Azərbaycan iqtisadi azadlıq indeksində bir sıra Avropa ölkələrini qabaqlayır Səbəblər və faydalar

Analitika 16:03 06.03.2021

ABŞ-ın İrs Fondu (Heritage Foundation) tərəfindən hazırlanan iqtisadi azadlıq indeksi statistikasına görə, Azərbaycan dünya ölkələri arasında 38-ci yerdə qərarlaşıb. Bu, ölkəmizin iqtisadiyyat sahəsində investorlara daha asan şəraitlərin yaradılması deməkdir.

İqtisadi azadlıq göstəricisinin yüksək olması dolayı yolla əhalinin rifahı və biznes mühitinin də inkişafına təkan verir. Azərbaycan bu göstəriciyə görə hətta bir sıra Avropa ölkələrini qabaqlayıb. Misal üçün göstəricilərinə görə İspaniya, İtalшya, Portuqaliya kimi ölkələrdən ön sıradadır.

Təbii ki, Azərbaycanın gələcək inkişafının təminatı ölkəmizə ediləcək sərmayə yatırımlarından asılıdır. Ölkəmizdə mövcud mühit bu sahədə bizə inkişaf vəd edir.

Eurasia Diary iqtisadi azadlıq indeksində Azərbaycanın ön sıralarda olması və bunun faydaları haqda maliyyə bazarları üzrə ekspert Məqsud Qubadlının fikirlərini öyrənib.

Ekspert ilk öncə iqtisadi azadlığın nə mənaya gəldiyini izah edib: “İqtisadi azadlıq dedikdə hər bir insanın öz əməyinə və əmlakına nəzarət etmək və bununla bağlı qərar vermək hüququ ifadə edilir. Bu hüquq sadəcə iqtisadi aspektdən deyil, eyni zamanda bir cəmiyyətdə fərdlərin istədiyi şəkildə işləmək, istehsal etmək və ədalətli şəkildə gəlir əldə etmək imkanın yaradılması və bu sərbəstliyə malik olmağı ifadə edir. Nəticə etibarı ilə sərbəst cəmiyyətlərdə əməyin, kapitalın və əmtəənin sərbəst hərəkəti üçün şərait olur. Bunun bir sıra faydaları var. İqtisadi azadlıq insanların sosial və iqtisadi vəziyyəti ilə əlaqəlidir. Belə olanda da sağlam mühit, fərdlərin rifahı və zənginliyi təmin olunur. Bu, demokratiyanın və insan hüquqlarının da inkişafına təkan verir”.

Maqsud Qubadlı iqtisadi azadlıq indeksinin də məhz yuxarıda izah edilən anlayışdan törədiyini bildirib. Onun fikrincə sadaladığımız göstəricilər sadəcə bu indeksdə rəqəmsallaşdırılır.

“İqtisadi azadlıq indeksi dörd fərqli sahə üzrə dəyərləndirilir. Buraya bazara əlçatanlıq, dövlətin ölçüsü, hüququn aliliyi və idarəetmənin səmərəliliyi kimi sahələr aiddir. Bunlar da özlərində digər göstəriciləri əhatə edir və ümumilikdə iqtisadi azadlıq indeksi 12 göstəricini ehtiva edir. Bazarın əlçatanlığı göstəricisi ticarət azadlığı, investisiya azadlığı və maliyyə azadlığı kimi alt qruplara bölünür. Dövlətin ölçüsü dedikdə, vergi yükü, dövlətin xərcləri və fiskal sağlamlıq nəzərdə tutulur. Hüququn aliliyi bölməsinə isə əmlak haqları, məhkəmənin effektivliyi və hökumətin inteqrasiyası daxildir. İdarəetmənin səmərəliliyi biznes müstəqilliyi, əmək və monitar müstəqillik alt qruplarına bölünür. Bu göstəricilər rəqəmsallaşdırılaraq 0 ilə 100 arasında qiymətləndirilir. Burada 184 ölkənin indeksləri qeyd olunub”, deyə ekspert söyləyib.

Bizim bu indeksdə ön sırada olmağımızı izah edərkən ekspert Azərbaycanın əsasən azad ölkələr kateqoriyasına aid olunduğunu qeyd edib. O, bu göstəricinin dünya ölkələri arasında kifayət qədər ciddi nailiyyət olduğunu vurğulayıb

“Bizim ölkəmiz 2020-ci il statistikasına görə 38-ci yerdədir. Azərbaycanın indeksi 70.1 ilə qiymətləndirilib. Bu, bizim “əsasən azad” kateqoriyasına daxil olmağımız deməkdir. Ümumilikdə qeyd edim ki, 5 kateqoriya var: tam azad, əsasən azad, orta dərəcədə azad, əsasən azad olmayan və azad olmayan. Bizim ölkəmiz bu il 3-cü kateqoriyadan 2-ciyə keçdi. Bu isə ciddi nailiyyətdir. Ümumi dünya ortalamasının 61.6 olduğunu nəzərə alsaq, Azərbaycanın göstərcisinin bu rəqəmdən kifayət qədər çox olduğunu görərik. Biz bu sahədə bir çox dövlətdən öndəyik. Azərbaycan bu göstəricidə Türkiyə, İspaniya, Rusiya və bir çox MDB ölkələrindən öndədir. Lakin biz yenə də inkişaf etməli və əksikliklərimizin üzərində işləməliyik”, deyə ekspert qeyd edib.

Azərbaycan iqtisadi azadlıq indeksini bölmələr üzrə izah edən ekspert bizim keçən illərə nisbətən çox inkişaf etdiyimizi bildirib: “Hüququn aliliyinə baxdıqda məhkəmə səmərəliliyi, hökumətin inteqrasiyası, əmlakın qeydiyyatı kimi göstəricilərdə keçən illərlə müqayisədə inkişaf etdiyimiz görünür. Dövlətin ölçüsü dedikdə vergi yükü, dövlət xərcləri və fiskal sağlamlıq baxımından müsbət irəliləyişin olduğu müşahidə edilir. İdarəetmənin səmərəliliyi göstəricisinə baxdıqda bizim monitar azadlıq bölməsində artım olduğu göstərilir. Bunlar bizim ötən illərlə müqayisədə artım olan göstəricilərimizdir”.

Təbii ki, artımların mövcud olduğu yerdə azalmalar da müşahidə olunur. Ekspert Azərbaycanın hansı bölmələrdə və nə səbəbdən azalmalar olduğunu izah edib. Bundan başqa, o, ölkəmizin ümumi statistikasına da qiymət verib.

“Azalma tendensiyası olan bölmələr, xüsusilə biznes, əmək müstəqiliyində əksikliklərin səbəblərindən biri Ümumdünya Ticarət Təşkilatına üzv olmamağımızdır. Digər tərəfdən isə pandemiya ilə əlaqədar olaraq müəyyən məhdudiyyətlərin tətbiqinə məcbur qaldıq. Nəticə etibarı ilə, bu, işçilərin sayının və fəaliyyətinin azalmasına səbəb oldu. Bu gözlənilən idi, lakin gələcək illərdə artım gözləmək olar. Maliyyə sektorunda sabitliyimiz olsa da, dövlətə aid bankların aktiv ağırlığı ümumi bankların arasında böyük paya malik olması ticarət rəqabətliliyinə mənfi təsir edir. İnvestisiya və maliyyə müstəqilliyimizin ötən illə müqayisədə dəyişməz qaldığı görünür. Bunun səbəbi isə alınan qərarların uzun müddətə hesablanmasıdır. İnvestorlar göstəricilərin nə qədər dayanıqlı olması və növbəti illərdə nə qədər özünü doğruldacağına inanırlar. Bu da uzun müddəti 5 və ya 10 ili əhatə edir. Bu göstəricilər daha uzun müddətdən bir artmağa yönümlüdürlər. Bu göstəricilərin dəyişməz olması bizim investisiya qərarlarımızın nəticəsiz olması mənasına gəlmir. Sadəcə burada özünü doğrultma müddəti uzun zamanı əhatə edir. Reytinq olaraq baxanda Azərbaycan xüsusilə 2017-ci ildən bəri ciddi artımlar yaşayır. 2017-ci ildə biz 63.6 balla qiymətləndirilərək üçüncü kateqoriyada qərarlaşırdıqsa, indi isə artıq ikinci kateqoriyaya aid edilirik”, deyə ekspert vurğulayıb.

Məqsud Qubadlı bu kimi hesabatların xüsusən ölkədən kənar qurumlar, yəni digər dövlətlər tərəfindən aparıldığını qeyd edib. O, bunun investorlar tərəfindən daha etibarlı olduğunu və arzulandığını bildirib. Qeyd edilən tendensiya bütün ölkələrdə eyni şəkildə müşahidə olunur.

“Digər dövlətlər tərəfindən hazırlanan hesabatlara baxdıqda investorların nəzərində özümüzü doğrultduğumuzu görə bilərik. Bununla da ölkəmizə maliyyə axımı baş verir və iqtisadi mühitimiz inkişaf etmiş olur. Gələcək illərdə də bizim inkişaf tendensiyamız daha da sürətlənməsini ehtimal edirəm. 2017-ci ildən yaşanan artım trendinin yarandığını göstərir. Bu da iqtisadi subyektləri Azərbaycana sərmayə qoymağa təşviq edir. Bu göstəricilərin digər tərəflərdən hazırlanması həm rəqəmlərin etibarlılığını, həm də investisiya mühitində ölkə risklərinin azalması ilə bağlı müsbət mesaj vermiş olur. İnvestisiya mühitinə əlavə olaraq, bu cür hesabatlar həm də bizim hansı sahədə inkişafımız və hansı sahədə əksikliyimizin olduğunu xəbər verir. Beləliklə də, biz problemlərimizin nədən qaynaqlandığını və hansı mexanizmlərlə bu azalmaları aradan qaldırmalı olmağımızla bağlı siyasət formalaşdırmağımıza köməklik edir”, deyə ekspert şərhini bitirib.

Ülvi Əhmədli

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" yarımfinala yüksəldi
10:06 05.07.2025
Yaponiyada güclü zəlzələ baş verib
09:32 05.07.2025
Hamısı