ci illərdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasında təhsil alıb. Ehtimal etmək olar ki, hərbçilər Baş Qərargah rəisinin müavini Xaçartyanla həmrəylik nümayiş etdiriblər. Onun işdən azad edilməsinə Paşinyanın istefası tələbi ilə cavab verirlər. Xatırladaq ki, Xaçatryan 1991-1994-cü illərdə Qarabağda könüllülər dəstəsində azərbaycanlılara qarşı döyüşüb. Şuşanın işğalında iştirak edib. 2005-ci ildə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasında təhsil alıb. 2013-cü il sentyabrın 4-də o vaxtkı prezident Serj Sarqsyanın əmri ilə Ermənistan Silahlı Qüvvələri Döyüş hazırlığı idarəsinə rəis təyin edilib. 2020-ci il iyunun 15-də Baş Qərargahın birinci müavini olub.

Bəs genaralların istefa tələbi təsadüfidirmi? Bəzi hadisələr bunların qabaqcadan təşkil olunduğunu deməyə əsas verir. Ermənistan prezidenti Armen Sarkisyan rəis müavininin işdən azad edilməsi ilə bağlı baş nazirin təklifini imzalasa da, Qasparyanla bağlı bu addımı hələ atmayıb.

Sarkisyan çıxışlarında dəfələrlə Paşinyanı istefaya çağırıb. Bu, Ermənistan hakimiyyətində istefanı tələb edən hərbçiləri prezidentin himayə etdiyi ehtimalını irəli sürməyə əsas verir. Belə çıxır ki, Sarkisyan Paşinyanın istefasını tələb edənləri, o cümlədən “Vətən uğrunda hərəkat”ı da dəstəkləyir. Xaçatryanla bağlı qərarı imzalamaqla prosesə baş nazirin istefasının miqyasının güc strukturlarına daşınmasına start verilib.

Bundan sonra sənədi imzalayan digər yüksək rütbəli zabitlər də “hakimiyyət çevrilişi” cəhdi ilə işdən azad edilə, hətta həbs oluna bilər.

Ölkədəki KİV-in böyük hissəsi baş nazirə və hökumətə qarşıdır. Keçmiş prezidentlər və onların ətrafındakı pullular da Paşinyanın istefasını tələb edirlər. Güc strukturundan da bu tələbin səslənməsi baş nazir üçün əlavə və daha böyük problem yaradır. Odur ki, Paşinyan polis və təhlükəsizlik xidməti ilə birlikdə hökumətin və başçısının fəaliyyətinə mane olanları aradan qaldırmalıdır. Bu isə Ermənistanda polis rejiminin yaranmasına səbəb ola bilər.

Ermənistanda gərginliyi xarici qüvvələrin də yaratması ehtimalı var. Ancaq hələ bu versiya özünü doğrultmur. Kremli sözçüsü Dmitri Peskov hər iki tərəfə anlaşılmazlıqları danışıqlar və konstitusiya çərçivəsində həll etməyə çağırıb.

Beləliklə, Rusiya istehsalı olan “İskəndər” bu dəfə Ermənistan hakimiyyətinə düşüb. O, hələ ki Baş Qərargahın rəisi və müavininin başında partlayana oxşayır. Yeri gəlmişkən, Rusiya Dövlət Dumasında da bu raketin üstünlüklərindən danışılıb, Paşinyanın dedikləri təkzib edilib. Hələlik raket Ermənistanda hakimiyyəti ikiyə bölə bilib. Baş nazir bu oyundan qalib çıxsa, nəzərdə tutulan növbədənkənar parlament seçkilərini də keçirə və qalib ola bilər. Çünki o, bu halda “İskəndər”lə siyasi rəqiblərini də sıradan çıxarmış olacaq...

Sədrəddin Soltan

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı