Gürcüstanda qalmaqallı səs yazısı İqtidar partiyasının sütunları laxlayır?

Analitika 12:46 09.03.2021

Gürcüstanda 31 oktyabrda keçirilən parlament seçkilərindən sonra siyasi qarışıdurma getdikcə şiddətlənir. Müxalifət seçkilərdə saxtakarlığın olduğunu iddia edərək, nəticələri tanımaqdan imtina edib.

Son günlərdə isə vəziyyət bir qədər də pisləşib. Bunun əsas səbəbi, ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın lideri Nika Meliyanın həbsidir. Meliya fevralın  23-də polisin müxalif partiyanın binasına hücumu zamanı həbs olunub. Bundan 5 gün əvvəl isə ölkənin Baş naziri Giorgi Qaxariya baş verəcəklərə etiraz olaraq istefa vermişdi.

Qaxariyanın istefasından sonra yeni hökumət təşkil edilib və İrakli Qaribaşvili ikinci dəfə Baş nazir seçilib. Lakin iqtidardakı Gürcü Arzusu Partiyasının bununla böhranı yoluna qoymaq arzusu puç olub. Ötən şənbə günü Qaribaşvilinin keçmiş Baş nazir və hakim Gürcü Arzusu Partiyasının yaradıcısı olan Bidzina İvanişvilinin oğlu Bera İvanişvili ilə səs yazısı üzə çıxıb. Bu yazı Gürcüstanın “Pirveli” televiziya kanalı vasitəsi ilə yayımlanıb.

Səs yazısında Beranın Baş nazir Qaribaşviliyə və hazırkı Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi Anzor Çibinidzeyə İvanaşvili ailəsi haqqında əks danışan adamların həbsi və təqib olunması tapşırdığı eşidilir.

Bu danışığın nə zaman olduğu dəqiq bilinmir. “Pirveli” televiziya kanalının iddiasına görə, yazı 2017-ci ilə aiddir. Lakin iqtidar nümayəndəsi Mamuka Mdinaradze bunun 2010-ci il, yəni İvanişvilinin siyasətə gəlməzdən əvvəl olduğunu və danışığın təhrif olunduğunu bildirib.

Gürcüstanlı politoloq Gela Vasadze Eurasia Diary-yə baş verən hadisəni şərh edib.

Politoloq düşünür ki, səs yazısının məhz indi ortaya çıxarılmasını Baş nazir Qaribaşvilidən qisas almaq kimi qəbul etmək olar: “Bunun məqsədinin nə olduğu sualına ən dəqiq cavabı səs yazısını yayan qüvvə cavab verə bilər. Bunu kim etdiyini bilmədiyimizdən, məntiqlə səs yazısının Baş nazirdən qisas üçün istifadə edildiyini söyləyə bilərik. Müxalifətin əlində belə material ola bilməz, bu faktdır.  Ona görə yox ki, müxalifət bu cür səs yazısını qeydə ala bilməzdi. Düzdür bu çox çətindir, ancaq mümkündür. Ona görə ki, müxalifət seçkilərdən sonra çox ağır günlər keçirib, əgər onlarda bu yazı olsaydı, dərhal ortaya qoyardılar”.

Bidzina İvanişvili kimi milyarder və kifayət qədər güclü qorunan insanın oğlunun keçmiş dövlət işçiləri ilə danışığını qeydə almaq heç də asan iş deyil. Nəzərə alaq ki, Qaribaşvili 2012-2013-cü illərdə Daxili İşlər naziri, 2013-2015-ci illərdə isə hakim Gürcü Arzusu Partiyasının rəhbəri kimi önəmli vəzifələri yerinə yetirib. Belə məqamda əsas sual bu yazının arxasında kimin durmasıdır.

“Aydındır ki, güc strukturlarında əvvəl və indi işləyən bir çox şəxslərin hazırkı baş nazirin komandasından inciyənlər var və onunla mübarizə həyati əhəmiyyət kəsb edir”, deyə politoloq söyləyib.

Bu səs yazısından sonra vətəndaş cəmiyyəti üzvləri və hətta bəzi beynəlxalq qurumlar iqtidar partiyasına etiraz edərək, bunun qeyri-demokratik olduğunu bildiriblər. Müxalifət isə artıq etiraz aksiyalarına başladığını bildirib. Ortaya sual çıxır: iqtidar partiyasının opponentləri yaranmış vəziyyətdən istifadə edərək, nəyəsə nail ola biləcəklərmi?

Gela Vasadze bunun hansısa təsirinin olacağını istisna etməyib: “Bu səs yazısının konkret nəticəsi olacağını düşünmürəm. Amma məlumdur ki, su damlaları daşı belə, yarır. Gürcü Arzusunun konstruksiyasının dəmir-betondan olmadığı isə çoxdan məlumdur”.

Ülvi Əhmədli

Azərbaycan şərabı dünyada niyə brend ola bilmir? - Taryel Pənahovla MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Türkiyədə polis iki həmkarını öldürüb
10:20 28.04.2024
Bakı-Şamaxı yolunda iki nəfər ağır yol qəzasında yaralanıb
10:00 28.04.2024
Kansler almaniyalı hərbçilərin Ukraynaya göndərilməsini istisna edib
09:40 28.04.2024
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:20 28.04.2024
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
09:00 28.04.2024
Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
00:03 28.04.2024
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
23:34 27.04.2024
Türkiyə ordusu Suriyada terrorçuları məhv etdi
23:00 27.04.2024
794-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
22:35 27.04.2024
Nə istəyirsiniz? Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?
22:00 27.04.2024
Azərbaycanda müəllim vəfat edib
21:33 27.04.2024
Müharibədən sonra 356 nəfər mina qurbanı olub
21:18 27.04.2024
Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
21:07 27.04.2024
Hakan Fidan Qəzzadakı vəziyyətin müzakirəsi üçün Səudiyyə Ərəbistanına səfər edəcək
20:55 27.04.2024
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
20:22 27.04.2024
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
20:00 27.04.2024
Dursun Özbek yenidən "Qalatasaray" prezidentliyinə namizəd oldu
20:00 27.04.2024
Bakı metrosunda ölüm hadisəsi olub
19:44 27.04.2024
Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan 33 yaşlı qadın xilas olunub
19:30 27.04.2024
Türkiyə səfiri: Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün yaranmış tarixi fürsəti təşviq edəcəyik
19:00 27.04.2024
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
18:28 27.04.2024
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:09 27.04.2024
Səfirlik: “ABŞ minalardan təmizlənmək səylərində Azərbaycana dəstək verməkdə qətiyyətlidir”
18:04 27.04.2024
KİV: Qərb yeni yardımlardan sora Ukraynadan cəbhədə uğur tələb edəcək
17:29 27.04.2024
“Crocus” işinə görə 12 şəxs HƏBS OLUNDU
17:00 27.04.2024
Ermənilər İrəvan-Tbilisi magistral yolunu BAĞLADILAR
16:30 27.04.2024
FHN məktəblərdə və idarələrdə tədbirlər həyata keçirib
16:00 27.04.2024
Ceyranbatanda batan 13 yaşlı yeniyetmənin meyiti TAPILDI
15:43 27.04.2024
Putinin andiçmə mərasiminin tarixi məlum olub
Putinin andiçmə mərasiminin tarixi məlum olub
15:40 27.04.2024
Qızıl yenidən BAHALAŞDI
15:30 27.04.2024
İlham Əliyev Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsini TƏSDİQLƏDİ
15:20 27.04.2024
Ali Məhkəmənin hakimi özünə QƏSD ETDİ
15:10 27.04.2024
“Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək”
15:00 27.04.2024
Mərdəkan şosesində təmir aparılır
14:40 27.04.2024
Onlayn oyunlara qoşulanları feyk hesabla talayan şəxs saxlanılıb
14:20 27.04.2024
Qırğız Mədəniyyəti Günləri başa çatıb
Qırğız Mədəniyyəti Günləri başa çatıb
14:00 27.04.2024
Sabah 31 dərəcə isti OLACAQ
13:40 27.04.2024
Polis Xankəndidə əməliyyat keçirdi - VİDEO
13:19 27.04.2024
SON DƏQİQƏ: ANAMA əməkdaşı Şuşada minaya DÜŞDÜ
13:03 27.04.2024
Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal QAZANDI
Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal QAZANDI
12:40 27.04.2024
Hamısı